Dərs vəsaiti GƏNCƏ 2019 elmi redaktoru


Venturi skrubberinin hesabatı



Yüklə 1,74 Mb.
səhifə15/59
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#37377
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   59
Mühəndis ekologiyası kitabı

1.7. Venturi skrubberinin hesabatı
Nəm təmizləmə aparatları geniş tətbiqə malik olub, qazları kiçik dispersli tozlardan yüksək təmizləmə səmərəliliyi ilə səciyyələnirlər. Bu aparatlar eyni zamanda isti və partlayış təhlükəli qazları da tozlardan təmizləməyə imkan verir.

Nəm təmizləmə aparatları toz hissəciklərini ya maye damcısının səthinə, ya da maye layı (plyonkası) səthinə çökdürmə prinsipi ilə işləyirlər. Toz hissəciklərin mayeyə çökməsi ətalət qüvvəsinin və broun hərəkətinin təsiri altında baş verir.

Nəm toztutucuları konstruktiv olaraq Venturi, forsunkalı və mərkəzdənqaçma skrubberlərinə, zərbə-ətalət tipli aparatlar, barbotaj (köpüklənmə)-köpük aparatlar və. növlərə bölünürlər.

Toz hissəciklərini maye damcıları üzərinə çökdürməklə nəm təmizləmə aparatları içərisində Venturi skrubberi təcrübədə daha geniş tətbiq edilir (Şəkil 1.6).

Skrubber əsas iki hissəsədən - Venturi borusu və siklon- damcıtutucudan – ibarətdir (Şək.1.6). Venturi borusu sulayıcı forsunkadan 1, tozlanmış qazın sürətini artıran konfuzordan 2, toz hissəciklərinin su damcılarının səthinə çökməsinin baş verdiyi boğazlıqdan 3 və koaqulyasiya proseslərinin baş verdiyi diffuzordan 4 ibarətdir.

Venturi skrubberinin iş prinsipi suyun turbulent qaz axını ilə xırdalanması (püskürdülməsi), su damcıları tərəfindən toz hissəciklərinin tutulması, onların ətalətli siklon-damcıtutucuda koaqulyasiyası və çökdürülməsinə əsaslanır.





Tozlanmış qaz axını Venturi borusunun konfuzor hissəsindən maye ilə suvarıcı mərkəzdənqaçma forsunkasından keçməklə 15-20 m/san. giriş sürətlə verilir və borunun dar boğazlıq hissəsindən keçərkən sürətini 30-200 m/san.-yə qədər artırır. Toz hissəciklərinin su damcılarının səthinə çökməsi prosesi mayenin kütləsi, damcının yayılmış səthi, Venturi borusunun konfuzor hissəsində toz hissəciklərinin və su damcılarının nisbi sürəti ilə şərtləndirilir.

Qazın toztutucuya 5 tangensial girişi sayəsində qaz axınının fırlanma hərəkəti baş verir ki, bunun da nəticəsində islanmış və iriləşmiş toz hissəcikləri toztutucunun divarlarına çırpılaraq çamur halında fasiləsiz olaraq toztutucudan kənarlaşır (Şəkil 1.7).



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin