§H. Yeni istehsalın mənimsənilməsinə çəkilən xərclərin uçotu Məhsulun maya dəyəri tərkibinə bilavasitə məhsulun cari istehsalı
ilə əlaqədar olan, onun texnologiyası və təşkili ilə əlaqədar olan xərclər
deyil, həm də istehsalın hazırlanmasına və mənimsənilməsinə çəkilən
xərclər də daxil edilir.
«İstehsalm hazırlanmasına və mənimsənilməsinə çəkilən xərclər»
maddəsinə daxil edilən xərclərə aşağıdakılar aiddir;
1. Yeni müəssisələrin, istehsalların, sexlərin və aqreqatlann
(buraxılış xərcləri) mənimsənilməsi xərcləri.
2. Yeni növ məhsulların və istehsalın yeni texnoloji proseslərinin
hazırlanması və mənimsənilməsi xərcləri.
3. Hazırlıq işləri xərcləri.
4. Məhsul buraxılışının başlanğıcına qədər baş verən istehsalın
hazırlanmasına çəkilən sair birdəfəlik xərclər.
Yeni növ məhsulların istehsalının hazırlanmasına və
mənimsənilməsinə çəkilən buraxılış xərcləri əvvəlcə 31 «Gələcək
dövrlərin xərcləri» hesabında uçota alınır və sonra yeni istehsalların,
yeni növ məhsulların müəyyən edilmiş mənimsəmə müddətlərindən (2
ildən artıq olmamaqla) asılı olaraq məhsulların maya dəyərinə aşağıdakı
kimi mühasibat köçürmələri ilə daxil edilir:
1. DT 31 «Gələcək dövrlərin xərcləri» hesabı
KT 10 «Materiallar» hesabı
KT 70 «Əməyin ödənilməsi üzrə işçi heyəti ilə hesablaşmalar»
hesabı və b.
2. DT20 «Əsas istehsalat» hesabı
KT 31 «Gələcək dövrlərin xərcləri» hesabı
Buraxılış xərclərinin və yeni məhsulların hazırlanması və
mənimsənilməsi xərclərinin məhsulların ayrı-ayrı növləri arasında
bölüşdürülməsi, bu dövrdə məhsul vahidinə çəkilən xərclərin ümumi
məbləğindən, ödənilməsi müddətindən və'məhsul buraxı
40
lışının plan həcmindən asılı olaraq müəyyən edilmiş ödəmə normaları
üzrə həyata keçirilir.