Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 141 -
tətbiqi proqramlarla tanış edilməsi və bu proqramlarda
praktik işlərin aparılması ilə tədris edilir. Belə
proqramlara Word Pad mətn redaktoru, PaintBrush
qrafik redaktoru, Excel cədvəl redaktoru və s. aiddir.
Son vaxtlar tədrisdə texnologiya əvəzinə infor-
masiya texnologiyaları sözü işlədilir. Texnologiyanın
tədrisi İT tədrisindən nə ilə fərqlənir? Texnologiyaya
aid hər bir mövzu keçilərkən aşağıdakıların
öyrədilməsi vacibdir:
Informasiya və informasiya texnologiyalarının
təsviri, bu sahəyə aid olan məsələlərin qoyuluşu və
texnoloji üsullarla həlli.
İnformatika kursunda əsas diqqəti İT
vasitələrinin deyil, insanın informasiya fəaliyyətinin
müxtəlif sahələrinin öyrədilməsinə yönəltmək
lazımdır.