Xumar Novruzova İnformatikanın tədrisi metodikası
- 47 -
yaddaşında və ya proqramda qabaqcadan tərtib
edilmiş materiala əsaslanır.
İnformatika dərslərində tətbiq edilən metodların
bəzi cəhətlərin qeyd edək. Təlimin ilk illərində
klaviatura və mausla işi öyrədərkən reproduktiv
metodlardan istifadə etmək səmərəlidir. Müəllim
şagirdlərin hər birinə yaxınlaşaraq onlara əllərini
düzgün qoymağı öyrətməlidir. Bu zaman müəllim
lokal şəbəkə vasitəsilə şagirdlərin hər birinin işinə
nəzarət edə bilər və ya proyektorla öz işini nümayiş
etdirər.
İnformatikadan təlim metodlarının səmərəli
seçilməsi bir sıra şərtlərdən asılıdır – müəllimin
nəzəri və praktik hazırlılığı, şagirdlərin real dərkemə
qabiliyyəti, mövcud əyani vəsait, texniki avadanlıqlar,
materialın öyrənilməsinə ayrılan vaxt və s.
Dostları ilə paylaş: