218
219
Zərərsizlik nöqtəsinin qrafiki
Sxem 12.
Satışın həcmi, cinsi ifadədə
375
350
325
300
275
250
225
200
175
150
125
100
80
75
50
25
min man.
p
u
l g
əli
ri, m
əsr
əfl
ər
0 50 100 150 200 250 320 350 400 450 500 550 600
A
zərər
K
B
mənfəət
zərərsizlik nöqtəsi
astana pul gəliri
satışın astana həcmi
F
y
220
15.4. “Məsrəflər – Həcm – Mənfəət”in qarşılıqlı
əlaqələrinin təhlilində davamlılığın marjinal ehtiyatlarının
və istehsalat levericinin rolu
Davamlılığın marjinal ehtiyatları dedikdə - məhsul (iş,
xidmət) satışından alınan faktiki pul gəlirinin satışın
zərərsizliyini təmin edən astana (zərurilik nöqtəsindən)
səviyyəsindən artıq olması başa düşülür. Bu göstərici aşağıdakı
düsturlarla hesablanır:
Davamlılığın marjirnal ehtiyatları
Davamlılığın marjinal ehtiyatı nə qədər yüksəkdirsə,
müəssisə üçün o qədər yaxşıdır. Əvvəlki misalımız üçün
davamlılığın marjinal ehtiyatı 36% [(375000 – 240000) :
375000 x 100%]. Davamlılığın marjinal ehtiyatının 36%
olması onu göstərir ki, əgər bazarda vəziyyətin (situasiyanın)
dəyişildiyi (təklifin aşağı düşməsi rəqabət qabiliyyətinin
pisləşməsi) nəticəsində müəssisənin satışdan pul gəlirinin
azalması 36 faizdən aşağı olarsa, müəssisə mənfəət, yuxarı
olarsa, zərər əldə etmiş olacaqdır. Zərərsiz satış şəraitində
məhsulun satış qiymətini təyin etmək üçün aşağıdakı düsturdan
istifadə edilir:
Əvvəlki misalımızda məhsul vahidinin zərərsizlik
qiyməti 480 manatdır (240000 : 500 ədəd)
Zərərsizlik qiymətinin düsturunu bilməklə müəyyən
edilmiş məbləğdən mənfəət almaq üçün zəruri olan satış
qiymətini təyin etmək olar.
221
İstehsal leverici (ingiliscə “leverage” - vasitə, rıçaq) –
müəssisənin mənfəətinin idarə edilməsi mexanizmidir ki, bu da
sabit və dəyişən xərclərin nisbətinin optimallaşmasına
əsaslanır. İstehsalat levericinin köməkliyi ilə məhsulun
həcminin dəyişilməsindən asılı olaraq müəssisənin mənfəətinin
dəyişilməsini proqramlaşdırmaq və zərərsizlik nöqtəsini təyin
etmək olar.
İstehsal levericinin mexanizminin tətbiqinin mühüm
şərtlərindən biri də marjinal metodun istifadəsi hesab olunur ki,
bu da məsrəflərin sabit və dəyişən xərclərə bölünməsinə
əsaslanır. Müəssisənin məsrəflərinin ümumi həcmində sabit
xərclərin xüsusi çəkisi nə qədər aşağı olarsa, mənfəət də o
qədər çox dəyişilmiş olacaqdır.
İstehsalat leverici aşağıdakı düsturla hesablanır:
E
il
=
v yaxud
= 1 +
E
il
– istehsal levericinin effektivliyi;
M
g
– marjinal gəlir;
M – mənfəət;
S
x
– sabit xərclər
Yuxarıda göstərilən düsturun köməkliyi ilə hesablanan
leveric effektivliyinin qiyməti müəssisənin satış pulunun
dəyişməsindən asılı olaraq gələcəkdə mənfəətin dəyişilməsinin
proqnozlaşdırılması üçün istifadə edilir. Bunun üçün aşağıdakı
düsturdan istifadə edilir:
E
m
=
ΔM – mənfəətin dəyişilməsi, faizlə;
ΔS
pd
– satış pulunun dəyişilməsi, faizlə.
Əyani olmaq üçün istehsalat levericinin səmərəliliyini
aşağıdakı misalla izah edək.
222
1. Satış pulu (manat) – 375000
2. Dəyişən məsrəflər – 250000
3. Marjinal gəlir (1-2) – 125000
4. Sabit məsrəflər – 80000
5. Mənfəət (3-4) – 45000
6. Satılmış məhsulun həcmi (ədəd) – 500
7. Vahidinin qiyməti – 750
8. İstehsalat levericinin səmərəliliyi (effektivliyi) (3 : 5) –
2.78
Bizim misalımızda istehsalat levericinin səmərəliliyi 2.78
vahiddir (125000 : 45000). Bu o deməkdir ki, müəssisənin
satışdan pul gəliri 1 faiz azaldıqda, mənfəət 2.78 % azalır, satış
pulu 36% azaldıqda isə biz astana rentabelliyinə çatırıq, yəni
mənfəət sıfıra bərabər olur. Fərz edək ki, satış pulu 10%
azalmış və 337500 manat olmuşdur ( 375000 – 375000 x 10 :
100). Belə olduqda müəssisənin mənfəəti 27.8% azalır və
32490 manat (45000 – 45000 x 27.8 : 100). İstehsal leverici
aşağıdakı amillərin təsiri nəticəsində dəyişilə bilər:
a) satışın qiyməti və həcmi;
b) dəyişən və sabit xərclər;
c) sadalanan amillərin kombinasiyası ( qarışığı).
Ayrı-ayrı amillərin istehsalat levericinin təsirini nəzərdən
keçirək.
Satışın qiymətinin 10 faiz artması (hər ədəd üçün 825
manat) satışın həcminin 412500 manatadək, marjinal gəlirin
162500 manatadək (412500 – 250000) və mənfəətin 82500
manatadək (162500 – 80000) artmasına səbəb olur. Bununla da
həmçinin məmulatın hər vahidi hesabı ilə 250 manatdan
(12500 : 500 ədəd) 325 (162500 : 500) manatadək artır. Bu
şəraitdə sabit xərcləri örtmək üçün satışın həmçinin azalması
tələb olunur: zərərsizlik nöqtəsi 246 ədəd (8000 : 325 manat)
təşkil edir, müəssisənin davamlılığının marjinal ehtiyatı 250
ədədə qədər (500 – 246) və yaxud 50.8% artırılır.
223
Dəyişən məsrəflərin 10% aşağı salınması (250000-dən
225000 manatadək) marjinal gəlirin 150000 manatadək
(375000 – 225000) və mənfəətin 75000 manatadək (150000 –
80000) artırılmasına gətirib çıxarır. Bunun da nəticəsində
zərərsizlik nöqtəsi (rentabellik artması) 200000 manatadək
(80000 : (150000:375000)) artmalıdır ki, bu da cinsi ifadədə
400 ədəd (200000 : 500) təşkil edir, əvəzində müəssisənin
davamlılığının marjinal ehtiyatı 175000 manat və yaxud 233
ədəd (175000 : 750 manat) təşkil edir. Bu şəraitdə müəssisədə
istehsalat levericinin səmərəliliyi 2 vahidədək aşağı düşür
(15000:75000). Sabit məsrəflərin 10% azalması (80000
manatdan 72000 manatadək) müəssisənin mənfəətinin 53000
manatadək (375000 – 25000 – 72000) və yaxud 17.8%
artmasına səbəb olmuşdur. Bu halda zərərsizlik nöqtəsi pul
ifadəsində 216000 manat (72000 : (125000 : 375000)) manat,
cinsi ifadəsində isə 288 ədəd (216000 : 750) təşkil etmişdir.
Müəssisənin davamlılığının marjinal ehtiyatı 159000
manat (375000 – 216000) və yaxud 212 ədəd (159000 : 750)
olmuşdur.
Sabit məsrəflərin 10% azalması nəticəsində istehsalat
levericinin səmərəliliyi 2.36 vahid (125000 : 53000) təşkil edir,
ilkin səviyyə ilə müqayisədə 0.42 vahid (2.78 – 2.36) aşağı
düşmüşdür. Aparılan təhlildən belə bir nəticəyə gəlmək olar ki,
istehsalat levericinin səmərəliliyinin dəyişilməsinin əsasını
müəssisənin məsrəflərinin ümumi cəmində sabit xərclərin
xüsusi çəkisinin dəyişilməsi təşkil edir.
|