K.öməkçi istehsalatın birinci qrupuna, yəni sadə, bircinsli məhsul
buraxan qrupuna, yanmfabrikatlar və bitməmiş istehsalatı sabit olan və
ya əhəmiyyətsiz olan, kütləvi şəkildə, mürəkkəb olmayan və bircinsli
məhsul buraxan istehsallar aid edilir.
Bu qrupun köməkçi sexlərində istehsal məsrəflərinin analitik
uçotu, məmulatların nöx lori üzrə bölüşdürülmədən məsrəf maddələri
üzrə aparılır, çünki, bu istehsalda ancaq bir növ məhsul istehsal edilir.
İkinci qrupa, yəni mürəkkəb istehsala, müxtəlif cinsli məhsullar
istehsal edən və bitməmiş istehsalın qalığı olan köməkçi istehsalatlar
aid edilir (təmir-mexaniki sexlər,
alət sexi, modellər sexi).
Belə istehsallarda müstəqim məsrəflər məhsul, iş və xidmətlərin
ayrı-ayrı növləri üzrə uçota alınır. Bu istehsalların idarəetmək və
xidmət üzrə xərcləri əvvəlcə 25 «Ümum istehsalat xərcləri» hesabında
uçota alınır və sonra 23 «Köməkçi istehsalam hesabına aid edilir.
Mürəkkəb köməkçi istehsalatlarda, istehsal məsrəfləri uçotunun
müxtəlif üsulları, yəni normativ, sifariş üsulu və sex üzrə bütövlükdə
bütün məsrəfləri əhatə edib icmallaşdırılan və yerinə yetirilən işlərin
həcmindən və bitməmiş istehsalatın qalıqlarından asılı olmayaraq
onların hər ay tamamilə silinməsini yüngülləşdirən üsullar tətbiq edilir.
Beləliklə, 23 «Köməkçi istehsalam hesabının debeti üzrə həm
müstəqim məsrəflər əks olunur, həm də əvvəlcədən 25/1, 25/2, 28 saylı
hesablarda uçota alınan və sonra 23 saylı hesaba keçirilən müvafiq
məsrəflər də əks olunur.
Köməkçi istehsalat məhsulları sex maya dəyəri ilə kalkulyasiya
edilir, yəni daxildə istifadə olunan məhsullara ümumtəsərrüfat
xərclərinin müəyyən hissəsi əlavə edilmir. Lakin kənara (başqa
müəssisə və təşkilatlara), mənzil-koınmunal və başqa qeyri-sənaye
istehsalatları və təsərrüfatları üçün hazırlanmış köməkçi istehsalat
məhsullarının maya dəyərinə, ümumtəsərrüfat xərclərinin müvafiq
hissəsi daxil edilir.
50