Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 28 -
inteqrativ şəkildə tədrisini tələb edir. Dərslik
komplektlərində təqdim edilən fənlərarası inteqrasiya
cədvəllərində “İnformatika” fənni üzrə mövzuların
tədrisi prosesində digər fənlərin məzmun standart-
larında əks olunmuş bacarıqları ilə inteqrasiya
imkanları əks edilmişdir.
İbtidai siniflərdə informatikanın tədrisinin əsas prinsipləri. Prinsip latın sözündən
götürülmüşdür, əsas ideya, başlıca tələb deməkdir.
Pedaqoji ədəbiyyatlarda təlimin prinsipləri təlimin
səmərəliliyini artıran başlıca tələb kimi şərh edilir.
İbtidai siniflərdə informatika dərslərində aşağıdakı
prinsiplər əsas götürülmüşdür:
-Elmilik – Bu prinsip fənnin məzmununda
elmin inkişaf mərhələlərini müəyyən edir və
şagirdlərin başa düşəcəyi ideyaları aydınlaşdırmağı
zəruri sayır. Bu prinsipə əməl edilməsi şagirdləri
mənbələri təhlil etmək, nəticə çıxarmaq, biliyini daim
artırmaq yollarını müəyyən etmək səriştəsi ilə
silahlandırır.
- Həyati əhəmiyyətlilik. Tədris edilən hər bir
mövzu həyatla əlaqələndiriləndə səmərəli olur.
Müəllim isə öz növbəsində keçilən mövzunun
məzmunundan asılı olaraq dünyada və öz ölkəmizdə