Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 27 -
digər mühüm bir məqsədin – başqa fənlərdən alınmış
bilik və bacarıqların möhkəmləndirilərək fərqli
kontekstdə – sistemli yanaşma tərzi ilə tədrisi mühüm
əhəmiyyət kəsb edir.
İnformatika fənni uşaqlarda dünyanın sistemli
şəkildə dərkedilmə vərdişlərini, müxtəlif hadisələr
arasında mövcud olan əlaqələrin başa düşülməsini,
alqoritmik düşüncə tərzini və s. formalaşdırır. Tədris
prosesinin özünə də informasiyanın qəbulu və
emalolma prosesi kimi yanaşılır.
“İNFO-KO” elektron tədris vəsaiti müxtəlif
fənlərə aid tapşırıq və çalışmaları əhatə etməklə,
“İnformatika” fənninin inteqrativ xarakterini bir daha
nümayiş etdirir. Sistemli təfəkkürün səviyyəsi, əsasən,
informasiyanın operativ emal olunması və onun
əsasında düzgün qərarların qəbul edilməsi ilə
müəyyənləşir. Təfəkkürü isə məqsədyönlü şəkildə elə
inkişaf etdirmək lazımdır ki, şagirdlərdə tədricən
sistemli yanaşma tərzi ilə müzakirə etmək və tədqiqat
aparmaq bacarığı formalaşsın. [7]
Təhsil prosesində şagirdlərin “İnformatika”
fənnindən qazanıb gündəlik həyatlarında tətbiq edə
biləcəkləri bilik, bacarıq və vərdişlər digər fənlərin,
həm də onların əhatə etdikləri mövzuların əlaqəli