Dərs vəsaiti Ə. X. Calallı "Azərişıq" asc nin Tədris Mərkəzinin müdavimləri üçün nəzərdə tutulub



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə23/41
tarix14.12.2023
ölçüsü5,46 Mb.
#176734
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   41
myinmhafizsinson-221029155608-dad1fc30

Göz yaralanmaları. 
Bu yaralanmalar bir neçə qrupa bölünür. Gözün küt travmaları - göz çuxuru sümüklərinin zədələnməsinə
səbəb ola bilir. Əzələlərin sıxılması ilə əlaqədar gözlərin hərəkəti pozulur, iki görmə, görmə qabiliyyəti azlalır.Gözlərin üzərini
qoyuyucu örtüklə örtüb xəstəxanaya çatdırın.
Gözə yad cismin düşməsi .
Yad cisim buynuz qişa üzərində və ya göz qapağı altında ola bilər. Belə halda gözü ovxalamaq
olmaz, göz təmiz su ilə , mümkünsə xüsusi göz məhlulu ilə yuyulur. Suyun axını gözün içəri küncündən bayır küncünə doğru
olmalıdır , əks halda yad cisim yuylub sağlam gözə düşə bilər.Cisim göz qapağının altındadırsa göz qapağı tərs çevrilir, cisim 
pambıqlı çubuqla çıxarılır.
Yırtılmalar
zədələnmış hissənin üzəri sterıl tənziflə örtülüb, ən qısa zamanda xəstəxanaya çatdırılır.
Gözə yad cismin batması .
Batan cismi çıxarmağa cəhd etmək , gözü ovxalamaq olmaz , cismin tərpənməməsinə diqqət
edilməlidir. Hər iki gözün üzəri ( gözlər eyni vaxtda hərəkət etdiyi üçün) konusvari cisimlə ( və ya fincanla ) örtülür ,
zərərçəkən bu şəkildə xəstəxanaya çatdırılır
5.6. Sınıqlar
Sınıqlar qapalı və açıq olur. 
Qapalı sınıqlarının əlamətləri
:
-ətrafların deformasiyası və şişkinliyi (ödemi);
-ən kiçik bir hərəkət zamanı şiddətli ağrılar;
-göyərmə (sianoz), ətrafın qeyri-təbii şəkil alması,
qeyri-iradi hərəkət alması.


53
Açıq sınığın əlamətləri :
-sınmış sümüklərin görünməsi;
-yəni əzələnin və dərinin tamlığının pozulması;
-ətrafların deformasiyası və şişkinliyi (ödemi).
Ağır sınıqlar zamanı şok halı ola bilər.
Sınıq zamanı yardım göstərərkən, əvvəlcə sınığın növünü, dərəcəsini müəyyən
etməli, xəstənin həyatı üçün təhlükəli əlamətlər aradan qaldırılmalıdır. İlk yardım
göstərərkən birinci növbədə qanaxma kəsilməlidir, steril sarğı etmək, keyidici dərman
vermək lazimdir, sınıq yerləri tamamilə hərəkətsiz olmalıdır.
Kəllə-beyin travması öyümə, qusma, baş ağrısı, baş gicəllənməsi və
yaddaşın itməsi ilə müşayiət olunur. Xəsarət alan arxası üstə uzandırılaraq,
paltardan yastıqça düzəldilib başın ətrafına qoyulur. Əgər xəsarət alan huşsuz
vəziyyətdədirsə, qan və qusuntu möhtəviyyatının tənəffüs yollarına düşməsinin
qarşısını almaq üçün onun başını yana çevirmək lazımdır. Üst paltarını açmaq
lazımdır. Əgər protez və eynək varsa onları çıxartmaq lazımdır. Burun və çənə
sümüklərinin sınıqları qanaxma ilə müşahidə olunduğuna görə bu cür xəstələr
xərəkdə oturmuş, başı bir qədər qabağa əyilmiş vəziyyətdə təxliyə olunmalıdırlar.
Sarğının üstündən paketdə buz qoyulur. Əgər xəsarət alan huşsuz vəziyyətdədirsə,
xərəkdə üzü üstə uzanmış vəziyyətdə, alın və döş qəfəsi nahiyəsinə paltardan
hazırlanmış yastıqlar qoyularaq təxliyə edilir. Təxliyə zamanı alt və üst çənə sarğı
ilə təsbit olunmalıdır. Əgər nəfəsin pozulması varsa süni nəfəs vermək lazımdır.

Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin