IV.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi
1.
Tədrisdə qiymət və qiymətləndirmə.
2.
İlkin səviyyənin qiymətləndirilməsi.
3.
Formativ qiymətləndirmə.
4.
Summativ qiymətləndirmə.
Tədrisdə qiymət və qiymətləndirmə. Azər-
baycan Respublikası Təhsil nazirinin 2 sentyabr 2013-
cü il tarixli 792 nömrəli əmri ilə
məktəbdaxili
qiymətləndirmə qaydalarında bir sıra dəyişiklik
Xumar Novruzova İnformatikanın tədrisi metodikası
- 32 -
edilmişdir (http://www.muallim.edu.az).
Metodik
vəsaitlərdə hər mövzunun sonunda formativ
qiymətləndirmə meyarları verilmişdir. Müəllim ilkin
qiymətləndirməni təqdim olunmuş cədvəl əsasında da
apara bilər. Lakin o, bu meyarlar əsasında 4 nailiyyət
səviyyəsinə uyğun rubriklər hazırlamalı və şagirdlərin
fəaliyyətinin nəticəsini rubrikə uyğun olaraq rum
rəqəmləri (I, II, III və IV) ilə qeyd etməlidir.
Müasir
məktəbdaxili qiymətləndirmə məqsədinə, rol və
vəzifələrinə, növlərinə, xüsusiyyətlərinə, meyar və
göstəricilərinə, üsul və vasitələrinə görə fərqlənir.
Müasir qiymətləndirmədə məzmun standartlarının
mənimsənilməsi,
şagirdin qazandığı dəyərlər
qiymətləndirilir. Bu qiymətləndirmə müəllimin
subyektiv rəyinə əsaslanmır, təhsilin keyfiyyətinin
yüksəldilməsinə
yönəldilir, qiymətləndirmə
standartları əsasında qurulur, daha obyektiv, dəqiq,
adekvat və sistemli həyata keçirilir. [4; 8; 7; 5]
Yeni ümumi orta təhsil proqramı (kurikulum)
nəticəyönümlülük prinsipi ilə hazırlandığına görə
şagirdlərin əldə etdikləri təlim nəticələrinin
qiymətləndirilməsi vacibdir. Çünki artıq şagirdin hər
hansı bir mövzunu dərslikdən əzbərləyib danışması
onun bilik, bacarıq, vərdiş və dəyərlərinin ölçüsü ola
bilmir. Müəllim hər bir dərs üçün reallaşdıracağı
|