Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 146 -
İş masasında Paint proqra-
mının simgəsini tap və onu
çıqqıldat
Simgənin rəngi dəyişdi
Paint proqramının simgəsi
üzərində iki dəfə çıqqıldat
Paint proqramının pəncərəsi
açıldı
Proqram pəncərəsinin yuxarı
sağ küncündəki (-) düyməsini
çıqqıldat
Pəncərə aşağı yığıldı
Tapşırıq zolağında yığılmış
proqram pəncərəsinin üstündə
siçanla bir dəfə çıqqıldat
Pəncərə bərpa olundu
…….
……..
Beləliklə, müəllim pəncərənin
əsas
düymələrinin funksiyalarını başa salır. Bu zaman
müəllim proyektordan istifadə edə bilər. Daha sonra
müəllim START baş menyunun əmrlərini, kompüterin
söndürmə rejimlərini və onların fərqlərini öyrədir. 2-ci
sinifdə artıq şagirdlər Paint, Word Pad və Calculyator
proqramlarında işi öyrənirlər. Onlar mətnin daxil
edilməsi, redaktəsi və formatlanması, qrafik təsvir-
lərin qurulması, hesablamaların aparılması üçün kom-
püterin imkanlarından istifadə etməyi bacarmalıdırlar.
İnformasiya texnologiyalarının tədrisi aşağıdakı
sxemlə göstərilə bilər: