Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 45 -
Bu qrupların hər biri altqruplardan ibarətdir.
Onlardan bir neçəsini nəzərdən keçirək.
İzahedici-illüstrativ metodlar. Bu metod
materialın şagirdlərə hazır şəkildə verilməsini
(illüstrasiya) və müəllim tərəfindən onun şagirdlərə
tam izahını tələb edir. Məsələn, kompüterin yaddaş
qurğularının izah edilməsi zamanı müəllim bu
metodlardan istifadə edə bilər.
Reproduktiv metodlar. Bu metodlar yuxarıda
adı çəkilən metodlardan onunla fərqlənir ki, onlar
dəfələrlə çalışmalar həlli vasitəsilə təkrar edilir və
şagirdlərə bu formada mənimsədilir. Bu metodlar
sayəsində şagirdlər klaviatura ilə işi öyrənir, kompüter
vərdişlərinə yiyələnir.
Evristik metod yeni biliklərin axtarışı ilə
müəyyən edilir. Müəllim tərəfindən biliyin bir qismi
şagirdlərə hazır verilir, bir qismini isə şagirdlər özləri
tapır.