Xumar Novruzova İnformatikanın tədrisi metodikası
- 19 -
məzmun xətti üzrə 10 mövzu, 2-ci
məzmun xətti üzrə
6 mövzu, 3-cü məzmun xətti üzrə isə 12 mövzu
müəyyən edilmişdir. Müəllimlər bu bölgü ilə “Fənn
üzrə məzmun standartlarının reallaşma cədvəli”ndə
ətraflı tanış ola bilərlər. 1-ci
sinif şagirdlərində
reallaşdırılacaq 34 alt standartın 18-i
kompüterdə
praktik bacarıqların formalaşdırılmasını nəzərdə tutur.
Bu məqsədlə məktəblərin kompüterlərlə təchizatını
nəzərə alıb 1-ci siniflər üçün yazılmış əvvəlki
dərslikdən fərqli olaraq
kompüterdə praktik dərslər
üçün 9 saat ayrılması tövsiyə edilir. Lakin
müəllim
mövzular üzrə bacarıqların reallaşdırılmasına ayrılan
saatları yerli şərait və bəzi subyektiv xüsusiyyətlərə
görə dəyişə bilər. [1]
Dostları ilə paylaş: