Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli


Qiymətin kalkulyasiyalaşdırılması



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə83/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   91
document hrclubaz 226

14.4. Qiymətin kalkulyasiyalaşdırılması 
 
Məhsulun (işin, xidmətin) plan (normativ) və faktiki ma-
ya dəyərinin kalkulyasiyası məlumatlarından onların qiyməti-
nin kalkulyasiyası üçün də istifadə edilə bilər. 
Qiymət təyin edilə bilər: 
1. İlkin materialın (yarımfabrikatların, komplektləşdirici 
məmulatların) qiyməti və əmək ödənişi tariflərinə əsasən; 
2. Məhsul (iş, xidmət) vahidinin məsrəflərinin cəminə 
əsasən; 
3. Məhsul vahidinin istehsalat maya dəyərinə əsasən
4. Dəyişən istehsal xərclərinin kəmiyyətinə əsasən. 
Birinci halda alıcı və istehsalçı müəssisədə qiymətin qar-
şılıqlı hesablaşmalar əsasında təyin edilməsi barədə razılaşma-
lar aparırlar. Bu aşağıdakı düsturla hesablanır: 
Ə 
Q – sifarişin qiyməti; 
Q
r
– razılaşdırılmış qiymət; 
a – qiymətdə sabit xərclərin xüsusi çəkisi; 


206 
b – qiymətdə materialın payı; 
M
1
– göndərmə anından materialın qiyməti; 
M
0
– təklif olunan qiymət; 
T

– hazırlanma anında tarif dərəcəsi; 
T
0
– göndərmə anında tarif dərəcəsi 
Ə – qiymətdə əmək haqqının payı; a+b+ə = L 
Üstəlik xərclərin faiz dərəcəsi məhsul istehsal edən 
müəssisə üçün mühüm əhəmiyyətə malikdir. O, mövcud bazar 
qiymətlərinin qəbul edilə bilməsini qiymətləndirmək üçün nə-
zərə alınmalıdır. Rentabellik norması isə adətən müstəqim məs-
rəflərə əsasən təyin edilir. 
Fərdi istehsalatlarda mürəkkəb material tutumlu və 
əməktutumlu məhsul üçün qiymət üstəlik xərclər və razılaşdır-
mış mənfəət məbləği nəzərə alınmaqla tam istehsal maya dəyə-
rinə əsasən təyin edilir. Bu halda müəssisə sifarişçiyə istehsal 
maya dəyərinin, satış xərclərinin, servis xidməti xərclərinin ge-
niş açıqlanmış kalkulyasiyasını təqdim edir.
Deməli, qiymətin kalkulyasiyası göstərilən üç bölmədən 
ibarət olur. Sifariş üzrə üstəlik xərclərin məbləği sifarişçi ilə 
ayrıca razılaşdırılır. O, həmin sahə üçün qəbul edilən bölüşdü-
rülmə bazasına (müstəqim məsrəflər, istehsal maya dəyəri və 
s.) əsasən təyin edilir. 
Bir çox qiymətlər, xüsusilə sosial əhəmiyyətli əmtəələr 
və xidmətlər, yanacaq enerji resursları üçün yalnız bazarın təsi-
ri altında deyil, müxtəlif dərəcədə mərkəzi və yerli orqanlar tə-
rəfindən tənzimlənir. Bu məişət və istehsal ehtiyacları üçün 
sərf edilən elektrik enerjisi, qaz, su, poçt xidməti, dövlətin hər-
bi sifarişləri, gündəlik tələbat mallarına (çörək, ət, süd və s.) və 
s. aiddir. Bu qiymətlər də “Tam orta sahəvi məsrəflər üstəgəl 
konkret mənfəət faizi” prinsipi üzrə təyin edilir. Bütün bunlara 
baxmayaraq qiymət təsdiq olunana qədər müvafiq yuxarı təşki-
latlar müəssisələrdən yuxarıda sadalanan xidmətlərə dair ətraflı 
kalkulyasiya tələb edir. 


207 
Normativ qiymətəmələgəlmənin əsas prinsipi ondan iba-
rətdir ki, məhsulun qiyməti qeyri-müstəqim xərcləri örtməli və 
yaxud onu müəyyən məbləğlə təmin etməlidir. Əmtəənin fakti-
ki qiyməti yalnız məsrəfləri cəmləməklə, arzu edilən mənfəət 
məbləği almaqla deyil, məhsulun istehlak dəyərindən və bazar 
qiymətindən çıxış edilərək təyin edilməlidir. 
Məmulatın və yaxud xidmətin tam maya dəyərinin müəy-
yən edilməsi qiymətin qəbul edilə bilməsini (məqbul hesab edi-
lən) qiymətləndirilməsi və ilkin formalaşması üçün ilk an hesab 
olunur. Qiymətin material və əmək məsrəfləri əsasında əmələ 
gələn zaman material və əmək üzrə müstəqim xərclər üçün ay-
rıca qiymətəmələgətirici əmsallar işlənib hazırlanmalıdır. Bun-
ların hər biri özündə məsrəf və mənfəətin müəyyən hissəsini 
əks etdirir. Əmək məsrəflərini saatla qiymətə əsasən təyin edir-
lər. İşçi qüvvəsinin müstəqim məsrəfləri (işəmuzd ödəniş + ok-
lad + mükafat) üstəgəl qeyri-müstəqim xərclərin payı, üstəgəl 
mənfəət məbləği əmək məsrəflərini təşkil edir. 
Qiymətin kalkulyasiyası və yaxud onun qəbul edilməsi-
nin qiymətləndirilməsi ödəmə (örtmə) məbləğləri və dərəcələri 
göstəricilərinə əsasən təyin edilirsə, müəssisə məmulatın ma-
şın-saat, norma-saat kimi dərəcələri də hesablayır. Bütün (tam) 
məsrəflərin hesablanması sistemindən istifadə edərək məhsul 
vahidinin maya dəyərini, məsrəflərin hər məmulatına düşən pul 
məbləği, kapital qoyuluşunun dəyəri və s. təyin etmək olar. 
Əgər bu və ya digər növ məhsul, xidmət, bazar sektoru lazımi 
səviyyədə mənfəət gətirmirsə ya ondan inkar etməli, ya da 
onun maya dəyərini məqbul sayıla bilinəcək səviyyəyə qədər 
aşağı salmaq lazımdır. 

Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin