Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 38 -
rəsmi qiymətləndirmə deyil, nəticələr müəllimin şəxsi
qeyd dəftərində və məktəbli kitabçasında şagirdin
idraki və hərəki fəaliyyətinin səviyyələrinə uyğun
sözlərlə ifadə olunur. Heç bir rəqəm və simvollardan,
“mənimsəyir”, “mənimsəmir”, “bilir”, “bilmir”,
“yaxşı”, “orta”, “zəif” və digər bu kimi ifadələrdən
istifadə olunmur. Müəllim formativ qiymətləndirmədə
şagirdin fəaliyyətini bütün dərs boyu izləyir, nəticələri
yazmaq üçün dərsin sonunda 6 dəqiqəyədək vaxt
ayırır. Eyni bir standart bir neçə dərsdə reallaşdığına
görə formativ qiymətləndirmə zamanı jurnalda
şagirdin adının qarşısında hər dərsdə qeydlərin olması
mütləq deyil. Şagirdlər fəaliyyətlərində potensial
imkanları daxilində həmin bacarıqlara yiyələnmənin
müxtəlif səviyyələrini nümayiş etdirə bilərlər. Buna
görə də formativ qiymətləndirmə zamanı şagirdlər
eyni bir meyarın 4 və ya daha artıq səviyyəsi ilə
qiymətləndirilə bilər. [4; 5]
Formativ qiymətləndirmə aparmaq üçün
rubriklərdən istifadə olunur. Rubrik xüsusi növ
qiymətləndirmə şkalasıdır. O, iki əsas suala cavab
verir:
– mən nəyi qiymətləndirməliyəm (obyekt,
məzmun, aspektlər, tərəflər, xüsusiyyətlər);