Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli


MÖVZU 15. “MƏSRƏFLƏR – HƏCM – MƏNFƏƏT”İN



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə84/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   91
document hrclubaz 226

MÖVZU 15. “MƏSRƏFLƏR – HƏCM – MƏNFƏƏT”İN 
QARŞILIQLI ƏLAQƏLƏRİNİN TƏHLİLİ 
 


208 
15.1. “Məsrəflər – Həcm – Mənfəət”in qarşılıqlı 
əlaqələrinin mahiyyəti, rolu və əhəmiyyəti 
 
İstehsal müəssisəsinin rəhbəri iş fəaliyyətində çoxlu say-
da müxtəlif idarəetmə qərarları qəbul etməli olur. İstehsal məs-
rəflərinə, qiymətə, satışın həcmi və quruluşu və s. göstəricilərə 
toxunan bütün qərarlar müəssisənin maliyyə nəticəsinə təsir 
edir. Bu kateqoriyalar arasındakı qarşılıqlı əlaqəni və qarşılıqlı 
asılılığı təyin etməyin ən sadə və dəqiq yolu zərərsizlik nöqtə-
sinin müəyyən olunması, yəni müəssisənin gəlirinin onun xərc-
lərini tam ödəməsi (örtməsi) anının təyin edilməsidir. 
Zərərsizlik nöqtəsinin təyin edilməsində müəssisə rəhbə-
rinin (menecerin) ən güclü aləti, istehsalın zərərsizliyinin təhlili 
metodudur və yaxud “Məsrəflərin – Həcmin – Mənfəətin (Cost 
– Volume – Profit: CVP - analiz)” qarşılıqlı əlaqələrinin təhlili-
dir. 
Təhlilin bu növü müəssisənin fəaliyyətinin planlaşdırıl-
ması və proqnozlaşdırılmasının ən səmərəli vasitələrindən biri 
hesab olunur. O, sabit və dəyişən məsrəflər, qiymət və satışın 
həcmi arasında optimal nisbətin aşkara çıxarılmasında və sa-
hibkarlıq riskinin minimuma endirilməsində müəssisə rəhbərlə-
rinə şərait yaradır. Mühasiblər, auditorlar, ekspertlər və məslə-
hətçilər bu metoddan istifadə edərək maliyyə nəticələrini daha 
dərindən və ətraflı qiymətləndirə bilər və müəssisənin işini 
yaxşılaşdırmaq üçün daha dəqiq əsaslandırılmış təkliflər verə 
bilərlər. 
“Məsrəf – Həcm – Mənfəət”in qarşılıqlı əlaqələrinin təh-
lilinin əsas elementləri (açarı) marjinal gəlir, rentabelliyin asta-
nası zərərsizlik nöqtəsi, istehsalat leverici və dayanıqlığı marji-
nal ehtiyat kimi kateqoriyalar hesab olunur. 
Marjinal gəlir dedikdə - müəssisənin məhsul (iş və xid-
mət) satışından əldə etdiyi pul gəliri ilə dəyişən məsrəflər ara-
sındakı fərq başa düşülür. 


209 
Rentabelliyin astansı (zərərsizlik nöqtəsi) – müəssisənin 
məhsul (iş, xidmət) satışından əldə etdiyi pul gəliri onun bütün 
məcmu məsrəflərinə bərabər olduğu halda məhsul satışının 
həcmini xarakterizə edən göstəricidir, yəni o satışın o həcmidir 
ki, müəssisə nə mənfəət nə də zərər alır. 
İstehsalat leverici – məhsul satışının həcminin dəyişilmə-
sindən asılı olaraq müəssisənin mənfəətinin idarə edilməsi me-
xanizmidir. 
Möhkəmliyin (dayanıqlığın) marjinal ehtiyatı dedikdə - 
məhsul (iş, xidmət) satışından alınan faktiki pul gəlirinin astana 
(rentabellik astanası) pul gəlirinə nisbətinin kənarlaşma faizi 
başa düşülür. 
İqtisadi nəzəriyyədə və praktikada “Məsrəflər – Həcm – 
Mənfəət” qarşılıqlı əlaqələrinin təhlilində bir çox düsturlardan 
istifadə edilir. 
Hal-hazırda zərərsizlik nöqtəsini təyin etmək və ona təsir 
edən amilləri düzgün aşkara çıxarmaq üçün aşağıdakı düstur-
dan istifadə edilir: 
M
h
– məhsulun həcmi (cinsi ifadədə); 
ÜMG – ümumi marjinal gəlir
OMG – orta marjinal gəlir; 
ÜSM – ümumi sabit məsrəflər; 
m – mənfəət məbləği; 
MVQ – məhsul vahidinin qiyməti; 
ODM – orta dəyişən məsrəfləri. 
Misal 1
1
. “Xəzər” kiçik müəssisəsi hisə verilmiş kolbasa 
istehsal edir. 
1. Aylıq satış planı – 500 kq 
2. 1 kq satış qiyməti – 10 manat 
1
Misal şərti rəqəmlər 10 dəfə azaldılmaqla müəllifin 
ədəbiyyatında olduğu kimi saxlanılmışdır.


210 
3. məhsul vahidinə düşən dəyişən xərc 6 manat 
4. sabit xərc – 15000 manat 
5. planlaşdırılan məbləğ – 5000 manat. 
1) 5000 manat mənfəət məbləği gözlənildiyi halda satışın 
plan həcmini təyin edək: 
 
Buradan məhsulun zərərsiz satışının həcmi: 
 
2. Verilmiş kardinatlar daxilində gözlənilən mənfəət 
məbləğini təyin edək: 
 
3. Verilmiş şərtlər daxilində sabit məsrəflərin məbləğini 
müəyyən edək: 
 
4. Planlaşdırılan satış qiymətini təyin edək: 
 
5. Məhsul vahidinə düşən dəyişən məsrəflərin məbləğini 
təyin edək: 
 
6. Məhsul vahidinə düşən marjinal gəlir məbləğini təyin 
edək: 


211 

Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin