Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 42 -
Summativ qiymətləndirmə təhsilin hər hansı
mərhələsində (tədris vahidinin, yarımilin və ilin
sonunda)
şagirdlərin əldə etdikləri nailiyyətlərin
qiymətləndirilməsidir. Summativ qiymətləndirmə
məzmun standartlarının mənimsəmə səviyyəsinin
etibarlı göstəricisidir. Summativ qiymətləndirmə
kiçik summativ və böyük summativ qiymətlən-
dirmədən ibarətdir. [7]
Kiçik summativ qiymətləndirmə (KSQ) bəhs və
ya bölmələrin sonunda müəllim tərəfindən, böyük
summativ qiymətləndirmə (BSQ) isə yarımillərin
sonunda məktəb rəhbərliyinin və ya məktəbdə
yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni
tədris edən müəllim tərəfindən aparılır. Summativ
qiymətləndirmənin nəticələri rəsmidir və keçirildiyi
tarixdə sinif jurnalında qeyd olunur.
Kiçik summativ qiymətləndirmə fənn kuriku-
lumları tətbiq olunan siniflərdə bəhs və ya bölmələrin
sonunda altı həftədən gec olmayaraq müəllim
tərəfindən keçirilir. Onun nəticələri yarımillik
qiymətlərin hesablanmasında nəzərə alınır. Kiçik
summativ qiymətləndirmə vasitələri (test, tapşırıq,
yazı işləri və s.) fənni tədris edən müəllim tərəfindən
hazırlanır.