Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 112 -
-
Riyazi;
-
Cədvəl.
Şagirdlərə izah edilməlidir ki, eyni bir obyektin
modelini müxtəlif formalarda vermək olar. Məsələn,
yerin xəritəsinin müxtəlif növləri var: fiziki xəritə,
siyasi xəritə, iqlim xəritəsi və s. Və yaxud, eyni bir
modeldən müxtəlif obyektlərin izahı üçün istifadə
etmək olar: mexanikada maddi nöqtənin hərəkət
tənliyi avtomobilin, qatarın, daşın, planetlərin və s.
hərəkətini izah edə bilər.
Tamamlanmış səviyyədə aşağıdakı anlayışlar
nəzərdən keçirilir: “sistem”, “qraf”, “şəbəkə”, “sistem
analizi”. Bu məqsədlə müəllim şagirdlərdə
sistemləşdirmə anlayışını inkişaf etdirməlidir. Bunun
üçün isə qraflardan, cədvəldən istfadə edilməlidir.
Məsələn, şagirdlərə öz şəcərələrini tərtib etmələrini
tapşırmaq olar.