Xumar Novruzova İnformatikanın tədrisi metodikası
- 61 -
Belə cədvəlləri tərtib
edərkən müəllim
ümumiləşdirmə və sistemləşdirmə metodlarından
istifadə edərək, ümumiləşdirmə zamanı nəyin əsas
götürüldüyünü
müəyyən etməli, şagirdlərə əvvəlcə
bir-birindən fərqli, sonra isə oxşar situasiyalarla bağlı
çalışmalar verməlidir.
Yoxlama dərsinin məqsədi şagirdlərin bilik
səviyyələrini üzə çıxarmaq, onların kompüterdə iş
vərdişlərinə necə yiyələndiklərini
müəyyən etmək və
s.-dir. Bu dərslərin təxmini quruluşu belədir: [3]
1.
Dərsin məqsədi aydınlaşdırılır.
2.
Yoxlama işinin məzmunu ilə tanışlıq.
3.
Yoxlama tapşırığının yerinə yetirilməsi.
4.
İşin icrasına nəzarət.
5.
Yoxlamanın yekunlaşdırılması.
6.
Ev tapşırığının verilməsi.
Dostları ilə paylaş: