Xumar Novruzova İnformatikanın tədrisi metodikası
- 48 -
üsullardan istifadə edə bilər:
1) yeni mövzunu təqdim edərkən
həm şifahi
üsuldan, həm də əyani vasitələrdən istifadə edir (eyni
zamanda danışır və göstərir);
2) kiçik qrup halında şagirdlərlə ayrıca görüşür
və onlara təkrar izahat verir (bu
üsulun tətbiqinə sinfin
güclü şagirdlərini də cəlb etmək olar);
3) oxu üçün nəzərdə tutulan materialı bir mətn
şəklində yox, bir neçə mətn şəklində hazırlayır ki,
müxtəlif oxu qabiliyyəti olan
şagirdlər oxu
fəaliyyətinə cəlb
oluna bilsinlər;
4) şagirdlərin ehtiyaclarından asılı olaraq onlara
manipulyativ alətlər verir;
5) öyrəndiklərini və bacardıqlarını nümayiş
etdirmək üçün müxtəlif yollar təqdim edir: məsələn,
süjetli-rollu oyunlar hazırlamağa imkan yaradır, şifahi
cavabın əvəzinə məktub yazmağı təklif edir, şagirdlər
üçün qrup və ya fərdi
qaydada işləmək üçün şərait
yaradır;
6) şagirdlərin müxtəlif öyrənmə üslublarını
nəzərə alaraq onlar üçün fərdi şəraitin yaradılmasına
çalışır: tək oturmağı sevən tək oturur, qrupda işləməyi