Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 21 -
Formallaşdirma, modelləşdirmə, alqorit- mləşdirmə və proqramlaşdırma: Şagird: •obyektin və ya hadisənin sadə xarakterik
əlamətlərini müəyyənləşdirir, onları izah edir;
•ətraf aləmin obyektləri haqqında malik
olduğu təsəvvürləri şərh edir;
•sadə obyektin informasiya modelini qurur;
•verilmiş sadə məsələnin həlli alqoritmini yazır;
•hərəkətlər ardıcıllığını təsvir edır, buraxılmış
addımı müəyyən edir.
Kompüter, informasiya-kommunikasiya texnologiyaları və sistemləri: Şagird: •kompüterlə davranmağı və sadə əməliyyatları
necə icra etdiyini nümayiş etdirir;
•informasiya daşıyıcıları ilə necə işləməyi
nümayiş etdirir;
•mətn redaktorunda sadə mətnlər hazırlayır;
•qrafik redaktorda sadə təsvirlər yaradır.
Cəmiyyətin informasiyalaşdırılması: Şagird: •informasiya resurslarını əlamət və təyinatına
ğörə izah edir;
•internetin əhəmiyyətini və
onun tətbiq
sahələrini şərh edir.