Dərs vəsaiti Ə. X. Calallı "Azərişıq" asc nin Tədris Mərkəzinin müdavimləri üçün nəzərdə tutulub



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə25/41
tarix14.12.2023
ölçüsü5,46 Mb.
#176734
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   41
myinmhafizsinson-221029155608-dad1fc30

TƏDRİS MƏRKƏZİ 


56
5.8. Yanıqlarda ilk yardım
Dərinin və dərialtı toxuma qatlarının zədələnmə dərəcəsinə
görə yanıqlar 4 dərəcəyə ayrılır:
1-ci dərəcəli
yanıq zamanı dərinin yalnız səthi qatları
zədələnir. Bu zaman zədələnmiş sahədə qızartı və ağrı
qeyd edilir. Yanıqların bu dərəcəsində adətən xüsusi
müalicə tələb olunmur. Belə yanıqlar heç bir iz buraxmadan
tez bir zamanda sağalır. Soyuq su ilə yuyulması məsləhətdir.
2-ci dərəcəli
yanıq zamanı dərinin xarici qatındakı
hüceyrələrin ölməsi və lay şəklində aralanması baş verir. 2-
ci dərəcəli yanıq da 1-ci dərəcəli yanıq kimi başlayır, ancaq
sonradan dəridə içərisində sarımtıl maye olan qabarcıqlar
(suluqlar) yaranır.
3-cü dərəcəli
yanıq dərinin bütün qatlarını əhatə edir.
Yanıqdan bir neçə saat sonra içərisində qatı həlim şəkilli
maye olan qabarcıqlar yaranır.
Onlar gərilmiş şəkildə olub tez bir zamanda partlayırlar. Yaranın dibi qırmızı rəngdə olub ağımtıl ərplə örtülür və ya ağ
rəngdə olur.
4-cü dərəcəli
yanıqlar çox təhlükəli hesab edilir. Bu yanıqlar zamanı nəinki dərinin bütün qatları, həmçinin dərialtı
birləşdirici toxuma və əzələ qatı da zədələnir. Bu zaman yaranın səthi tutqun-boz rəngdə olur. Zərərçəkəndə şok baş verə bilər.
Bu halda kəskin həyəcanlılıq, qorxu və ağrı hissiyyatı - süstlük, apatiya, dərinin avazıması əlamətləri ilə əvəz olunur.
Zərərçəkən əsnəyir, ətrafında baş verənlərə zəif reaksiya verir. Onun nəbzi sürətlənir, bəzən qusma da baş verə bilər. Yanıqlar
zamanı ilk tibbi yardımın xarakteri yanığın dərəcəsindən və sahəsindən asılıdır.Yüngül və ya sahəsi çox da geniş olmayan
yanıqlar zamanı ilk yardımı zədələnmiş sahənin soyudulmasından başlayırlar.


57
Dəri su ilə soyudulandan sonra yanıq
sahəsini steril bint və ya xovu olmayan, təmiz,
yumşaq, təzə ütülənmiş parça ilə sarımaq
lazımdır. Binti spirtdə və ya araqda islatmaq
ağrıkəsici təsir göstərir və bəzi hallarda
suluqların əmələ gəlməsinin qarşısını alır.

Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin