Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 56 -
əvvəlcə problemin qoyulmasına imkan verən
motivasiya yaradılır. Nəticədə
tədqiqat sualı müəyyənləşdirilir. Həmin tədqiqat sualı problemin həlli yollarına dair ilkin fərziyyələrin irəli sürülməsinə
şərait yaradır. Sonra problemin araşdırılması üçün
şagirdlər irəli sürülmüş fərziyyələrin doğruluğunu
yoxlamaq etmək üçün bilik mənbələrindən istifadə
etməklə tədqiqat işlərinə cəlb olunur. Alınan nəticələr
iş vərəqlərində qeyd edilir. İş vərəqlərində işlər
tamamlandıqdan sonra məlumat mübadiləsi aparılır.
Hər qrup öz tədqiqatlarının yekunları ilə sinfi tanış
edir. Məlumatlar sistemləşdirilərək ümumiləşdirilir.
Həmin ümumiləşmələr ilkin fərziyyələrlə müqayisə
olunur və nəticələr çıxarılır. Bundan sonra biliyin tətbiqi mərhələsi gəlir. İşin gedişindən aydın olduğu
kimi, fəal – interaktiv təlimdə şagirdlərdə məntiqi,
tənqidi və yaradıcı təfəkkürünün inkişafı qayğısına
qalınır, təlim prosesinə tədqiqat xarakteri verilir.
Təlim prosesində işgüzar iş mühiti, əməkdaşlıq şəraiti
yaradıldığından şagirdlərin yüksək fəallığı təmin
olunur.
Qruplara bölünməni şagirdlər üçün könüllü
yerinə yetirərkən onlar öz dost və yoldaşları ilə birgə
işləməyə üstünlük verirlər. Şagirdlərdə müxtəlif sosial
bacarıqları
formalaşdırmaq məqsədilə qruplara