Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 40 -
2.
Müqayisəli və ya normativ dildən fərqli
olaraq deskriptiv dildən istifadə edilməli, pis, orta,
kafi, yaxşı, əla kimi qeyri-müəyyən deskriptorlardan
uzaq durulmalıdır;
3.
Səviyyə deskriptorları müşahidə oluna
bilən davranışlar və ya nəticənin xüsusiyyətləri
baxımından mümkün dərəcədə ifadə edilməlidir;
4.
Qiymətləndirmə səviyyələri arasında
sərhəd aydın olmalıdır, üst-üstə düşməməlidir;
5.
Şkala şagird nailiyyətləri intervalını tam
əhatə etməlidir;
6.
Təsvirlərin məzmunu nailiyyət səviyyə-
ləri üzrə eyni formalı tərtib edilməlidir;
7.
Fəaliyyət səviyyələri bütün aspektlər üzrə
uyğun olmalıdır (məsələn: bir aspekt üzrə “4”
qiyməti digər aspekt üzrə “4” qiyməti ilə müqayisə
oluna bilməlidir);
8.
Əvvəlcə “ən yüksək”, sonra “ən aşağı”
səviyyələr, sonda “aralıq” səviyyələri təsvir
edilməlidir;