Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 26 -
təfəkkürə keçirilməsi prosesi yuxarı siniflərə qədər
davam edir. [18, s.401-412]
İbtidai sinif şagirdləri uzun müddət eyni
məsələnin həlli ilə məşğul ola bilməzlər – ona görə də
onlara kompüterdə müxtəlif məzmunlu işlər –
məsələn, şəkil çəkmək, didaktik oyun oynamaq,
cədvəl hazırlamaq və s. tapşırmaq olar.
İnformatika fənninin çox mühüm xüsusiyyəti
ondan ibarətdir ki, bu fənn ibtidai siniflərdə tədris
edilən bütün fənlərlə bilavasitə əlaqəlidir. İnformatika
fənni ana dili, riyaziyyat, texnologiya, musiqi, təsviri
incəsənət, həyat bilgisi və s. fənlərlə çox sıx əlaqədə
tədris olunur. Hətta bəzi mövzular zahirən təkrarlansa
da, mahiyyətcə, bu mövzuların tədrisinə yanaşma tərzi
müxtəlifdir. “Alqoritm” mövzusu izah edilərkən,
demək olar ki,
bütün fənlərdə tədris olunan
mövzulardan istifadə etmək olar. Məhz buna görə də
bu mövzuya aid çalışma və tapşırıqlar müxtəlif
fənlərlə inteqrativ formada tərtib edilmişdir. Müxtəlif
fənlərdən öyrənilən “Doğru” mülahizələri “Yalan”a
və əksinə çevirmək məqsədi ilə “İnkar” anlayışı daxil
edilmişdir.
İnformatikanın tədrisi prosesində sistemli
düşüncənin inkişafı əsas vəzifədir. Bununla yanaşı,