§J5. Bitməmiş istehsalatın uçota
( Bitməmiş istehsalat dedikdə, texnoloji proseslərin bütün
mərhələlərində tamamilə emal edilməmiş məhsul (məmulat, detal),
habelə komplektləşdirilməmiş və sınaqdan keçirilməmiş, texniki
nəzarət, yaxud sifarişçinin nümayəndəsi tərəfindən qəbul edilməmiş
məmulat təsəvvür edilir. Qəti çıxdaş edilmiş məhsullar və emala cəlb
edilməmiş materiallar və yarımfabrikatlar, ləğv edilmiş sifarişlər
bitməmiş istehsalata aid edilmir.
Bitməmiş istehsalata aşağıdakılar daxildir:
52
noraıalanndan cüzi kənarlaşırsa, onda nonnativ kalkulyasiyanın əvəzinə
plan kalkulyasiyasmı istifadə etmək olar.
Nonnativ metodunun ikinci prinsipi ondan ibarətdir ki, məsrəflərin
uçotu normalar üzrə və normalardan kənarlaşmalar üzrə ayrıca apanlır.
İstehsal xərclərinin uçotu və məhsulun maya dəyəri kalkulya-
siyasının normativ metodunun üçüncü mühüm prinsipi normanın
dəyişilməsi uçotunun təşkilindən ibarətdir.
İstehsal məsrəflərinin normativ uçotunun dördüncü prinsipi,
normadan kənarlaşma və normanın dəyişilməsi ilə normativ dəyərinin
cəbri toplanması yolu ilə məhsulun faktiki maya dəyərini
hesablamaqdan ibarətdir.
71
da istehsal məsrəfləri bü cür bölgüsüz uçota almır. Ayrı-ayrı növlərin,
sortların və markaların maya dəyəri əmsal üculu ilə (qara
metallurgiyada) və ya yanaşı məhsullara aid məsrəfləri çıxmaq üsulu ilə
hesablanır.
Yüngül sənayenin bir sıra sahələrində (toxuculuq, dəri-xəz)
idarəetmə xərclərini mərhələlər üzrə bölüşdürmürlər, onlar bütövlükdə
həmin istehsalın son məhsuluna aid edilir.
İstehsal xərclərinin uçotu və məhsulun maya dəyəri kalkulya-
siyanm ən mütərəqqi metodu normativ metodudur. O, mütərəqqi məsrəf
nonnalarının tətbiq olunmasına, maddi vəsaitlərin və əmək resurslarının
qənaət edilməsi ehtiyatlarının aşkar edilməsinə şərait yaradır və
məhsulun maya dəyəri səviyyəsinə gündəlik nəzarəti təmin edir. Bu
metodun əsas xüsusiyyəti cari qaydada qüvvədə olan nomıalar və bu
normalardan kənarlaşmalar üzrə məsrəfləri sistematik olaraq aşkar
etməkdən ibarətdir. Bu cür uçot əsasında sex və müəssisələrin rəhbərləri
üçün artıq xərclərin aradan qaldırılması və əldə edilən nailiyyətlərin
möhkəmləndirilməsindən ötəri tədbirləri öz vaxtında görməyə imkan
yaranır.
Son illərdə bu metod təkcə maşınqayırmada deyil, həm də
sənayenin ət-piy, tikiş, tütün, dəri, ayaqqabı, konserv, yeyinti
sahələrində, şin istehsalında, məişət kimyası müəssisələrində və s.
tətbiq edilir.
Normativ metodunun mahiyyəti ondan ibarətdir ki, məhsulun
faktiki maya dəyərini hesablamağın əsasını, məmulatların ayrı-ayrı
növlərinin əvvəlcədən tərtib edilmiş normativ kalkulyasiyası təşkil edir.
Nonnativ kalkulyasiyaları qovşağa və hətta detala tərtib edə bilərlər.
Son halda uçot işlərinin çox zəhmətli olmasını ixtisara salmaq üçün
qovşaq və detala normativ kalkulyasiya ancaq materialların və əmək
haqqının müstəqim məsrəflərin maddələri üzrə tərtib edilir, qalan
məsrəflər məmulatın nonnativ kalkulyasiyasına daxil edilir.
Beləliklə, normativ metodunun birinci prinsipi, qüvvədə olan
normalar əsasında tərtib edilən normativ kalkulyasiyanm mövcud
olmasından ibarətdir. Əgər normativ kalkulyasiya tərtib edilən qüvvədə
olan cari normalar, plan hesablamalarında qəbul edilmiş
70
normalarından cüzi kənarlaşırsa, onda nonnativ kalkulyasiyanın
əvəzinə plan kalkulyasiyasını istifadə etmək olar.
Normativ metodunun ikinci prinsipi ondan ibarətdir ki, məsrəflərin
uçotu normalar üzrə və normalardan kənarlaşmalar üzrə ayrıca aparılır.
İstehsal xərclərinin uçotu və məhsulun maya dəyəri kalkulya-
siyasmm normativ metodunun üçüncü mühüm prinsipi normanın
dəyişilməsi uçotunun təşkilindən ibarətdir.
İstehsal məsrəflərinin normativ uçotunun dördüncü prinsipi,
normadan kənarlaşma və noımanm dəyişilməsi ilə normativ dəyərinin
cəbri toplanması yolu ilə məhsulun faktiki maya dəyərini
hesablamaqdan ibarətdir.
71
sifarişlər üzrə məsrəflər,balansda bitməmiş istehsalat qalığı kimi qalır.
Beləliklə, uçotun sifariş metodunda, bir qayda olaraq, məsrəflərin hazır
məhsul və bitməmiş istehsalat arasında şərti olaraq bölüşdürülməsi
aradan çıxır.
Sifarişin maya dəyəri, həmin sifariş bütövlükdə yerinə
yetirildikdən sonra müəyyən edilir ki, bu da məhsulun anbara təhvilinə
yazılan qaimə və ya işlərin yerinə yetirilməsi haqqındakı aktla ye-
kunlaşdırılır. Bundan sonra sifariş bağlanmış hesab olunur.
' İstehsal xərclərinin uçotu və məhsulun maya dəyəri kalkulya-
siyasının mərhələ metodu ilk xammalın emal prosesində ardıcıl olaraq
bir sıra yenidən emallardan, mərhələlərdən keçirildiyi kütləvi
istehsallarda tətbiq edilir. Bu metod ən çox metallurgiyada, toxucu-
luqda, kimya, dəri, tikinti materialları, şüşə, çini-saxsı qablar, sement,
yeyinti və digər sənaye sahələrində geniş yayılmışdır. Burada
məsrəflərin planlaşdırılması və uçotu ayrı-ayrı texnoloji fazalar,
mərhələlər, yenidən emallar üzrə aparılır, mərhələlərin daxilində isə
məhsulların növləri və ya qaıpları çərçivəsində maddələr üzrə aparılır.
Mərhələ metodunun ən mühüm xüsusiyyəti ondan ibarətdir ki,
istehsal xərcləri uçotunun obyekti, istehsal prosesinin texnoloji yenidən
emalından, mərhələ və ya fazadan ibarətdir. Misal üçün, qara
metallurgiyada istehsalın tam dövrü domna (çuğunun əridilməsi),
poladəritmə və prokat mərhələlərindən ibarətdir, dəri istehsalında isə
islatma-külləmə, aşılama və bəzək mərhələlərindən, pambıq- parça
istehsalında isə əyirmə, toxuma və rəngləmə mərhələlərindən ibarətdir.
İstehsal xərcləri mərhələlər üzrə məhsulların növləri və ya qrupları
çərçivəsində xərclərin kalkulyasiya maddələri uzrə uçota alınır. Bu
zaman müstəqim məsrəflər hər bir mərhələ üzrə ayrıca uçota alınır,
mərhələ daxilində isə məhsulların növləri üzrə uçota alınır.
Qeyri-müstəqim xərclər isə bütövlükdə istehsal, sex üzrə və ya
müəssisə üzrə sonradan onları mərhələ üzrə məsrəflərə müəyyən
edilmiş qaydada mərhələlər arasında müstəqim və ya dolayı olaraq
bölüşdürmək yolu ilə silinir.
Bir sıra istehsallarda məsrəflərin uçotunun məhsulun hər bir növü,
çeşidi, markası və ya sinfi üzrə apannaq çətindir. Belə hallar-
69
eləcodə özünün əsaslı tikintisi üçün yerinə yetirilən iş və xidmətlər və
i.a. aid edilir.Bütün hallarda məhsulun, iş və xidmətlərin buraxılışı
müəyyən qaydada rəsmiləşdiriləndən sonra onlar hazır məhsul hesab
olunur. Odur ki, hazır məhsulun buraxılışı və onun malalanla- ra
göndərilməsinin mühasibat uçotu düzgün təşkil edilməlidir.
İstehsaldan buraxılan əmtəəlik məhsulun aylıq tapşırığına bir və ya
iki növbəli iş zamanı ayın axırıncı günündə saat 24-ə qədər, və ya üç
növbəli iş zamanı isə növbəti ayın biri tarixinə saat 8-ə qədər (səhər
növbəsi birinci sayıldıqda) istehsal olunan hazır məhsul daxil edilir.
Sənaye xarakterli işlərə köməkçi sexlər tərəfindən buxarın, suyun,
elektrik enerjisinin, sıxılmış havanın buraxılışı uzrə xidmətlər, kənar
müəssisələrə və təşkilatlara, özünün qeyri-sənaye təsərrüfatlarına və ya
özünün əsaslı tikintisi üçün avtomobillə daşımalar və digər xidmətlər
daxildir.
Hazır məhsul əsasən kənara satılmaq üçündür, lakin onun bir
hissəsi müəssisənin daxilində istifadə oluna bilər.
Məhsulların (işlərin, xidmətlərin) tərkibinə aşağıdakılar daxildir:
a) öz istehsalının hazır məhsulları və yarımfabrikatları;
b) sənaye xarakterli işlər və xidmətlər;
v) qeyri-sənaye xarakterli işlər və xidmətlər;
q) satın alınmış məmulatlar (komplektləşdirmək üçün əldə
edilənlər);
d) inşaat, quraşdırma, layihə-axtarış, geoloji kəşflyyat,elmi-
tədqiqat və i.a işlər;
e) nəqliyyat təşkilatlarında yüklərin və sərnişinlərin daşınması
üzrə xidmətlər;
j) minik maşınlarının kirayəsi və avtomobillərin gətirilməsi üzrə
xidmətlər;
z) nəqliyyat-ekspedisiya və yüklomə-boşaltına əməliyyatları;
i) rabitə müəssisələrinin xidmətləri və s.
İndiki şəraitdə müqavilə əsasında göndərmə üzrə satışa əsas
əhəmiyyət verilir ki, bu da müəssisənin təsərnifat fəaliyyətinin
səmərəliliyini, məqsədyönlüyünü müəyyən edən işlərin iqtisadi
göstəricilərindən biridir. Göndərilmiş və buraxılmış məhsullar müəssisə
73
nin hesablaşma hesabına ona görə ödəmənin daxil olub- olmamasından
və ya veksellərin alınmasından asılı olmayaraq satışın həcminə daxil
edilə bilər.
Beləliklə, satış prosesi müəssisənin təsərrüfat vasitələrinin dövr
etməsini başa çatdırır ki, bu da onu dövlət büdcəsi qarşısında, ssuda
üzrə bank qarşısında, fəhlə və qulluqçular, malgöndərənlər qarşısında
öhdəliyin yerinə yetirilməsinə və istehsalat məsrəflərinin ödənilməsinə
imkan verir. Satış üzrə tapşırığın yerinə yetirilməməsi dövriyyə
vəsaitlərinin dövr etməsini azaldır, malalanlar qarşısında müqavilə
öhdəliklərinin yerinə yetirilməməsinə görə cərimələr verilir, ödəmələri
gecikdirir, müəssisənin maliyyə vəziyyətini pisləşdirir.
Satışın həcmi ilə yanaşı müəssisə mənfəətin məbləğini (həcmini)
tənzimləşdirir. Bu ona görə mümkündür ki, məhsulun satış (müqavilə)
qiymətini müəyyən edən zaman onun tərkibinə müəyyən məbləğ və ya
mənfəətin(gəlirin) faizi daxil edilir. Əgər müqavilə üzrə satılmalı olan
məhsulun miqdarını müqavilə qiymətinə vursaq, onda onun
tənzimlənən satış dəyərini əldə edərik, mənfəət faizindən asılı olaraq
mənfəətin gözlənilən məbləğini hesablayırlar. Bu, mənfəətdən verginin
büdcəyə ayırmalanmn avans ödəmələrini hesablamaq üçün baza hesab
olunur.
Mənfəətin faktiki məbləği hər ay satılmış məhsulların satış qiyməti
və əlavə dəyər vergisi və aksizləri çıxmaqla tam faktiki maya dəyəri
arasındakı fərqlə müyyən edilir.
Sənaye müəssisələrində istehsal proqrammasmm yerinə
yetirilməsi nəticəsində hazır məhsul alınır. Həmin hazır məhsulu bir
yerdə cəmləmək, mühafizə etmək, qorumaq, saxlamaq lazımdır. Bütün
bunlar üçün, daha sonra həmin hazır məhsulların satışı üçün görüləcək
işlər möhkəm uçot, nəzarət və məsuliyyət tələb edir. Bütün bu
dediyimiz, hazır məhsul buraxılışı və satışı üzrə uçot dairəsini əhatə
edir. Bunlar üçün uçotun vəzifəsi dedikdə isə aşağıdakıları nəzərdən
qaçırmamaq lazımdır. Əvvəlan onu bilmək lazımdır ki, uçota alma və
saxlama qaydasına görə hazır məhsullar anbarda olan hazır məhsula və
göndərilən məhsula, malalanın sərəncamında, mühafizəsində olan
məhsula bölünürlər. Bunun üçün uçotun aşağıdakı vəzifələri qarşıya
çıxır;
74
a) hazır məhsulun anbar üzrə uçotu, onun vəzifəsi;
b) göndərilmiş mallar uzrə uçotu,onun vəzifəsi;
v) malalanın mühafizəsində olan məhsulun uçotu və vəzifəsi.
Məhsulun texniki səviyyəsini və keyfiyyətini hər vasitə ilə
yüksəltmək vəzifəsi bazar iqtisadiyyatı şəraitində müəssisənin iqtisadi
siyasətinin və bütün əməli işinin mərkəzinə keçirilir. Müəssisənin
məhsulu elmi fikrin son nailiyyətlərini özündə təcəssüm et- dinnəli, ən
yüksək texniki-iqtisadi, estetik tələblərə və başqa isteh- lak tələblərinə
uyğun gəlməli, dünya bazarında rəqabət qabiliyyətinə malik olmalıdır.
Onun keyfiyyətini yüksəltmək zəruri məmulata respublikanın tələbatını
və müxtəlif mallara əhalinin artan tələbini daha dolğun ödəməyin
etibarlı yoludur. Aşağı keyfiyyət, çıxdaş - bunlar material ehtiyatlarının
və xalqın əməyinin israf edilməsi deməkdir. Bazar iqtisadiyyatına keçid
müstəqil respublika markasının şərəfi Liğrunda mübarizəyə fəal kömək
edəcəkdir. Məhsulun keyfiyyəti peşə və vətənpərvərlik iftixarı məsələsi
olmalıdır.
Məhsul buraxılışı ilə əlaqədar uçotun vəzifəsi gündəlik buraxılan
məhsulun düzgün uçotunu aparmaq, onu ilk uçot sənədləri ilə
rəsmiyyətə salmaq, onun hazırlanması ilə əlaqədar işləri uçota almaq.
xərc normalarını müəyyən etmək, onları uçota almaq, hazır məhsulun
tam maya dəyərini müəyyən etmək və nəhayət sifarişçilər tərəfindən
haqqı ödənilənə qədər olan işləri qeydə almaqdır.
Bütün bu göstərilən işlər uçotun məhsul buraxılışı və satışı üzrə
olan vəzifələri sayılır.
Qeyd etmək lazımdır ki, məhsul buraxılışı və satışı mal alan
təşkilatlarla müəssisənin təchizat şöbəsi tərəfindən bağlanmış müqavilə
əsasında həyata keçirilir. Bunun üçün düzgün uçot, keyfiyyətli uçot heç
cürə imkan vemrəz ki, mal müəssisənin anbarında uzun müddət qalsın.
Uçoüın bir vəzifəsi də buradan ortaya çıxır. Anbarda hazır məhsulun
maksimum qalıq müddətindən artıq qalması halı olmamalıdır,
hazırlanmış məhsul makroiqtisadiyyatın tələbini ödəmək üçün onun
istifadəsinə verilməlidir. Yuxarıda dediyimiz kimi bu da müəssisə və
təşkilatlar arasında bağlanan müqavilə əsasında həyata keçirilir. Bu
həm də ticarət yolu ilə həyata keçirilə bilər, hazır məhsul cəmiyyətin
tələbatını ödəyirsə, bu dövlət ticarəti, kooporali\' ticarəti yolu ilə baş
verə bilər. Hazır məhsulun düzgün
75
uçotu, onun düzgün satışı müəssisənin rentabellik səviyyəsinə müsbət
təsir edir. Biz bilirik ki, satışla əlaqədar xərclər də maya dəyərinə daxil
edilir. Bu kommersiya xərcləri istehsalat maya dəyərinə daxil olaraq
məhsulun tam maya dəyərini əmələ gətirir. Yuxarıda qeyd etdiyimiz
kommersiya xərclərinin uçotu məhz buradan başlayır. Hazır
məhsulların buraxılışının və satışının uçotu aşağıdakı şərtləri əhatə
etməlidir:
1. Təsərrüfat
müqavilələri əsasən malalanlara göndərilən
məhsulun həm göndərilmə üzrə həm də keyfiyyət üzrə sistemli uçotu.
2. Malalanlara göndərilmiş mallar üzrə haqqın ödənilməsi
uçotunu.
3. Anbarda qalan məhsulların uçotunu:
a) qəbulun uçotunu;
b) qrafıkə əsasən partiyalarla göndərilməsinin uçotunu
4. Göndərilmiş mallar, eyni zamanda yolda olan göndərilmiş
malların alıcıları arasında pul haqq-hesabının uçotunu.
5. Satışla əlaqədar kommersiya xərclərinin uçotunu əhatə
etməlidir.
Hazır məhsulların buraxılışının və satışının uçotu bağlanmış
müqavilənin şərtlərinə də əməl etməlidir. Paylayıcı sənədlər üzrə
malların göndərilməsi və bölüşdürülməsi işini müntəzəm təşkil etmək
lazımdır.
Malalanlarla bağlanmış müqavilənin ən b:ı > ,ı şərti onların
ünvanına göndərilmiş malın çeşidinin, növünün, kv-yfıyyətinin
gözlənilməsi, yəni müqavilə şərtinə əməl edilməsidir. Uçulun öz
vaxtında, yüksək səviyyədə aparılması onun mexanikləşdirilməsindən
də asılıdır. Bizim müəssisələrdə kifayət qədər uçot maşınları var.
İstehsalatdan əldə edilən hazır məhsul texniki nəzarət şöbəsi
tərəfindən ştamplandıqdan, yəni qəbul olunduqdan sonra yararlı mal
kimi anbara daxil olur. Sexdə məhsul buraxılışı ilə əlaqədar uçotun
vəzifəsi məhsul buraxıldıqca və anbara təhvil verildikcə onun
müntəzəm uçotunu aparmaqdır. Sexdən anbara məhsul buraxıldıqca o
təhvil qaiməsi vasitəsi ilə rəsmiyyətə salınır. Bəzi hallarda bu qaimələrə
qəbul aktı da əlavə edilir. Anbarda isə hazır məhsulların uçotu
materialların uçotuna uyğun şəkildə aparılır. Anbarda hazır məhsul
miqdar kartoçkası qaydasında hər məhsul növü üzrə ayrıca
76
aparılır. Məhsul buraxıldıqca buraxılış qaiməsi yazılır. Qaimə
mühasibatın hesab fakturasına əsasən yazılır. Anbardar ayın axırında
məhsul buraxılışı ilə əlaqədar ilk sənədləri mühasibata təhvil verir.
'Məhsul satışının həcm göstəricisi ilə yanaşı, bazar iqtisadiyyatına
keçid şəraitində müəssisənin işinin əsas göstəricisi məmulatın mühüm
nomenklaturası üzrə tapşırıqdan ibarətdir.
Təsərrüfatçılığm indiki yeni şəraitində məhsul satışının həcmi
müəssisənin işinin mühüm göstəricilərindən biridir. Müəssisənin pul
vəsaitləri ilə təmin olunması, onun normal təsərrüfat fəaliyyəti, məhsul
satışı üzrə tapşırığın yerinə yetirilməsindən asılıdır.
Məhsul satışının həcmi ilə birlikdə müəssisəyə satışdan mənfəət
üzrə plan verilir. Onun ölçüsü, istehsalın genişləndirilməsinə və xalqın
rifah halının yaxşılaşdırılmasına yönəldilən, müəssisənin dövlətin xalis
gəlirinə qoyduğu vəsaitini əhəmiyyətli dərəcədə xarakterizə edir.
Hazır məhsul malalanlara bağlanmış müqaviləyə müvafiq olaraq
satılır. Satılmış məhsullara görə malalanlarla hesablaşmaların öz
vaxtında təşkil edilməsi, müəssisənin vəsaitlərinin dövr etməsini
sürətləndirir ki, bu da son nəticədə onun maliyyə vəziyyətinə müsbət
təsir göstərir.
Burada məhsul və onun satıştntn uçotu üzrə aşağıdakı əsas
vəzifələr ortaya çıxır:
a) istehsalatdan anbara daxil olan hazır məhsulu vaxtında
sənədləşdirmək;
b) hazır məhsulun anbarda keyfiyyətli saxlanmasına nəzarət
etmək;
v) məhsulun malalanlara göndərilməsini, onun satışını, habelə
malalanlarla hesablaşmanı vaxtlı-vaxtmda, dəqiq sənədləşdirmək və
mühasibat uçotunda əks etdirmək;
q) məhsul satışı üzrə tapşırığın yerinə yetirilməsinə nəzarət etmək;
d) anbardan hazır məhsulun normativə uyğun olmasına nəzarət
etmək, vaxtında noımativdən artıq ehtiyatları aşkara çıxarmaq və
onların satışını təşkil etməyə nəzarəti gücləndirmək;
e) məhsul satışının nəticəsini vaxtlı-vaxtmda müəyyən etmək və
i.a.
77
Bazar iqtisadiyyatına keçməyə çətinlik törədən başlıca amillərdən
biri ümumi məhsul kütləsinin azalma meyli, istehlak şeylərinin və
xüsusilə gündəlik tələbat mallarının - ərzağın qıtlığıdır. Ümumi məhsul
kütləsinin azalması ilə imperiyanın uzun illər «vahid xalq təsərrüfat
kompleksi» yaradılması kimi ziyanlı və mürtəce siyasəti ilə bilavasitə
bağlıdır. Zəruriyyətindən asılı olmayaraq keçmiş sovetlər birliyində
müəssisələr, istehsal sahələri bir-birindən tam asılı vəziyyətə
salınmışdır. İndi isə vaxtilə bərqərar olmuş təsərrüfat əlaqələri,
müqavilə təəhhüdləri müntəzəm olaraq pozulur.
Hər bir müəssisədə istehsal olunan bütün əmtəəlik məhsul dəyər
ifadəsində qiymətləndirilir. Onun tərkibinə öz istehsalının hazır
məmulatının və yarımfabrikatının, kənara göıiilmüş sənaye xarakterli
işlərin, özünün əsaslı tikinti şöbəsinə və xidmətedici istehsalat və
təsərrüfatın sənaye xarakterli işlərinin dəyəri daxildir.
Sintetik uçotda və balansda hazır məhsul faktiki maya dəyəri ilə
əks etdirilir, cari uçotda isə uçot qiyməti (şərti qiymətlə) ilə, yəni orta
illik plan istehsalat maya dəyəri ilə və ya müəssisələrin müqavilə
qiymətləri ilə və ya buraxılış, pərakəndə satış qiymətləri ilə və yaxud
faktiki maya dəyəri ilə qiymətləndirilir. ,
Hazır məhsulun faktiki istehsalat maya dəyəri ayın axırında kal-
kulyasiya əsasında müəyyən edilir.
Hazır məhsul orta illik plan istehsalat maya dəyəri ilə
qiymətləndirilən zaman məhsulun buraxılış qiyməti və plan maya
dəyəri arasındakı kənarlaşma ayrıca olaraq uçota alınır, həmin
kənarlaşma hesabat dövrünün axırında müvafiq miqdarda satılmamış
məhsulun qalığına və satılmış məmulata aid edilir. Məhsulun buraxılış
qiyməti ilə qiymətləndirilməsinin hesabatla müqayisə edilməsini,
habelə malalanlara göndərilmiş və satılmış məhsulların sənədlərində
qiymətləndirmənin vahid olmasına riayət olunmasını təmin edir. Bu
zaman məhsulun faktiki maya dəyəri və buraxılış qiyməti arasındakı
fərq ayrıca uçota alınır.
Kiçik nomenklaturada məmulat buraxan bəzi müəssisələrdə hazır
məhsul faktiki maya dəyərlə qiymətləndirilir. Lakin cari uçotda hazır
məhsulu uçot qiymətləri ilə (orta illik plan maya dəyəri və ya
müəssisənin buraxılış qiymətləri ilə) qiymətlendinnək daha məqsədə
uyğundur, çünki, bu zaman uçotun mexanikləşdirilməsi üçün la-
78
zııni şərait yaradılır və hesabat dövrü ərzində hesabat işçilərinin bərabər
surətdə işlə təmin olunmasına nail olunur.
Hazır məmulat qalıqlarının maya dəyəri ilə buraxılış qiymətləri
arasındakı fərq nonual şəraitdə realizə olunmamış mənfəəti
(kommersiya xərclərini nəzərə almadan) özündə göstərir ki, bu da
müəssisənin maliyyə fəaliyyətini təhlil etmək üçün olduqca mühüm
göstəricidir. Bununla bərabər, satılmış məhsulun plan və faktiki maya
dəyəri arasındakı fərq sadələşdirilmiş üsulla aşkar edilir.
Qiymətləndirmənin yuxanda verilən hər iki variantının ümumi
cəhəti odur ki, bunlardan hər hansı biri tətbiq edilirsə edilsin, son
nəticədə hazır məhsul qalıqlarının qiyməti faktiki maya dəyərinə
çatdınlır.
Kənarlaşmalar müəssisə tərəfindən buraxılan artıq xərci və ya
qənaəti göstərir. Kənarlaşmalar hazır məhsulu uçota alan hesablarda
uçota alınır. Bu zaman qənaət qırmızı stomo ilə uçota alınır, artıq xərc
isə adi əlavə yazılışla əks olunur.
Buraxılan məmulatların istehsalına çəkilən məsrəflərin uçotu üçün
37 ((Məhsulların (işlərin, xidmətlərin) buraxılışı» hesabı istifadə edilən
zaman hazır məhsul 40 ((Hazır məhsul» hesabında normativ (plan)
maya dəyəri ilə əks etdirilir.
Hazır məhsulların hərəkətinin uçotunun düzgün təşkil edilməsi
üçün onun nomenklaturasının işlənib hazırlanması - yəni, həmin
müəssisə tərəfindən buraxılan məmulat növlərinin adının siyahısının
hazırlanması böyük əhəmiyyət kəsb edir. Onun tərtib olunması üçün
əsas kimi bir məmulatı başqasından ayırmağa imkan verən (model,
dəqiq sinfi, fasonu, artikulu, markası, çeşidi və i.a.) müəyyən əlamətə
görə hazır məmulatlann təsnifatı əsas götürülür. Nomenklatura nömrəsi
müxtəlif miqdarda rəqəmlərdən ibarət ola bilər.
Nomenklaturadan müəssisənin aşağadakı xidmətləri İstifadə
edirlər:
a) dispetçer xidməti - məmulat buraxılışı qrafıkinin yerinə
yetirilməsinə nəzarət etmək üçün;
b) sexlər - buraxılışın çeşidinə nəzarət etmək üçün və hazır
məmulatlan anbara təhvil verən zaman qaimələri yazmaq üçün;
v) marketinq şöbəsi - müqavilə göndərmələrinin yerinə yetirilməsi
imkanlarına nəzarət etmək üçün;
79
q) mühasibatlıq - analitik uçot \\) məlumat və hesabatları tərtib
etmək üçün.
Dostları ilə paylaş: |