195
721 N-li hesab birbaşa 801 N-li “Ümumi mənfəət (zərər)”
hesabı ilə bağlanır.
Analitik uçotda idarəetmə və xidmət xərcləri müəssisənin
struktur bölmələri arasında hazır məhsul ilə bitməmiş istehsal
arasında, ayrı-ayrı məhsul növləri üzrə bölüşdürülür. İstehsal
məsrəflərini
uçota
alan
hesablar
həmçinin
fəhlələrin
məzuniyyət ödənişlərini, qarşıdakı xərc ehtiyatları,
gələcək
dövr xərclərinin müvafiq məbləğləri, çıxdaşdan itkiləri də
uçota alır. Deməli hesabat dövrünün sonunda məhsul buraxılışı
üzrə bütün məsrəflər: müstəqim xərclər məsrəf elementləri,
qeyri-müstəqim xərclər isə kompleks maddələri üzrə 202 N-li
“İstehsalat məsrəfləri” hesabının debetində cəmlənir.
Hesabat dövrünün sonunda bitməmiş istehsalın ayın
axırına olan qalıq dəyəri qiymətləndirilir və xərclər hazır
məhsulun maya dəyəri ilə bitməmiş istehsalın maya dəyərləri
arasında bölüşdürülür. Məhsulun istehsal
maya dəyərini təyin
etmək üçün bitməmiş istehsalın ayın əvvəlinə olan qalığının
üzərinə ay ərzində sərf edilmiş və 202 N-li hesabın debetində
əks etdirilmiş xərcləri gəlmək və qaytarılmış tullantıların,
çıxdaşdan itkilərin və ayın axırına bitməmiş istehsalın dəyərini
çıxmaq lazımdır. Ay ərzində sexlərdən (əsas istehsalatdan)
anbara təhvil verilən hazır məhsul plan maya dəyəri ilə
qiymətləndirilir və ayın axırında plan maya dəyəri faktiki maya
dəyərinə çatdırılır.
Köməkçi istehsalın iş və xidmətlərin maya dəyərini
müəyyən etmək üçün 202 N-li “İstehsal məsrəfləri” sintetik
hesabının 202/2 N-li “Köməkçi istehsal”
məsrəfləri sub
hesabından istifadə edilir. Köməkçi istehsal sahələrin
xidmətindən əsasən əsas istehsalat istifadə edir. Köməkçi
istehsalat əsas istehsalatın normal fəaliyyət göstərməsi üçün
şərait yaradır və onları buxarla təmin edir ki,
bu da sex və
inzibati binanın işlədilməsində istifadə olunur. Əsas istehsalat
avadanlıqlarını lazımi işçi səviyyəsində saxlamaq üçün təmir-
196
mexaniki sexin xidmətində istifadə edilir. Ona görə də ayın
sonunda 202/2 N-li hesabın debetində cəmlənən xərclər birbaşa
və yaxud paylayıcı-bölüşdürücü hesablar vasitəsi ilə 202/1 N-li
hesaba silinir.
Məsrəflərin uçotu prosesinin həlledici mərhələsi ayrı-ayrı
məhsul növlərinin maya dəyərinin kalkulyasiyasının tərtibi
hesab olunur. Ayrı-ayrı məhsul növlərinin maya dəyərinin
kalkulyasiyası 202 N-li “İstehsal məsrəfləri” sintetik hesabın
daxilində kalkulyasiya obyektləri
üzrə xərclərin analitik
qruplaşdırılmasına əsasən həyata keçirilir.
Beynəlxalq
Mühasibat
uçotu
standartlarına
uyğunlaşdırılmış və Azərbaycan Respublikası Maliyyə
Nazirliyinin 18 aprel 2006-cı il tarixli, 38 N-li əmri ilə (1 N-li
standart) Kommersiya təşkilatları üçün təsdiq edilmiş Milli
Mühasibat uçotunun hesablar planı müəssisələrə məsrəflərin
uçotunun beynəlxalq praktikada istifadə edilmə metodunun
tətbiqinə imkan verir. Bu metodun
mahiyyəti ondan ibarətdir
ki, məsrəflər dəyişən (istehsalat xərcləri) və sabit xərclərə
ayrılır və qismən (məhdudlaşdırılmış) maya dəyəri aşkara
çıxarılır.
Dostları ilə paylaş: