Dərs vəsaiti II hissə Ai3rhaycan Respublikası Təhsil


§2. istehsaldan hazır ın,7İısallarııı daxH ohuasnıuı, yerinə



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə18/63
tarix02.01.2022
ölçüsü1,81 Mb.
#43220
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   63
596 (1)

§2. istehsaldan hazır ın,7İısallarııı daxH ohuasnıuı, yerinə 
yetirilən hilərin və göstərilən xidmətlərin təhvil 
verilməsinin uçota 
Müəssisə illik məhsul buraxılış planını və təqvim: rüblük, aylıq, 
gündəlik  və  saatlıq  qrafiki  işləyib  hazırlayır.  Sexlərin  ritmik  işinə 
nəzarət  etmək  məqsədi  ilə  dispetçer  xidmətləri  qrafıklərin  yerinə 
yetirilməsinin  operativ  uçotunu  aparır.  Qrafiklər  hazır  məhsulların 
göndərilməsi  müddətləri  ilə  əlaqələndirilməlidir,  bu  da  malalanlar 
qarşısında  müqavilə  öhdəliyinin  yerinə  yetirilməsinə  nəzarət  etməyə 
imkan  verir.  Buraxılan  hazır  məhsullar  istehsal  bölməsindən  tədavül 
bölməsinə  keçir.  Bu  proses  ilk  sənədlərdə,  yəni,  qəbul-  təhvil 
qaimələrində, aktlarda, cədvəllərdə, plan-kartlarda və b. qeydə alınır. 
Hazır  məhsulun  buraxılışı  və  onun  anbara  təhvil  verilməsi 
təhvil-qəbul  qaimələri  ilə,  göstərilən  xidmətlər  və  ya  yerinə  yetirilən 
işlər  isə  təhvil-qəbul  aktı  ilə  rəsmiyyətə  salınır.  Təhvil  qaimələrinin 
aşağıdakı göstəriciləri vardır: 
məhsulun ■ təhvil 
verilməsi vaxtı: məhsulu təhvil verən sex; məhsulu qəbul edən anbar; 
məhsulun  adı  və  nomenklatura  nömərsi,  ölçü  vahidi  və  məhsulun 
miqdarı;  plan  qiyməti  və  məbləğ.  Təhvil-qəbul  qaimələrinin  konkret 
məzmunu  buraxılan  məhsulun  texnologiyası  və  xarakterinin 
xüsusiyyətindən asılıdır. 
Təhvil  qaimələri  göndərən  sexin  hesabat  işçiləri  tərəfindən  iki 
nüsxədə tərtib edilir, sexin nümayəndəsi və sexin texniki nəzarət şöbəsi 
tərəfindən imzalanır və məhsulla birlikdə anbara göndərilir. Qaimənin 
bir  nüsxəsi,  hazır  məhsulun  qəbul  edilməsi  haqda  anbar  müdirinin 
imzası  ilə  göndərici-sexə  qaytarılır.  Burada  hazır  məhsulun  düzgün 
təhvil  verilməsi  və  anbarda  hazır  məhsulun  təhvil  alınmasını  təsdiq 
edən, anbar müdirinin qaimədə olan imzasının mövcudluğu yoxlanılır; 
sonra isə qaimələr HMB-na və ya HMS-na verilir. 
80 


«Məhsullann (işlərin, xidmətlərin) buraxılışı» hesabında aşkar edilmiş 
kənarlaşmanın  müvafiq  hissəsini,  həmçinin  anbarda  olan  məhsul 
qalığına və göndərilmiş məhsula aid etmək məqsədəuyğundur. Yoxsa, 
bəzi  aylarda  kənarlaşmanın  satılan  məhsulun  dəyərindən  olduqca 
yüksək olması hallan baş verə bilər. 
Mühasibat məhsulların kəmiyyət  və  keyfiyyət şərtlərinə müvafiq 
qəbuluna riayət olunmasına nəzarət etməyə, seçmə üsulu ilə naturada 
məmulatları  yoxlamağa  borcludur.  Bu  zaman  ayın  axırıncı  günləri 
qəbul-təhvil  qaimələrinin laboratoriya  tədqiqatı jumalındakı  qeydlərlə 
üzləşdirilməsi  məqsədə  uyğundur.  Əgər  məhsul  təhvil  verilmiş  hesab 
olunursa, lakin laboratoriya tədqiqatından keçməyibsə (bu tələb olunan 
hallarda) və yaxud da ki, təhvil qaimələri tərtib edildikdən sonra belə 
yoxlamadan keçirsə, onda ona başa çatmayan kimi baxmaq lazımdır. 
Yoxlama həmçinin ayın axırıncı günləri fəhlələrin məhsul istehsalı 
haqqında (növbə  raportları,  marşrut  vərəqələri,  naryadları  və  b). ilkin 
sənədləri üzrə də aparıla bilər. Bu zaman istehsaldan buraxılmış hesab 
olunan,  məmulatların  hazırlanmasının  axırıncı  əməliyyatlarının 
sənədlərdə əks olunması dəqiqləşdirilir. 

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin