Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 144 -
İnformasiya texnologiyaları məzmun xəttinə aid
olan mövzuların tədrisi zamanı müəllim tərəfindən
nəzəri və texnoloji məzmun ayrı-ayrılıqda izah
edilməli və aydınlaşdırılmalıdır. Nəzəri məzmuna
müxtəlif növ informasiyanın kompüterin yaddaşında
təsviri, verilənlərin strukturlaşdırılması və ya cədvəl
şəklində göstərilməsi, məsələlərin texnoloji üsullarla
həlli metodları və s. daxildir. Texnoloji məzmuna
aşağıdakılar daxildir:
- kompüterin arxitekturası, ayrı-ayrı qurğuları və
onların iş prinsipləri ilə tanışlıq;
- tətbiqi proqram təminatının – mətn və qrafik
redaktorlarda işin öyrədilməsi və s.