Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 37 -
Valideyn iclasında
sorğu vərəqlərinin
doldurulması;
Diaqnostik qiymətləndirmənin nəticələrindən
aşağıdakı məqsədlərlə istifadə olunur:
- təlim prosesində fərdi yanaşmanı təmin etmək
üçün;
- təlim prosesində qrup və cütlərin təşkilində;
- tədris olunacaq fənn və ya mövzu ilə bağlı
maraq və ehtiyaclarının müəyyənləşdiril-
məsində.
Formativ qiymətləndirmə təlim prosesinin hər
hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr
əsasında
şagirdlərin bilik və bacarıqlarının
formalaşma səviyyəsinin qiymətləndirilməsidir. Bu
qiymətləndirmə tədris prosesinin düzgün istiqa-
mətləndirilməsini, səmərəliliyini, şagirdlərin təlim
sahəsində irəliləyişlərinin izlənilməsini təmin edir,
şagirdlərin təlim ehtiyaclarının öyrənilməsinə imkan
yaradır. Formativ qiymətləndirmə dərsdə reallaş-
dırılması nəzərdə tutulmuş
alt-standartlardan
çıxarılmış təlim nəticələrinə görə müəyyən edilmiş
meyarlara əsasən aparılır. Formativ qiymətləndirmə