Xumar Novruzova İnformatikanın tədrisi metodikası
- 58 -
təşkil ediməsinə görə və s. Didaktik məqsədlərinə
görə dərsin aşağıdakı
tipləri var:
·
yeni bilik
verən dərs;
·
bilik və bacarıqların formalaşdırılması
dərsi;
·
biliklərin təkrarı və ümumiləşdirilməsi
dərsi;
·
yoxlama dərsi;
·
mürəkkəb (qarışıq) dərs.
Dərsə verilən tələblər 2 qrupa bölünür- ənənəvi
tələblər, müasir tələblər. [3]
Ənənəvi tələblərə dərsin
psixoloji və məntiqi
cəhətdən tam olması, dərsdə şagirdlərin fəallığının
tam təmin olunması, müxtəlif üsul və vasitələrdən
istifadə
edilməsi, kollektiv və fərdi işin uzlaşdırılması,
vaxtdan səmərəli istifadə və s. daxildir.
Müasir tələblərə isə dərsdə yüksək
nəticə əldə
edilməsinə yönəldilən tədris fəaliyyətinin təşkili,
dərsin quruluşunun aydın olması, əsas
didaktik vəzi-
fənin – yəni təlim materialının şagirdlərin başa düşə-
cəyi səviyyədə izahı, şagird fəallığı və şüurluluğunun
təmin edilməsi, humanizm, əyanilik prinsiplərinin
təmin edilməsi və s. aiddir.