14.2. Yanaşı məhsulların kalkulyasiyalaşdırılması
200
Əlavə məhsulun alınması eyni texnoloji proses şəraitində
kompleks xammalın emalı ilə əlaqədardır. Burada bir növ əsas
məhsul alınmaqla yanaşı, çoxlu növdə əlavə məhsullar və
müəssisənin özündə istifadə edilən və kənar satılan tullantılar
da alınır.
Əsas və yaxud əlavə məhsul ilə satılan tullantılar
arasındakı fərq əsas etibarı ilə ondan ibarətdir ki, istehsalını
başa çatdırmış məhsul və əmtəə yarımfabrikatları vahid
standartların və yaxud texniki şərtlərin tələblərinə cavab verir,
tullantılar isə belə keyfiyyətlərə malik olmur. Onların istifadə
olunan hissəsi minimum faydalı maddəyə və yaxud maksimum
zərərli qarışıqlara malikdir.
Kompleks istehsala misal olaraq daş kömürün
kokslaşdırılmasını,
neft
emalını,
polimetal
filizlərin
əridilməsini, qarışıqların elektrolizini, meşə materiallarının
mişarlanmasını, ət emalını və s. göstərmək olar. İlkin
xammaldan yeni komponentlər əldə etməyə imkan verən
texnologiyanın təkmilləşdirilməsi nəticəsində əlavə məhsul
istehsalı daima artmaqda davam edir.
Kompleks xammalın emalının texnoloji prosesi çox
müxtəlifdir. Elə istehsal sahələri vardır ki, yanaşı məhsullar
başa çatmış bir istehsal tsiklində alınır, məsələn, domna peçi.
Son məhsulun maya dəyəri kompleks istehsal prosesi ilə
əlaqədar olan xərclərdən və fərdi məhsulun hazırlanması üzrə
məsrəflərdən ibarətdir.
Kompleks istehsalatda məsrəflərin məhsul növləri üzrə
uçotu və yaxud onların birbaşa (müstəqim) qaydada
bölüşdürülməsi mümkün deyil. Maya dəyərinin kalkulyasiyası
xərclərin cəmini məhsulun miqdarına bölməklə, mərhələ
metodu ilə aparılır. Onun kompleks istehsalda tətbiqi
xüsusiyyəti məsrəflərin əsas və yanaşı məhsullar və tullantılar
arasında bölüşdürülməsi ilə bağlıdır. Məhsul müxtəlifliyinin
sayından və onun hazırlanma texnologiyasının mərhələlərindən
201
asılı olaraq kalkulyasiya birmərhələli və çoxmərhələli ola
bilər.
Kompleks istehsalatda yanaşı məhsulun maya dəyərinin
kalkulyasiyasının üç növündən istifadə edilir:
1. Çıxarılma (istisna) metodu. Bu metodda yanaşı
məhsulu və satılmış tullantıları şərti olaraq möhkəm satış
qiyməti (topdan buraxılış və yaxud plan-hesablama qiyməti) ilə
qiymətləndirilir və alınan nəticəni ümumi məcmu məsrəf
məbləğindən çıxmaqla əsas məhsulun məsrəfləri tapılır.
2. Əmsal metodu. Bu metodda məsrəfləri məhsul növləri
arasında əmsallara mütənasib olaraq bölüşdürürlər.
3. Kombinələşdirilmiş metod. Bu metodla yanaşı
məhsulun maya dəyəri məsrəfləri möhkəm satış qiyməti ilə
hesablanan hissəni çıxdıqdan sonra xərcin qalan hissəsini
əmsal üsulu ilə bölüşdürürlər.
Kompleks istehsalda məqsədli (əsas) məhsulun maya
dəyərini hesablamaq üçün yanaşı məhsul ilə tullantıları düzgün
qiymətləndirmək və eləcə də bölüşdürmə əmsalı üçün
hesablama bazasını iqtisadi cəhətdən əsaslandırmaq lazımdır.
Yanaşı məhsulun maya dəyərinin hesablanmasının qalıq
dəyər metodundan o halda istifadə edilir ki, yanaşı məhsuldan
bir əsas məhsulu ayırmaq mümkün olsun, qalan məhsul əlavə
məhsul hesab edilir. Əsas və yanaşı məhsulun maya dəyərini
hesablamaq üçün bu istehsal üzrə kompleks məsrəflərdən əlavə
məhsulun dəyərini çıxmaq və alınan nəticəni əsas və yanaşı
məhsulun miqdarına bölmək lazımdır.
Bölüşdürmə metodundan o halda istifadə edilir ki, yanaşı
istehsal məhsulunu əsas və əlavə məhsula bölmək mümkün
olmur. Bu halda, istehsal məsrəflərini əmsallar əsasında
bölüşdürmək lazımdır.
Yanaşı məhsulun maya dəyərinin kalkulyasiyasının
kombinələşdirilmiş metodunun qalıq dəyər metodu ilə
bölüşdürmə metodu birləşdirilir (kombinələşdirilir). Məcmu
202
məsrəflərdən əlavə məhsulların dəyəri çıxılır, qalan məbləğ
əmsal bölüşdürmə metodu ilə əsas məmulatların bir neçə növü
arasında bölüşdürülür.
Yanaşı
istehsal
məhsullarının
maya
dəyəri
kalkulyasiyasından balansda əmtəəlik məhsul ehtiyatlarını
qiymətləndirmək,
məqsədli
məhsulun
rentabelliyini
hesablamaq və onların buraxılış minimum nisbətinin müəyyən
edilməsi üçün istifadə edilir.
Məsələ 5.4 Əlavə istehsal məsrəflərinin cəmi 84000
manat, 1000 kq əsas (məqsədli) məhsul, 200 kq “M” əlavə
məhsul, 20 kq “N” əlavə məhsul alınmışdır. “M” əlavə
məhsulu bir kiloqramı 20 manatdan bazarda satılmışdır, hər
kiloqrama 6 manat xərc çəkilmişdir, “N” məhsulu ekoloji
tələblərə əsasən məhv edilir. Onun utilləşdirilməsi və
daşınması xərci hər kiloqrama 100 manat olmuşdur. Əsas
məhsulun və satılmış “M” əlavə məhsulun istehsal maya
dəyərini hesablayın:
1. Yanaşı məhsulun ümumi xərci 8400 manat
2. “M” əlavə məhsulun dəyəri: 20x200-6x200=2800
manat
3. “N” əlavə məhsula çəkilən xərc 100x20=2000 manat
4. Qalıq xərcləri (1-2+3)=83200 manat
5. 1 kq əsas məhsulun istehsalat maya dəyəri 83200 :
1000 = 83.20 manat
6. “M” məhsulunun 1 kiloqramının istehsalat maya
dəyəri 2800 : 200 = 14 manat
Dostları ilə paylaş: |