Dərs vəsaiti baki 2019 azərbaycan respublikasi təHSİl naziRLİYİ


İntellektuallaşdırılmış informasiya



Yüklə 1,34 Mb.
səhifə8/41
tarix24.12.2023
ölçüsü1,34 Mb.
#191410
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   41
İntellektual müh ılavə...

1. 6. İntellektuallaşdırılmış informasiya-ölçmə sistemlərinin ümumiləşdirilmiş strukturu
İntellektual ölçmələrlə əlaqədar olan əsas əməliyyatların paralel icra olunmasını təmin edən funksionalyönümlü prosessorlar əsasında qurulmuş İnİÖS-in ümumiləşdirilmiş struktur-funksional sxemi şək. 1.8-də göstərilmişdir [36].
Belə struktur və cəldişləməni xeyli artırmağa imkan verir Vericilər V1-Vn bilavasitə ölçmə obyektindən ölçülən kəmiyyətləri qəbul edir, kommutator K eksperimentin planına uyğun olaraq lazım gələn ölçmə kanalını (ÖK) qoşur.
Hər bir ÖK periferiya ölçmə avadanlığının (PÖA) tərkibinə daxil olan ölçmə modulları və cihazlarından formalaşdırılır. Cihazlar periferiyasını idarə edən prosessor (CPİP) seçilmiş ÖK-nı formalaşdırır və onun tərkibinə daxil edilən cihazları və modulları və eyni zamanda kommutatoru idarə edir.





35




Siqnalları təsnifat prosessoru M0 modelinin qurulması zamanı, məsələn, müxtəlif ehtimal xarakteristikalarına görə uyğun təsadüfi prosesın stasionarlıq xüsusiyyətini yoxlayır, onların sonlu ölçülü paylanmalarını, korrelyasiya funksiyasını və spektral sıxlığını və formasını identifikasiya edir. Bu zaman ölçülən siqnalların modellər bankı (ÖSMB) və siqnalları təsnifatlandırma alqoritmləri bankından (STAB) istifadə edilir.


Ekspermenti planlaşdırma prosessoru (EPP) ölçmə obyekti və onun siqnalları haqqında öncədən ölçmələr və təsnifat nəticəsində alınmış olan aprior informasiya əsasında ölçmə nəticələrinin verilmiş keyfiyyət göstəricilərinə uyğun olaraq bilavasitə ölçmə və ya İnİÖS-in metroloji sınaqları zamanı yerinə yetirilən ölçmə əməliyyatının planını (P0) formalaşdırır. Ölçmə əməliyyatlarının planı ÖK-nın işçi strukturunu, onların kommutasiya ardıcıllığını və vaxtını, hər kanaldakı ölçmələrin sayını və son ölçmə nəticələri alınana qədər ölçmə dövrəsi prosessorunda (ÖDP) ölçmə informasiyasının rəqəmli emal alqoritmlərini təyin edir.
Ölçmə dövrəsi prosessoru seçilmiş La [x(t)] adekvat ölçmə alqoritminə uyğun olaraq, Z*[x(t)] ölçmə nəticələri alınana qədər, ölçmə dövrəsinin prosessor hissəsində ölçülən kəmiyyətlərin qiymətinin ədədi ekvivalentinin Z [x(t)] rəqəmli çevirmələrini yerinə yetirir. Belə çevirmələrə sıçrayışların redaktəsi və ölçülən kəmiyyətləri miqyaslama, müxtəlif ÖK-ların dərəcələmə çevirmələri, dolayı, birgə, birləşmiş və statistik ölçmələr aid edilə bilər. Bu prosessor həm də parametrləri eksperimentin aparıldığı şəraitin və girişə edilən təsirlərin dəyişmələrinə uyğunlaşan adaptiv, iterativ ölçmə əməliyyatlarının yerinə yetirilməsini nəzərdə tutur. ÖDP eyni zamanda nəticəsindən asılı olaraq, ölçmə alqoritminin statistik qərarlar və təsnifatlandırma əməliyyatları da daxil ola bilən mürəkkəb məntiqi struktura malik olan ölçmə əməliyyatlarının da yerinə yetirilməsini nəzərdə tutr. Bu halda ÖDP siqnalları təsnifat prosessoru (STP) ilə birgə fəaliyyət göstərə bilər. ÖDP-də icra edilən alqoritmlər ölçmə alqoritmləri bankında (ÖAB) saxlanılır.
İnIÖS-in tərkibinə daxil olan metroloji prosessora (MrP) üç əsas funksiyaların yerinə yetirilməsi həvalə edilir.
Birinci funksiya ölçmələrin planlaşdırılması, onların təşkili və İnİÖS-in metroloji attestasiyası və yoxlanması zamanı nəticələrin emal edilməsidir. Bu zaman planlaşdırma və cihaz periferiyasını idarəetmə prosessorları ilə sıx qarşılıqlı fəaliyyət göstərir.
MrP-nin ikinci funksiyası ÖK-nın özünüyoxlaması, özünükalibirləməsi və bunların əsasında ÖDP ilə birlikdə cari ölçmə nəticələrinin korreksiya edilməsidir.
Bu iki funksiyanın yerinə yetirilməsi üçün MrP intellektual ölçmə vasitəsinin girişinə (və yaxud elektrik ölçmə kanalının girişinə) məlum ölçüdə tələb edilən fiziki kəmiyyətləri (və yaxud nümunəvi elektrik kəmiyyətlərini) vermək üçün avtomatik nümunəvi siqnallar blokundan (NSB) istifadə edir.
MrP-nin üçüncü funksiyası ölçmə nəticələrini onların xəta xarakteristikalarının qiymətləndirilməsi ilə birlikdə təqdim etməkdən ibarətdir. Müasir dövrdə bu funksiya ölçmə informasiyası ədədi çevrilmələrini və cari ölçmə informasiyası nəticələrinə görə qərar qəbuletmə alqoritmlərinin yerinə yetirilməsi zamanı daha böyük əhəmiyyət kəsb edir. Belə ölçmə alqoritmlərinin icrası zamanı alınmış nəticələrin xəta xarakteristikaları ÖK-nın metroloji xarakteristikalarından, qərarların qəbul edilməsi zamanı istifadə edilən statistik meyarların doğruluq xarakteristikalarından, ölçülən siqnalın konkret x(t) qiymətlərində xarici təsiredici kəmiyyətlərin qiymətlərindən və s. asılı olur.
Beləliklə, alınan ölçmə nəticələrinin onların xəta xarakteristikaları ilə müşayiət edilməsi istifadəçi üçün vacib olur. İnİÖS-in real şəraitdə istismarı zamanı kifayət qədər sadə ölçmə əməliyyatları yerinə yetirilərkən də alınan nəticələrin xəta xarakteristikalarının qiymətləndirilməsi üçün kifayət qədər mürəkkəb formullardan istifadə edilməsi lazım gəlir. Bu halda MrP həmin zehni və əl əməyini avtomatlaşdırmağa imkan yaradır.
İntellektual prosessorun (İP) yerinə yetirdiyi funksiyalar daha müxtəlifdir [36].
1. Digər ixtisaslaşdırılmış prosessorlarla qarşılıqlı fəaliyyətin təmin edilməsi;
2. Biliklər bazası (BB) və verilənlər bazasının (VB) idarə edilməsi
3. Ölçmə prosesləri haqqında aprior informasiyadan və ölçmə nəticələrinin keyfiyyət göstəricilərindən asılı olaraq ÖDP-də icra edilən La[x(t)] adekvat ölçmə alqoritminin seçilməsi;
4. İnsan-operatorla interfeysin (İF) təşkili; qeyd etmək lazımdır ki, müxtəlif predmet sahələrindəki ölçmələrə, İnİÖS-in metroloji tədqiqatlarına, onun texniki sazlığına, sistemi işləməyə öyrətməyə və s. yönəlmiş bir neçə İF nəzərdə tutula bilər;
5. Alınmış ölçmə informasiyasının sıxılması, onun uyğun ətraf qurğularına (qrafikquranlara, qrafiki displeylərə) əyani şəkildə xaric edilməsi;
6. Ölçmə nəticələri və onların dəqiqlik xarakteristikalarının dispersiya D [Z*] ilə birlikdə təqdim edilməsi;
7. İnİÖS-in hər hansı idarəetmə sistemininin strukturuna daxil olduğu zaman əks əlaqə (ƏƏ) dövrəsində icra mexanizmi (İM) və tənzimləyicilər (T) üçün idarəedici təsirlərin U [Z*] formalaşdırılması, özünüöyrətmə, yeni ölçmə alqoritmlərinin sintezi əsasında İnÖS-in məxsusi alqoritmik təminatının inkişaf etdirilməsi.
Yeni nəsil İnİÖS-in texniki realizasiyası cihazqayırmada mövcud olan modulların, cihazların və interfeyslərin unifikasiyası və standartlaşdırılması təcrübəsindən istifadə edilməklə proqram-texniki vasitələrin və informasiyanı emaletmə sistemlərinin yaradılmasının yeni prinsipləri əsasında mümkün olur.
Göstərilən struktura malik olan və funksiyaları icra edən İÖS intellektuallaşdırmanın yüksək səviyyəsinə aid edilir. Yalnız belə yüksək səviyyəli intellektuallığa malik olan İnİÖS-ləri deyil, həm də hər hansı intellektual funksiyanı yerinə yetirən ölçmə vasitəsini intellektual hesab etmək olar [44].



Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin