Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim


Təzyiq altında işləyən qabların, aparatların istismarında təhlükəsizlik tədbirləri



Yüklə 1,67 Mb.
səhifə22/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

4.4.Təzyiq altında işləyən qabların, aparatların istismarında təhlükəsizlik tədbirləri
Təzyiq altında işləyən qabların istismar təhlükəsizliyi daxilində kimyəvi və istilik prosesləri gedən, həmçinin sıxılmış, həll olmuş, mayeləşmiş qazları və mayeləri təzyiq altında saxlayan və nəql edən kip- bağlı tutumlar təzyiq altında işləyən qablar adlandırılır.Təzyiq altında işləyən qablar potensial partlayış mənbələridirlər.Bu qablarda partlayış xarici təbəqənin qəflətən dağılması və nəticədə enerjinin tez bir zamanda azad olması səbəbindən baş verir. Qabın dağılması zamanı təzyiqin kəskin surətdə düşməsi nəticəsində tutumda olan maddə dərhal buxarlanır, qazın və ya buxarın həcmi artır, sıxılmış mühitin potensial enerjisi az bir zamanda dağılmış qabın qəlpələrinə, çox sıxılmış qazın kinetik enerjisinə çevrilir. Qabın qalıqları isə reaktiv qüvvənin təsirinə məruz qalır. Partlayış zamanı yaranan güc aşağıdakı formula ilə təyin edilir.
N= A/ T, (4.2)
Burada, A- qab dağıldıqda qazın adiabatik genişlənməsi zamanı görülən işdir. T- qazın genişlənmə ( partlayış) vaxtıdır. Bu düsturdan istifadə edərək həcmi 1m3 , daxili təzyiqi 12MPa olan, hava ilə doldurulmuş qab partladıqda bir saniyə ərzində 28Vt güc ayrılmasını hesablamaq olar. Qeyd etmək lazımdır ki, neft emalı müəssisələrində aparatların daxilində (təzyiq altında) öz–özünə alovlanma temperaturundan yüksək temperatura qədər qızdırılmış partlayıcı və yanar neft məhsulları olur. Belə aparatlarda partlayış baş verdikdə havaya atılan qarışıq yenidən ikinci partlayış yaranmasına səbəb olur.
Təzyiq altında işləyən qablarda baş verən qəzaların əsas səbəbləri aşağıdakılardır: - aparatların mexaniki möhkəmliyinin pozulması ( korroziya, yerli qızmalar və s.); - təzyiqin buraxıla bilən qiymətdən çox olması; - iş rejiminin pozulması; - avadanlığa pis qulluq edilməsidir. Nadir hallarda qabların konstruksiyalarındakı çatışmazlıqlar qəzaya səbəb olur.
Sənayedə işlərin təhlükəsiz görülməsi Dövlət Nəzarəti Agentliyi tərəfindən təsdiq edilmiş “Təzyiq altında işləyən qabların quruluşu və təhlükəsiz istismarı qaydaları” qabları layihələndirən, hazırlayan, istismar edən bütün müəssisə və təşkilatlar üçün məcburidir. Bu qaydalar aşağıdakı qablara və tutumlara aid edilir:
1. 0,07 MPa-dan yuxarı təzyiqdə işləyən qablara;
2. 500 C-ə qədər temperaturda buxarlarının təzyiqi 0,07 MPa-dan yuxarı olan mayeləşdirilmiş qazların nəqli üçün istifadə edilən çəllək və çənlərə;
3. Mayeləşdirilmiş qazları, maye və toz şəklində olan maddələri təzyiqsiz saxlayan və nəql edən, lakin boşaldılması üçün 0,07 MPa-dan yüksək təzyiq lazım olan qablara və sistemlərə;
4 Işci təzyiqi 0,07 MPa-dan çox olan sıxılmış, mayeləşdirilmış və həll olmuş qazların saxlanması və nəqli üçün istifadə edilən balonlara. Təzyiq altında işləyən qabların konstruksiyalarına, hazırlanmasına, materialına, quraşdırılmasına, təmirinə, tətbiq edilən nəzarət ölçü cihazlarının, qoruyucu qurğularının yoxlanmasına texniki qulluğuna, qeydiyyatına; quraşdırılmasına nəzarət üzrə xüsusi təhlükəsizlik tələbləri irəli sürülür.
Təzyiq altında işləyən qabların işini idarə və təhlükəsiz istismarını təmin etmək üçün onlar təzyiq və temperatur ölçən cihazlarla, qoruyucu tərtibatlarla, bağlayıcı armaturlarla və səviyyə göstəriciləri ilə təmin olunmalıdırlar. Qoruyucu qurğulara membranlar və qoruyucu klapanlar aid edilir. Qoruyucu klapanlar qablarla əlaqələndirilmiş boru xətti üzərində yerləşdirilir.Bunlar qab daxilindəki təzyiqin buraxıla bilən təzyiqdən artıq olmasının qarşısını alır. Membranlar təzyiqin kəskin artması zamanı tutumdan böyük miqdarda mayeləri və qazları kənar etmək üçün lazım gələn yerlərdə quraşdırılır. Klapanların etibarlı işləməsi onun buraxa bilmə qabiliyyətinin düzgün hesablanması, yayın dəqiq tənzim edilməsi və klapanın işinə nəzarət vasitəsilə təmin edilir. Klapanın buraxma qabiliyyəti (kq/saat) “Qablar haqqında” qaydada verilmiş formullar əsasında hesablanmalıdır.Bu qaydaya əsasən atmosferə zəhərli partlayış və yanğın təhlükəli qazlar və ya buxarların tutulmasına qarşı sistemə iki qoruyucu klapan qoyulur. Işçi klapan qazı təhlükəsiz zonada atmosferə yönəldir. Nəzarət klapanı isə lazımsız məhsulları qapalı bir həcmə yönəldir ki, buradan da onlar fakelə göndərilir.


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin