45
Bəzi hallarda elə olur ki, zərərçəkənin ağzını açmaq mümkün olmur və ya ağız nahiyəsinin travması olur. Bu zaman süni
tənəffüs “ağızdan-ağıza” deyil, “ağızdan-buruna” olmaqla verirlir. Süni tənəffüs verməzdən əvvəl xilasedici əlin biri ilə xəstənin
başını arxaya qatlayaraq bu vəziyyətdə saxlayır, digər əl ilə onun ağzını sıxır. Sonra xilasedici dərindən nəfəs alaraq dodaqları ilə
xəstənin burnunu sıx şəkildə əhatə etməklə tez və güclü nəfəs verir. Daha sonra xəstənin ağız və burnunu sərbəst buraxaraq onun
“nəfəs verməsinə” imkan vermək lazımdır.
Xəstəyə verilən nəfəsin xeyli hissəsinin ağ ciyərlərə deyil, mədəyə dolması mədənin köpməsinə və zərərçəkənin xilas edilməsinin
çətinləşməsinə səbəb olur. Buna görə də mədədən havanı xaric etmək üçün, vaxtaşırı olaraq epiqastral (qarınüstü) nahiyəyə bir
qədər təzyiq etmək lazımdır.
Ürək masajı ilə süni tənəffüs birgə aparılmalıdır. Əgər bu tədbirlər bir nəfər tərəfindən aparılırsa, onda hər 15 ürək
masajından sonra 2 dəfə "ağızdan-ağıza" üsulu ilə süni tənəffüs verilir. Ürək-ağ ciyər reanimasiyası iki şəxs tərəfindən icra edildiyi
hallarda hər 5 ürək masajından sonra "ağızdan-ağıza" üsulu ilə 1 süni tənəffüs verilir. Verilən süni tənəffüsün effektivliyini
(xəstənin döş qəfəsinin qalxıb-enməsini, qarında köpün olub-olmamasını, üz dərisinin tədricən qızarmasını) daim yoxlamaq
lazımdır. Daim ağızda və burun-udlaqda qusuntu kütlələrinin olub-olmamasını yoxlamaq və lazım olduqda növbəti süni tənəffüs
verilməsindən əvvəl zərərçəkənin ağzını tənziflə bürünmüş barmaqla təmizləmək lazımdır.
Xilasedici özünün baş və şəhadət barmaqları ilə xəstənin burun pərlərini sıxmalıdır. Sonra xilasedici şəxs dərindən nəfəs
alıb, nəfəs verməsini azca saxlayıb, zərərçəkənə tərəf əyilərək, ağzını tənzifin və ya ortasında deşik açılmış burun dəsmalının
üstündən sıx şəkildə zərərçəkənin ağzına dirəyib, cəld şəkildə ona nəfəs verməlidir.
Zərərçəkənə nəfəs verən zaman onun döş qəfəsinin qalxıb-qalxmamasına diqqət yetirilməlidir. Ağ ciyər toxumasının və döş
qəfəsinin elastikliyi səbəbindən zərərçəkənin nəfəsverməsi passiv şəkildə öz-özünə baş verir. Zərərçəkənin döş qəfəsi aşağı
endikdən sonra xilasedici təkrarən onun ağzına nəfəs verir. Bu proses yardım göstərən şəxsdən (xilasedicidən) xeyli dərəcədə fiziki
güc tələb edir.
Dostları ilə paylaş: