İnformasiya texnologiyaları məzmun xəttinin
öyrədilməsi metodikası. İT məzmun xəttinin hər bir
mövzusunun öyrədilməsinə informasiya texnologi-
yalarının tətbiq sahələri ilə tanışlıqla başlamaq
lazımdır. Məsələn, qrafik redaktorlardan hansı
məsələlərin həlli üçün istifadə edilir, onlardan
gələcəkdə kimlər istifadə edə bilər və s. şagirdlərə
izah edilməlidir.
Məsələn, müəllim şagirdlərə belə bir sualla
müraciət edə bilər: ”Siz evdə dərslərinizi harada
hazırlayırsınız?
Xumar Novruzova İnformatikanın tədrisi metodikası
- 145 -
Dərslərinizi
hazırlayarkən masanızın
üzərinə nə qoyursunuz?”
Beləliklə, şagirdlərə
kompüterin iş masasının
nə olduğunu izah etmək
üçün onların cavabları
dinlənilir və məlumat
mübadiləsindən sonra belə bir ümumiləşdirmə
aparılır: ”Müəssisə və ofislərdə iş masası olur və onun
üzərində işçiyə lazım olan əşyalar, sənədlər, qovluqlar
yerləşir. İş yerlərində də kompüterdə olduğu kimi iş
masası var. Bu masada kompüterdə işləyənə lazım
olan obyektlər yerləşdirilir. Bu obyektlər ona lazım
olan sənədlər, qovluqlar, müxtəlif proqramlar və s.-
dən ibarət ola bilər. İş masasına hər bir obyektin
qrafik nişanını – simgəsini yerləşdirirlər.” [8]
Müəllim şagirdlərə aşağıdakı kimi tapşırıq verilə
bilər:
Kompüterdə hər addımı yerinə yetir və nəticəni
cədvəlin sağ tərəfinə uyğun sətirdə yaz. [8]
|