Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli


MÖVZU 14. MƏHSULUN (İŞ VƏ XİDMƏTLƏRİN )



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə80/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   91
document hrclubaz 226

MÖVZU 14. MƏHSULUN (İŞ VƏ XİDMƏTLƏRİN ) 
MAYA DƏYƏRİ KALKULYASİYASININ DİGƏR 
PARAMETRLƏRİ VƏ ONLARIN XÜSUSİYYƏTLƏRİ 
14.1. Kalkulyasiyanın xüsusi növləri 
 
Kalkulyasiyanın 
xüsusi 
növlərinə 

ekvivalent 
kalkulyasiya, o cümlədən yanaşı məhsulların maya dəyərini 
hesablamaq üçün istifadə edilən avadanlığın işinin maşın-saatın 
dəyəri əsasında aparılan kalkulyasiya, tədbirlərin dəyərinin 
kalkulyasiyası və qiymətqoyma və qiymət siyasətində 
qərarların qəbul edilməsi üçün kalkulyasiya hesablamaları 


197 
daxildir. Sənayenin və kənd təsərrüfatının bir sıra sahələrində 
bir adda məhsul istehsal edilir lakin maddi – faydalılıq 
məzmununa, nəmliyinə və əmək tutumuna görə ayrı-ayrı 
istehsal mərhələlərində həyata keçirilir. 
Bir qayda olaraq belə məhsuldar vahid texnologiya üzrə 
eyni avadanlıqda, xammal və materialların və digər 
komponentlərin eyni reseptinə riayət edilməklə hazırlanırlar. 
Sərf edilən məsrəflərin uçotuna bu məhsulun hər bir növü və 
çeşidi üzrə aparmaq ya mümkün olmur, ya da uçot işlərinin 
dəyərinin yüksək olması üzündən məqsədəuyğun hesab 
edilmir. 
Belə məhsullar üzrə ekvivalent əmsal kalkulyasiyası 
tərtib edilir, yəni məhsuldan biri vahid kimi qəbul edilir, digər 
isə plan və normativ məsrəflərin nisbətindən, əmək tutumunun 
gösəricilərindən, istehlak xarakterindən və yaxud hər 
məmulatın satış qiymətindən çıxış edilərək vahiddən böyük və 
yaxud kiçik olan əmsallar üzrə etalon məhsula çevrilir.
Məsələ 5.3. Zavod üç növ məhsul buraxır – A, B, C. Plan 
istehsal məsrəflərinin nisbəti 1.2:1.0:0.9-dur. 2 min ton məhsul 
buraxılıb, cəmi xərc 3630000 manat təşkil edir. Bu məhsulu 
vahidə çevirdikdə həcmi 2420 ton olacaqdır.
1000x1.2+500x1.0+800x0.9 =2420 ton. B məhsulunun 1 
tonuna şərti çəki vahidinin maya dəyəri 1500 manat təşkil edir. 
3630000:2420 =1 ton üçün 1500 manat. 
Digər növ məhsulların 1 tonunun maya dəyəri: 
A markalı məhsul: 1500x1.2 =1800 manat 
C markalı məhsul: 1500x0.9 =1350 manat 
Ekvivalent kalkulyasiya - kalkulyasiyanın mərhələ 
metodunun xüsusiləşmiş bir növü hesab olunur. Mərhələ 
metodu da bir və yaxud çoxpilləli ola bilər. Bunlar hamısı 1-ci 
istehsal məhsulunun növbəti istehsalda istehlak olunub 
olunmamasından asılıdır. 


198 
Eynicinsli məhsul istehsalı üçün (onun eyni çəki və 
yaxud ölçüsünə malik olduğu halda) kompleks istehsal 
məsrəflərini dəyər nisbəti göstəriciləri ilə bölüşdürmək 
mümkündür. 
Bu 
nöqteyi-nəzərdən 
hal-hazırda 
aşağıdakı 
göstəricilərdən istifadə edilir: 
1. İstehlakçılara satılan məhsulun topdan və yaxud 
pərakəndə satış qiyməti; 
2. Əmtəəlik məhsulun satınalınma qiyməti və yaxud 
faktiki istehsal maya dəyəri; 
3. Əmtəəlik məhsulun plan maya dəyəri
4. Oxşar və yaxud əvəz edə bilən məhsulların qiyməti və 
yaxud istehsal maya dəyəri; 
5. Hər bir məhsul istehsalına sərf edilən dəyişən 
məsrəflərin səviyyəsi. 
Sadalanan 
göstəricilərin hər biri qiymət 
amilin 
bölüşdürmə bazası və kəmiyyətinə təsiri ilə yaranan çox və 
yaxud az şərtilik dərəcəsi ilə əmsal nisbətlərini hesablamaq 
üçün əsas kimi qəbul edilə bilər. Sair eyni şərtlər şəraitində 
məhsulun plan maya dəyəri göstəricisinə üstünlük verilə bilər 
ki, bu da qiymətin mütənasib bölüşdürmə nisbətinə təsir edən 
müxtəlif növ rentabellik səviyyəsinə malik olması ilə bağlıdır. 
Bundan əlavə qiymətlər arasında nisbətə yalnız məhsulun maya 
dəyəri təsir etmir, bir sıra qiymət əmələ gətirən amillər də 
(məhsulun istehlak xüsusiyyəti, onun sosial qiyməti və s.) təsir 
edir. 
Plan maya dəyəri – 

iqtisadi 
nöqteyi-nəzərdən 
kompleks istehsal məsrəflərinin bölüşdürülmə əmsalının 
hesablanmasına imkan verdiyi üçün daha əsaslandırılmış 
göstərici hesab olunur. 
Ayrı-ayrı yanaşı məhsulların plan maya dəyərləri 
arasındakı nisbəti belə birləşdirmənin real nisbətini əks etdirir. 
Ona görə də məhsul vahidinin plan maya dəyərini 


199 
hesablayarkən maksimum hesablama dəqiqliyinə nail olmaq 
lazımdır. Bu yalnız hər bir elementin fərdi bölüşdürmə 
bazasına mütənasib (proporsional) bölüşdürülməsi yolu ilə 
təmin edilə bilər. Bu hesablamalarda kompleks istehsal 
məhsullarının 
maya dəyərinin hesablanmasının xüsusi 
metodundan istifadə etmək olar. 
Məhsul vahidinin plan maya dəyərinin hesablanması 
birdəfəlik olduğu üçün uçot plan işlərinin əmək tutumu da o 
dərəcədə artmır. Əgər ilkin materialın kompleks emalı 
prosesində alınan məhsul növləri ilə yanaşı, qeyri-kompleks 
materiallardan eyni məhsul buraxan istehsalat varsa, bu zaman 
bölüşdürmə əmsalının hesablanması da məqsədəuyğun hesab 
edilir. 
Məsrəflərin bölüşdürülmə əmsalının eyni vaxtda emal 
edilən hər bir növ məhsulun çəkisi və həcmindən çıxdaş 
edilərək hesablanması eyni material tutumlu istehsalatlarda 
tətbiq edilə bilər. Material məsrəflərinin müxtəlif xüsusi çəkiyə 
malik 
olan 
yanaşı 
məhsulların 
maya 
dəyərinin 
kalkulyasiyasında buraxılan məhsulun çəki və həcmi nisbəti 
əsasında hesablanan əmsalların tətbiqi ayrı-ayrı məhsul 
növlərinin maya dəyərinin təhrif edilməsi ilə nəticələnir. 
Məcmu məsrəflərin eyni vaxtda istehsal edilmiş 
məhsulların, 
məsrəflərin istehlak xüsusiyyətinə əsasən 
hesablanmış mütənasiblik əmsalının əsasən bölüşdürülməsi 
yuxarıda qeyd edilən oxşar motivlərə gətirib çıxarır. Burada 
bölüşdürmə bazası ilə ayrı-ayrı növ məhsulların maya dəyəri 
arasındakı mütənasiblik daha yüksək dərəcədə təsadüfi ola 
bilər. Belə ki, nə material məsrəflərinin xüsusi çəkisi, nə də 
məhsulun əmək tutumu istehlak üçün bilavasitə onun 
dəyərindən asılı deyil. 

Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin