Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə89/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   91
document hrclubaz 226

 


218 
 
 
 


219 
Zərərsizlik nöqtəsinin qrafiki
Sxem 12. 
 
Satışın həcmi, cinsi ifadədə 
375 
350 
325 
300 
275 
250 
225 
200 
175 
150 
125 
100 
80 
75 
50 
25 
min man.
p
u
l g
əli
ri, m
əsr
əfl
ər
 
0 50 100 150 200 250 320 350 400 450 500 550 600

zərər 


mənfəət 
zərərsizlik nöqtəsi 
astana pul gəliri 
satışın astana həcmi 




220 
15.4. “Məsrəflər – Həcm – Mənfəət”in qarşılıqlı 
əlaqələrinin təhlilində davamlılığın marjinal ehtiyatlarının 
və istehsalat levericinin rolu 
Davamlılığın marjinal ehtiyatları dedikdə - məhsul (iş, 
xidmət) satışından alınan faktiki pul gəlirinin satışın 
zərərsizliyini təmin edən astana (zərurilik nöqtəsindən) 
səviyyəsindən artıq olması başa düşülür. Bu göstərici aşağıdakı 
düsturlarla hesablanır: 
Davamlılığın marjirnal ehtiyatları 
 
Davamlılığın marjinal ehtiyatı nə qədər yüksəkdirsə, 
müəssisə üçün o qədər yaxşıdır. Əvvəlki misalımız üçün 
davamlılığın marjinal ehtiyatı 36% [(375000 – 240000) : 
375000 x 100%]. Davamlılığın marjinal ehtiyatının 36% 
olması onu göstərir ki, əgər bazarda vəziyyətin (situasiyanın) 
dəyişildiyi (təklifin aşağı düşməsi rəqabət qabiliyyətinin 
pisləşməsi) nəticəsində müəssisənin satışdan pul gəlirinin 
azalması 36 faizdən aşağı olarsa, müəssisə mənfəət, yuxarı 
olarsa, zərər əldə etmiş olacaqdır. Zərərsiz satış şəraitində 
məhsulun satış qiymətini təyin etmək üçün aşağıdakı düsturdan 
istifadə edilir: 
     
 
         
 
Əvvəlki misalımızda məhsul vahidinin zərərsizlik 
qiyməti 480 manatdır (240000 : 500 ədəd) 
Zərərsizlik qiymətinin düsturunu bilməklə müəyyən 
edilmiş məbləğdən mənfəət almaq üçün zəruri olan satış 
qiymətini təyin etmək olar. 


221 
İstehsal leverici (ingiliscə “leverage” - vasitə, rıçaq) – 
müəssisənin mənfəətinin idarə edilməsi mexanizmidir ki, bu da 
sabit və dəyişən xərclərin nisbətinin optimallaşmasına 
əsaslanır. İstehsalat levericinin köməkliyi ilə məhsulun 
həcminin dəyişilməsindən asılı olaraq müəssisənin mənfəətinin 
dəyişilməsini proqramlaşdırmaq və zərərsizlik nöqtəsini təyin 
etmək olar. 
İstehsal levericinin mexanizminin tətbiqinin mühüm 
şərtlərindən biri də marjinal metodun istifadəsi hesab olunur ki, 
bu da məsrəflərin sabit və dəyişən xərclərə bölünməsinə 
əsaslanır. Müəssisənin məsrəflərinin ümumi həcmində sabit 
xərclərin xüsusi çəkisi nə qədər aşağı olarsa, mənfəət də o 
qədər çox dəyişilmiş olacaqdır. 
İstehsalat leverici aşağıdakı düsturla hesablanır: 
 
E
il
 = 
 v yaxud 
 = 1 + 

E
il
– istehsal levericinin effektivliyi; 
M
g
– marjinal gəlir; 
M – mənfəət; 
S
x
– sabit xərclər 
Yuxarıda göstərilən düsturun köməkliyi ilə hesablanan 
leveric effektivliyinin qiyməti müəssisənin satış pulunun 
dəyişməsindən asılı olaraq gələcəkdə mənfəətin dəyişilməsinin 
proqnozlaşdırılması üçün istifadə edilir. Bunun üçün aşağıdakı 
düsturdan istifadə edilir: 
E
m
 = 
 
ΔM – mənfəətin dəyişilməsi, faizlə; 
ΔS
pd
– satış pulunun dəyişilməsi, faizlə. 
Əyani olmaq üçün istehsalat levericinin səmərəliliyini 
aşağıdakı misalla izah edək. 


222 
1. Satış pulu (manat) – 375000 
2. Dəyişən məsrəflər – 250000 
3. Marjinal gəlir (1-2) – 125000 
4. Sabit məsrəflər – 80000 
5. Mənfəət (3-4) – 45000 
6. Satılmış məhsulun həcmi (ədəd) – 500 
7. Vahidinin qiyməti – 750 
8. İstehsalat levericinin səmərəliliyi (effektivliyi) (3 : 5) – 
2.78 
Bizim misalımızda istehsalat levericinin səmərəliliyi 2.78 
vahiddir (125000 : 45000). Bu o deməkdir ki, müəssisənin 
satışdan pul gəliri 1 faiz azaldıqda, mənfəət 2.78 % azalır, satış 
pulu 36% azaldıqda isə biz astana rentabelliyinə çatırıq, yəni 
mənfəət sıfıra bərabər olur. Fərz edək ki, satış pulu 10% 
azalmış və 337500 manat olmuşdur ( 375000 – 375000 x 10 : 
100). Belə olduqda müəssisənin mənfəəti 27.8% azalır və 
32490 manat (45000 – 45000 x 27.8 : 100). İstehsal leverici 
aşağıdakı amillərin təsiri nəticəsində dəyişilə bilər: 
a) satışın qiyməti və həcmi; 
b) dəyişən və sabit xərclər; 
c) sadalanan amillərin kombinasiyası ( qarışığı). 
Ayrı-ayrı amillərin istehsalat levericinin təsirini nəzərdən 
keçirək. 
Satışın qiymətinin 10 faiz artması (hər ədəd üçün 825 
manat) satışın həcminin 412500 manatadək, marjinal gəlirin 
162500 manatadək (412500 – 250000) və mənfəətin 82500 
manatadək (162500 – 80000) artmasına səbəb olur. Bununla da 
həmçinin məmulatın hər vahidi hesabı ilə 250 manatdan 
(12500 : 500 ədəd) 325 (162500 : 500) manatadək artır. Bu 
şəraitdə sabit xərcləri örtmək üçün satışın həmçinin azalması 
tələb olunur: zərərsizlik nöqtəsi 246 ədəd (8000 : 325 manat) 
təşkil edir, müəssisənin davamlılığının marjinal ehtiyatı 250 
ədədə qədər (500 – 246) və yaxud 50.8% artırılır. 


223 
Dəyişən məsrəflərin 10% aşağı salınması (250000-dən 
225000 manatadək) marjinal gəlirin 150000 manatadək 
(375000 – 225000) və mənfəətin 75000 manatadək (150000 – 
80000) artırılmasına gətirib çıxarır. Bunun da nəticəsində 
zərərsizlik nöqtəsi (rentabellik artması) 200000 manatadək 
(80000 : (150000:375000)) artmalıdır ki, bu da cinsi ifadədə 
400 ədəd (200000 : 500) təşkil edir, əvəzində müəssisənin 
davamlılığının marjinal ehtiyatı 175000 manat və yaxud 233 
ədəd (175000 : 750 manat) təşkil edir. Bu şəraitdə müəssisədə 
istehsalat levericinin səmərəliliyi 2 vahidədək aşağı düşür 
(15000:75000). Sabit məsrəflərin 10% azalması (80000 
manatdan 72000 manatadək) müəssisənin mənfəətinin 53000 
manatadək (375000 – 25000 – 72000) və yaxud 17.8% 
artmasına səbəb olmuşdur. Bu halda zərərsizlik nöqtəsi pul 
ifadəsində 216000 manat (72000 : (125000 : 375000)) manat, 
cinsi ifadəsində isə 288 ədəd (216000 : 750) təşkil etmişdir. 
Müəssisənin davamlılığının marjinal ehtiyatı 159000 
manat (375000 – 216000) və yaxud 212 ədəd (159000 : 750) 
olmuşdur. 
Sabit məsrəflərin 10% azalması nəticəsində istehsalat 
levericinin səmərəliliyi 2.36 vahid (125000 : 53000) təşkil edir, 
ilkin səviyyə ilə müqayisədə 0.42 vahid (2.78 – 2.36) aşağı 
düşmüşdür. Aparılan təhlildən belə bir nəticəyə gəlmək olar ki, 
istehsalat levericinin səmərəliliyinin dəyişilməsinin əsasını 
müəssisənin məsrəflərinin ümumi cəmində sabit xərclərin 
xüsusi çəkisinin dəyişilməsi təşkil edir. 


224 

Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin