Dərs vəsaiti Ə. X. Calallı "Azərişıq" asc nin Tədris Mərkəzinin müdavimləri üçün nəzərdə tutulub


Yanıq sahələrinə heç vaxt yod, brilyant



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə26/41
tarix14.12.2023
ölçüsü5,46 Mb.
#176734
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   41
myinmhafizsinson-221029155608-dad1fc30

Yanıq sahələrinə heç vaxt yod, brilyant
yaşılı (“zelyonka”), kalium permanqanat
(“marqansovka”)

digər
bu
tipli
antiseptikləri sürtmək olmaz. Həmçinin,
yanıq
sahəsini
heç
bir
halda
sidiklə
“təmizləməyin”, sürtkəcdən keçirilmiş kartof
və ya kartof qabığı və s. bu kimi “vasitələr”
də qoymayın, çünki bu zaman siz yaraya
infeksiya sala bilərsiniz.
Yanıq sahəsini soyuq su ilə soyutduqdan
sonra (!) yalnız yanıqlara qarşı olan “Pantenol”, 
“Levian”, Levizol” və s. kimi xüsusi aerozol
vurmaq olar.
Güclü və sahəsi xeyli dərəcədə geniş olan yanıqlar zamanı (insan bədəninin çox hissəsi yandıqda) zərərçəkəni təmiz
döşəkağı ilə bürümək, daha sonra üstünü ədyalla örtmək, ona antihistamin (suprastin, klaritin və s.), ağrıkəsici dərmanlar
vermək, duz qatılmış su içirtmək (1L suya 1çay qaşığı duz) və dərhal xəstəxanaya çatdırmaq lazımdır. Uşağa antihistamin
preparatını, həmçinin ağrıkəsici dərmanı (məsələn, panadol, nurofen və s.) yaşına uyğun dozada olmaqla, yanıq sahəsi hətta
geniş olmadıqda
Bədənin yanan sahəsini 10-15 dəqiqə (!) ərzində soyuq axar su altında saxlamaq lazımdır. Bu dərinin soyumasına, ağrının
keçib getməsinə və yanığın dərinin daha dərin qatlarına yayılmasının qarşısını alır. Bu zaman buzdan istifadə etmək olmaz, bu
travmanı artıra bilər! Yanan sahəyə yağ, yağlı məlhəmlər, vazelin və digər yağlı maddələr və yumurta da sürtmək olmaz!!!
TƏDRİS MƏRKƏZİ 


58
Sulfat turşusu ilə yanıq zamanı dəri örtüyü əvvəlcə ağ,
sonradan göyümtül-yaşıl, nəhayət sonda qara rəng alır. Xlorid
turşusu ilə yanıqlar zamanı (çox zaman selikli qişa üzərində)
qabıq əvvəlcə yumşaq, sarımtıl - qəhvəyi rəngli olur, tez bir
zamanda quruyaraq bərkiyir. Qabığın qopmasından sonra
dərinin qanaması baş verə bilər.
Məişətdə çox işlənən sirkə turşusunun təsiri nəticəsində
də baş verən yanıqlar ciddi fəsadlarla nəticələnir. Yüksək
qatılıqlı ağır metal duzlarının (gümüş nitrat və s.) təsirindən
müxtəlif rəngli, quru qabıq əmələ gəlir. Qələvilər nisbətən
yavaş təsir edir, lakin turşulara nisbətən dərinin daha dərin
qatlarına təsir edir. Qatı qələvi məhlulu dərinin zülalını
parçalayır. Onların təsirindən yumşaq, yayılan, boş, ağımtıl,
kəskin sərhədi seçilməyən qabıq əmələ gəlir.Qələvinin
təsirindən yaranan ağrı daha şiddətli olur.

Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin