Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 139 -
Sehrli kvadrat oyunu. Hər iki tərəfdən eyni
rənglənmiş 10*10 ölşülü kvadrat kəsilir. Bu kvadrat 5
hissəyə bölünür. 1 böyük və 2 kiçik üçbucaq, kvadrat
və paraleloqram. Bütün hissələrdən istifadə etməklə,
uşaq əvvəlcə hazır modelə baxaraq, sonra isə öz
fantaziyasından müxtələr fiqurlar düzəldir.
Sehrli dairə. Dairə 7 hissəyə bölünür. Nəticədə
4 eyni üçbucaq, qalanları isə bir tərəfləri yuvarlaq
formalı üçbucağa oxşar fiqurlar alınır. Bu fiqurlardan
insan fiquru, quş, raket və s. düzəldilir. Dairə hər iki
tərəfdən eyni rənglənir ki, fiqurları düzəldərkən bütün
10 hissədən istifadə etmək mümkün olsun.