Dərs vəsaiti II hissə Ai3rhaycan Respublikası Təhsil


§8. Bank krediti,irinin nçotn



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə49/63
tarix02.01.2022
ölçüsü1,81 Mb.
#43220
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   63
596 (1)

§8. Bank krediti,irinin nçotn 
Elmi-texniki  tərəqqinin  sürətləndirilməsində,  məhsulun  texniki- 
iqtisadi  göstəricilərinin  yaxşılaşdırılmasında,  sənayenin  strukturunun 
təkmiləşdirilməsində 
kreditin 
stimullaşdırıcı 
rolu 
bankların 
fəaliyyətində getdikcə daha böyük əhəmiyyət kəsb edir. 
Sənayenin  dövriyyə  vəsaitinin  yaradılmasında  bankın  krediti 
böyük rol oynayır. Mal-material vəsaiti ehtiyatlarının ödənilməsində 
177 


bank  vəsaitinin  iştirakı  böyükdür.  Ayrı-ayrı  təsərrüfat  sahələri  və 
kreditləşdirilən obyektlər üzrə isə bank vəsaitinin iştirakı daha artıqdır. 
Bankın  kredit  planında  kreditlərin  miqdarı  mövsümi  və  digər 
normativdən  artıq  xammal,  material  və  yanacaq  ehtiyatlarının  layi- 
hələşdirilən  miqdarından,  habelə  istehsal  məsrəflərinin  hazır  məhsul, 
mal qalıqlarının miqdarından və digər göstəricilərdən asılı olaraq təyin 
edilir. 
Təsərrüfatın  kreditləşdirilməsinin  həcmi  təsərrüfat  orqanlanmn 
dövriyyə  vəsaitinin  yaradılması  qaydasından,  istehsal  şərtlərindən, 
texnoloji  prosesin  səmərələşdirilməsindən  və  vəsaitin  dövriyyə 
sürətinin artırılmasından asılıdır. Əgər müəssisə pay iştirakı qaydasında 
dövriyyənin  kreditləşdirilməsi  üsuluna  keçmişsə  və  bununla  əlaqədar 
olaraq  normativlərin  bir  hissəsi  kredit  hesabına  yaradılmağa 
başlamışsa,  yaxud  xammal  tədarükünün  və  təchizatının  mövsümi 
şəraitinə görə vəsait ehtiyatı artışsa, o zaman təsərrüfata qoyulan bank 
vəsaiti çaxalacaqdır. Dövriyyə vəsaitinin sürəti artırsa və mal-material 
vəsaiti  ehtiyatının  nisbi  kəmiyyəti  azalırsa,  bu  vəziyyət  bank 
kreditlərinin miqdarına təsir göstərməmiş olmaz. 
Təsərrüfata  kredit  qoyuluşunun  genişlənməsi  bank  passivlərinin, 
hər  şeydən  əvvəl  müəssisələrin  hesablaşma  hesablanndakı  vəsaitin 
keçici qalıqlannm vəsaitinin artması hesabına aparılır. 
Kredit planında nəzərdə tutulmuş artımın əsasını məhsul istehsalı 
və satışının, habelə yığımların həcminin getdikcə artması təşkil edir. 
Bank krediti plan üzrə məqsədli, qaytarılan, müddətli və təminatlı 
olmalıdır. Bu prinsiplərdən birinin belə pozulması istehsalın təşkilində 
və ictimai məhsulun bölüşdürülməsində kreditin rolunu zəiflədir, banka 
və  malgöndərənlərə  çatası  vaxtı  keçmiş  tədiyyələ-  rin  baş  verməsinə 
səbəb olur. 
Bankın  qaydaları  müəssisə  və  təşkilatlara  həqiqətən  lazım  olan 
miqdarda  kreditlərin  verilməsi  vəzifəsinə,  mal  istehsalı  və  tədavülü 
üzərində manatla müntəzəm nəzarət tələbinə tabe edilmişdir. 
Müəssisələr kreditlərin təyin edilmiş müddətlərdə ödənilməsi üçün 
yalnız  istehlakçılara  lazım  olan  məhsulları  istehsal  etməli,  məhsul 
buraxılışının plan həcmini və qrafıklərini gözləməli, məh 
178 


sulun  maya  dəyərini  aşağı  salmalı,  tələbatdan  artıq  material 
gətirilməsinə  yol  verməməli  və  müəssisələrin  özünə  lazım  olmayan 
materialları  vaxtında  satmalıdır.  Beləliklə,  manatla  bank  nəzarətinin 
fay- dalılığı və təsiri təzahür edir. Kredit təsərrüfata yardım göstərməklə 
bərabər,  eyni  zamanda  müəssisələr  tərəfindən  istehsal  və  maliyyə 
planlarının  yerinə  yetirilməsinə,  təsəmifat  hesabının  məhkəmləndi- 
rilməsində dövlət tərəfindən fəal təsir vasitəsi rolunu oynayır. 
Bank,  kredit  intizamını  pozanlar  haqqında  cəza  tədbirləri  tətbiq 
edir,  verilən  kreditləri  vaxtından  qabaq  onlardan  alır,  maliyyə 
intizamının  nizama  salınması  üçün  tədbirlər  görülməsini  tələb  edir, 
dövriyyə  vəsaitindən  istifadə  işini  yaxşılaşdırmaq  və  rentibelliyi 
yüksəltmək barədə təkliflər verir və bu təkliflərin həyata keçirilməsinə 
nail olmağa çalışır. 
Müəssisələr  təsərrüfat  əməliyyatlarını  yerinə  yetirmək  üçün  pul 
vəsaitlərindən istifadə edirlər. Müəssisələr onları xammal və materiallar 
əldə etmək, fəhlə və qulluqçuların əmək haqqını vermək, sosial müdafiə 
üzrə ödəmələri ödəmək, vergiləri ödəmək üçün və digər məqsədlərdən 
ötəri sərf edir. Lazım olan hallarda müəssisə tapşınğın yerinə yetirilməsi 
gedişində  meydana  çıxan  müvəqqəti  tələbatı  ödəmək  üçün  bank 
kreditləri  şəklində  pul  vəsaitləri  alır.  Təsərrüfat  fəaliyyəti  prosesində 
müəssisə başqa təşkilatlarla,  idarələrlə,  müəssisələrlə,  habelə  ayrı-ayrı 
şəxslərlə  müxtəlif  hesablaşma  münasibətlərinə  girir.  Belə  qarşılıqlı 
münasibətlər  nəticəsində  çox  vaxt  debitor  borcları  meydana  gəlir, 
həmçinin kreditorlar qarşısında öhdəliklər yaranır. 
Kreditləşmənin  mühasibat  uçotunun  əsas  vəzifələrinə  bank 
kreditlərinin  düzgün  və  təsirli  uçotu  və  onların  alınmasına,  təyinatları 
üzrə  istifadə  edilməsinə,  öz  vaxtında  ödənilməsinə  nəzarət  edilməsi 
daxildir. 
Müəssisələrdə bank kreditlərinin böyük əhəmiyyətə malik olması 
kreditləşmənin uçotunun vəzifələrini və əhəmiyyətini təyin edir. Bu uçot 
bankın  müəssisənin  dövriyyə  vəsaitlərinin  yaradılmasında  iştirak 
dərəcəsini  əks  etdirməli,  alınmış  kreditlərin  öz  vaxtında  geri 
qaytarılmasında  və  hər  bir  hesabat  dövrünə  kreditlər  üzrə  borcların 
vəziyyətinin  göstəricilərinə  nəzarəti  təmin  etməlidir.  Bu  vəzifələrin 
yerinə yetirilməsi şəraitində uçot-kıedit intizamının və 
179 


ziyyətinə  sistematik  müşahidə  aparılmasına  müəssisənin  maliyyə 
vəziyyətinin  yaxşılaşdırılması  ehtiyatlarını  öz  vaxtında  açmağa  və 
operativ  qaydada  açılmış  ehtiyatların  səfərbər  edilməsi  üzrə  tədbirlər 
göıiilməsinə imkan verir. 
Son  illərdə  tədiyyə  krediti  verilməsi  qaydası  təkmilləşdirilmiş, 
haqq-hesabların  vaxtlı-vaxtında  aparılmasına,  tədiyyə  intizamının 
möhkəmlənməsinə, dövriyyə vəsaiti dövriyyəsinin sürətləndirilməsinə, 
tapşırıqların yerinə yetirilməsinə onun təsiri artmışdır. 
Bazar iqtisadiyyatına keçid dövılində haqq-hesablann vəziyyətini 
yaxşılaşdırmaq, iqtisadi vəsaitlərin və stimulların, o cümlədən kreditin 
makroiqtisadiyyatda son nəticələr qazanılmasına təsirini artınnaq üçün 
bank  idarələri  kreditlə  haqq-hesab  mexanizmindən  daha  fəal  istifadə 
etməyə başlamışlar. 
Kreditlərin vaxtında geri qaytarılması onun nə dərəcədə təminatlı 
olmasından  asılıdır.  Verilmiş  kreditlər,  ya  maddi  qiymətlilərə,  ya  da 
göndərilmiş mallara görə hesablaşma sənədləri ilə təmin olunmalıdır. 
Kreditin  maddi  qiymətlilərlə  və  ya  hesablaşma  sənədləri  ilə  təmin 
olunması  həmin  təsəiTÜfat  əməliyyatı  başa  çatdıqdan  sonra  onun 
ödənilməsinə zəmanət verir. Bu prinsipə riayət olunmasını təmin elmək 
məqsədilə  kreditlərin  təminatı  dövrü  olaraq  yoxlanılır  və  təminatsız 
borc dərhal müəssisənin hesabından silinir. 
Sadə ssııda hesabından kredit almaq üçün müəssisə banka ərizə, 
müddətli  öhdəlik  və  bankın  təlimatı  ilə  müəyyən  edilmiş  formada 
mal-material  qalıqları  haqqında  məlumat  təqdim  edir.  Mal-material 
qalıqları haqqında məlumat tərtib ediləndən sonra üç iş günü ərzində 
banka təqdim edilir. 
Mal-material  qiymətliləri  qalığının  ödənilməyən  hissəsinə  də 
sərbəst limit daxilində kredit verilir və bu məqsədə verilən kredit bir və 
iki nömrəli kartotekada olan sənədlərin ödənilməsinə yönəldilir. 
Verilmiş  kreditlərin  vaxtında  ödənilməsi  qəbul  edilmiş 
öhdəliklərlə  təmin  edilir.  Verilən  kreditlərin  ödənilməsi  müddətləri 
təminata  götüıülmüş  mal-materialların  azalması  müqabilində 
müəyyənləşdirilir.  Kreditlərin  ödənilməsinə  verildiyi  rübdə  nəzərdə 
tutulmuşdursa, bank müəssisədən ödənilmə müddətləri dəqiq müəyyən 
edilmiş  öhdəliklər  qəbul  edir.  Çıxış  limiti  üzrə  verilən  kreditlərin 
ödənilmə müddəti şərti olaraq qarşıdakı rübün birinci 
180 


ayının  25-i  tarixinə  müəyyən  edilir  və  sonradan  dəqiq  müddətlərə 
yenidən 
rəsmiləşdirilir. 
Kreditlərin 
ödənilmə 
müddətlərinin 
dəqiqləşdirilməsi növbəti liibdə kreditləşən mal-maleriallann hərəkətinə 
əsasən aparılır. 
Bitməmiş istehsal və öz istehsalının yanmlabrikatlanna görə kredit, 
hesabat balansı və balans əsasında tərtib olunmuş arayışa görə cari ayın 
1-i  vəziyyətinə,  lazım  olduqda  isə  cari  məlumatlar  əsasında  ara 
müddətllərə də verilir. 
Verilmiş bank kreditlərinin təminatı banka təqdim olunur, balans 
əsasında yoxlanılır. Balans məlumatları ayın l-nə təqdim olunmuş cari 
məlumatla tutuşdurulur. I3alans məlumatlarının cari məlumatlardan az 
olması  üzündən  yaranan  təminat  çatışmazlığı  bank  tərəfindən  bankın 
aldadılması halı kimi qiymətləndirilir. 
Verilmiş kreditin təminatını bank bilavasitə müəssisənin özündə də 
yoxlayır. 
Uçot, hesabat və malların saxlanması şəraiti qənaətbəxş olmayan 
müəssisələrdə kreditlərin təminatı bank şöbəsi müdirinin sərəncamına 
əsasən kredit verilməmişdən əvvəl yoxlanılır. 
Yoxlama  zamanı  təqdim  olunmuş  məlumat  mühasibat  və  anbar 
uçotu  məlumatları  bir  birilə  tutuşdurulur.  Yaranan fərqə  artıq alınmış 
kredit bank tərəfindən geri alınır. 
Yoxlamanın  nəticələri  aktla  ro  .ni’əşdiıY'  Bank  şöbəsinin 
müdirinin  sərəncamına  əsasən  kreditin  təminatı  natural  lorm'd;!.  da 
yoxlanılır.  Natural  formada  yoxlamaq  seçmə  qaydada  ınal-nıatv;ial 
qiymətlilərinin  ölçülməsi, sayılması  və  ya  çəkilməsi  yolu  ilə a,  arılır. 
Bankların kreditləri həm manatlarla, həm də xarici valyı N verilə bilər, 
xarici  valyutad.  olan  hesablaşmalar  hesablaşma  nədlərinin  yazıldığı 
tarixə  qüvvədə  olan  kurs  ü/.rə  xai  ci  vaivı  ,aı  hesablamaq  yolu  ilə 
müəyyən edilən məbləğlərdə maıiai!. la fOia alınır. Eyni zanaanda bu 
hesablaşmalar,  valyutada  hesablaşnu..  ,  və  ödəmələrlə  əks  olunur. 
Xarici valyutada kreditlər üzrə kurs fəıqləri, o cümlədən balans tərtib 
edilən tarixə borcların yenidən qiymətləndirilməsindən olan fərqlər, 80 
«Mənfəət və zərəıiər» hesabına aid edilir. Kurs fərqi onun alındığı günə 
kurs üzrə alınmış kreditin məbləği və ödənilən günə kurs üzrə həmin 
kreditin məbləği arasındakı fərq kimi müəyyən edilir. 
181 


Təsərrüfat  fəaliyyəti  prosesində  müəssisənin  vəsaitlərinin 
müvəqqəti çatışmamazlığım ödəmək tələbatı meydana çıxır. Belə halda 
müəssisə  bank  kreditlərindən  istifadə  edir.  Müəssisənin  əsas  və 
dövriyyə  vəsaitlərinin  meydana  gəlməsi  mənbələrindən  biri  bank 
kreditləri  hesab  olunur.  Qısamüddətli  bank  kreditləri  müəssisələrin, 
idarələrin və təşkilatların azad pul vəsaitləri, dövlət büdcəsinin, sığorta 
orqanlarının,  əhalinin  əmanətlərinin  azad  ehtiyatları  və  i.a. 
cəmləşdirilmək  və  geri  qaytarılmaq  şərti  ilə  müəssisə  və  təsərrüfat 
təşkilatlarının  sərəncamına  verilmək  vasitəsi  ilə  iqtisadi  münasibət 
deməkdir. 
Qısamüdətli  kreditləşmə  bank  vasitəsi  ilə  həyata  keçirilir. 
Kreditlər növlərinə görə planlı (bankın kredit planı ilə nəzərdə tutulan) 
və plandan kənar olmaqla (müvəqqəti ehtiyaclara) iki yerə bölünürlər. 
Kreditləşmə  obyektlərinə  görə  kreditlər  maddi  qiymətlilərin 
nomadan artıq ehtiyatlarına görə kreditlərə və hesablaşma kreditlərinə 
bölünürlər. Ki'editlər aşağıdakı maddi qiymətlilərə görə verilir: 
a)  xammal və materiallar; 
b)  yanacaq; 
v) bitməmiş istehsalat və gələcək dövrlərin xərcləri. 
Hesablaşma kreditləri aşağıdakılara görə verilir: 
a)  yolda olan hesablaşma sənədlərinə görə
b)  yük dövriyyəsi üzrə xüsusi hesablara və akkreditivlərə görə; 
v) limitləşdirilmiş çek kitabçalarının alınmasına görə; 
q) qarşılıqlı təlblərin ödənilməsinə görə və s. 
Bank  kreditləri  təcili  və  geri  qaytarılan,  məqsədli,  ödəndi  (bank 
faizlər tutur) olur. Onlar mal-material qiymətliləri ilə təmin olunmalıdır. 
Qısamüddətli kreditlər müəssisələrə bir il müddətinə verilir. 
Planlı  kreditlər  bank  tərəfindən  yığım  planında  nəzərdə  tutulan 
normalaşdırılmış dövriyyə vəsaitlərinin mövsümi və mövsümi olmayan 
normativdən  artıq  qalıqlarına  görə  verilir,  habelə  mövsümi  azalma 
dövründə  və  ya  istehsal  tamamilə  dayandırıldıqda  istehsal  xərclərinə 
görə verilir. Onlar banka kredit planı ilə nəzərdə tutulur, elə bununla da 
onların adları aydın olur. 
182 


Xammalın,  materialların,  yarımfabrikatların,  bitməmiş  istehsalın 
normativdən  artıq  ehtiyatlarına  və  gələcək  dövrün  xərclərinə  görə 
kreditlər bir ilə qədər müddətə verilir. 
Yeni məhsul buraxılışı, keyfiyyətin artırılması, məmulatın lazımi 
və  möhkəm  olması  üzrə  tədbirlərin  həyata  keçirilməsinə  də  kreditlər 
həmin müddətə verilir. 
Materialların normativdən artıq ehtiyatlarını kreditlə təmin etmək 
üçün bank, bir qayda olaraq, onların faktiki maya dəyəri ilə qəbul edir. 
Bitməmiş istehsalın qalıqlan və öz istehsalının yarımfabri- katları faktiki 
maya dəyəri ilə və ya faktiki maya dəyərindən aşağı olduqda plan maya 
dəyəri ilə qəbul edilir. Normativdən artıq hazır məhsul qalığı isə plan 
istehsalat maya dəyəri ilə qəbul edilir. 
Kreditlər  bank  tərəfindən  ancaq  müəssisə  tərəfindən  ödənilmiş 
ehtiyatlara görə verilir. Ssuda kreditinin qədərini müəj^ən edən zaman 
kreditləşən qiymətlilərin normativdən artıq qalığının ümumi dəyərində 
onlara aid malgöndərənlərə olan kreditor bordan çıxılır. 
Bəzi hallarda isə kreditlər ödənilməmiş normativdən artıq qalıqlara 
görə  də  verilir  və  bu  zaman  onlar  müəssisənin  hesablaşma  hesabına 
daxil olmadan kreditləşən qiymətlilərin ödənilməsinə dövr edirlər. 
Yolda  olan  hesablaşma  sənədlərinə  görə  hesablaşma  kreditləri 
daha  çox  yayılmışdır.  Onlar  yüklənmiş  və  buraxılmış  mallara,  yerinə 
yetirilmiş  işlərə  və  göstərilmiş  xidmətlərə  görə  sənəd  dövri)^əsi 
müddətinə  daha  doğrusu  alıcılardan  ödəmə  daxil  oluncaya  qədər 
malgöndərən müəssisələrə verilir. 
Kreditlə  təmin  etmək  üçün  özgə  şəhərli  hesablaşmalar  üzrə  in- 
kassaya  təhvil  verilmiş  ödəmə  tələbnamələrinin  və  eyni  şəhərli 
hesablaşmalar üzrə təhvil verilmiş tələbnamələrinin reyestrlərini qəbul 
edir. 
Kredit,  ancaq  o  hesablaşma  sənədlərinə  verilir  ki,  mallar 
yükləndikcə və işlər qurtardıqdan sonra üç iş günündən gec olmayaraq, 
ya  da  müəyyən  edilmiş  hesablaşma  dövründə  həmin  sənədlər  banka 
təhvil verilmiş olsun. 
Bank  krediti,  göndərilmiş  məhsulların  və  ya  yerinə  yetirilmiş 
işlərin  və  göstərilmiş  xidmətlərin  buraxılış  qiymətləri  ilə  dəyərindən 
nəzərdə tutulan mənfəəti çıxmaqla, müəssisənin hesabına daxil 
183 


olan  və  malalanlar  tərəfindən  buraxılış  qiymətindən  artıq  ödənilən, 
qablaşdırma, tara və nəqliyyat xərcləri üzrə məsrəfiəri üstünə gəlməklə 
verir. 
3-4 gündən bir dövrü olaraq bank müəssisənin kredit üzrə borcunu 
nizama  salır,  lazım  olan  hallarda  51  «Hesablaşma  hesabı»  hesabına 
əlavə  olaraq  kredit  keçirilir  və  ya  bu  hesabdan  təmin  olunmamış 
kreditlər  silinir.  Əgər  malalan  ödəmə  tələbnaməsinin  aksep-  lindən 
etiraz  etmişdirsə  və  ya  vəsaitlərin  olmaması  üzündən  ödəməmişdirsə, 
onda  bank  bu  sənədləri təmin  olunma  məbləğlərindən  çıxır  və  onlara 
görə verilmiş kreditləri müəssisədən tutur. 
Akkreditivlərin  açılmasına  kreditlərin  akkreditivlərin  fəaliyyət 
müddətinə verilir. Həmin kreditlər bank tərəfindən limitsiz verilir. Bu 
kredit  banktərəfındən  müəsisənin  hesabları  faktiki  olaraq  ödənildikcə 
tutulur. Göstərilən xidmətlərə görə nəqliyyat təşkilatları ilə hesablaşmaq 
üçün  limitləşdirilmiş  çek  kitabçalarının  açılmasına  kreditlər  15  gün 
müddətinə  verilir.  Bu  kreditlər  bank  tərəfindən  təcili  öhdəliyə  əsasən 
müəssisənin  51  «Hesablaşma  hesabı»  hesabından  tutulur.  Planlı 
kreditlərdən başqa müəssisə maddi qiymətlilərin artıq ehtiyaclarına görə 
kreditlər  alır.  Bu  kreditləri  bank  istehsalın  artıqlaması  ilə  yerinə 
yetirilməsi  nəticəsində  ya  da  onlardan  asılı  olmayan  səbəblər 
nəticəsində müəssisəyə meydana çıxan maliyyə çətinliyi olan hallarda 
verir. 
Nəzərdə  tutulandan  artıq  kreditləri  almaq  üçün  müəssisə  banka 
kreditin  vacib  olması  səbəbini  göstərən  ərizə  verir.  Ərizəyə  kreditin 
təminatının  ödənilməsinə  xidmət  edə  biləsi  ehtiyatların  vəziyyətləri 
haqqında arayış əlavə olunur. 
Sənaye müəssisələrində bankların qısamüddətli kreditlərinin uçotu 
üçün 90 «Banklarm qısamüddətli kreditləri» adlı passiv hesab xidmət 
edir. 
Qısamüddətli kreditlərin analitik uçotu kreditlərin növləri, onları 
verən  banklar  və  ayrı-ayrı  kreditlər  üzrə  aparılır.  90  «Banklarm 
qısamüddətli kreditlərin hesabına ayrıca subhesabda ödəmə müddəti bir 
ildən çox olmayan veksellərin uçotu (diskontu) və digər borc öhdəliyi 
əməliyyatları üzrə bankla hesablaşmalar uçota alınır. 
Veksellərin  uçotu  (diskontu)  və  digər  borc  öhdəlikləri 
əməliyyatları veksel saxlayan müəssisələr tərəfindən 90 «Banklarm qı- 
184 


samüddətli kreditləri» hesabının krediti (veksellərin nominal dəyəri) və 
51 «Hesablaşma hesabı» və ya 52 «Valyuta hesabı» (faktiki alınmış pul 
vəsaitlərinin məbləği) və 80 «Mənfəət və zərərlər» (banka ödənilən uçot 
faizi) hesablarının debeti üzrə əks etdirilir. 
Veksellərin uçotu (diskontu) və digər borc öhdəlikləri əməliyyatı 
ödəmə haqqında bankın bildirişi əsasında 90 «Banklann qısamüddətli 
kreditləri))  hesabının  debeti  və  62  «Malalanlar  və  sifarişçilərlə 
hesablaşmalar))  hesabının  krediti  üzrə  vekselin  məbləğlərinin  əks 
etdirilməsi yolu ilə bağlanır. 
Veksel  verənlər  və  ya  digər  ödəyicilər  üzrə  vekselə  görə  öz 
öhdəliklərini  müəyyən  edilmiş  müddətdə  yerinə  yetinnədikdə, 
veksellərin uçotu (diskontu) və ya digər bankdan alınmış pul vəsaitləri 
veksel  saxlayan  müəssisə  tərəfindən  geri  qaytarılan  zaman  90 
wBankların  qısamüddətli  kreditləri))  hesabının  debetini  pul 
vəsaitlərinin uçotu hesabları ilə müxabirləşdirməklə yazılış aparılır. Bu 
zaman  vaxtı  keçmiş  veksellərlə  təmin  olunan  malalanlarla 
hesablaşmalar  üzrə  borc  62  «Malalanlarla  və  sifarişçilərlə 
hesablaşmalar)) hesabında uçota alınmaqda davam edir. 
Diskont edilmiş veksellərin analitik uçotu, veksellərin uçotunu və 
ya  digər  borc  öhdəliyini  həyata  keçirən  banklar,  vekselverənlər  və 
ayrı-ayrı veksellər üzrə aparılır. 
Məqsədli  təyinatlarından  və  verilmə  müddətlərindən  asılı  olaraq 
qısamüddətli, ortamüddətli və uzunmüddətli kreditləri fərqləndirirlər. 
Ortamüddətli və uzunmüddətli kreditlər müəssisənin istehsalat və 
sosial inkişaf məqsədlərinə istifadə olunur. Ortamüddətli kreditlər bir 
ildən  üç  ilə  qədər  olan  müddətə,  uzunmüddətlilər  isə  -  üç  ildən  artıq 
müddətə verilir. 
Kreditin  təminatı  məsələsinə  olduqca  böyük  əhəmiyyət  verilir. 
Kredit  təminatının  əsas  növləri  zaminlik,  təminathq,  qiymətli 
kağızlarla, mallarla, əmlakla girov qoymaqdan ibarətdir. 
Kredit  almaq  üçün  müəssisə  banka  aşağıdakıları  əlavə  etməklə 
kredit verilməsi haqqında ərizə təqdim edir. 
1.Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün lazım olan 
əmək  haqqı  məbləğini,  materialların  dəyərini  və  layihə-smeta 
sənədlərini göstərməklə icmal smeta-maliyyə haqq-hesabını; 
185 


2.işin başlanma və qurtarma vaxtını, obyektin istismara verilməsi 
vaxtını və kreditin geri qaytarılması müddətini göstərməklə məsrəflərin 
faydalılığmm və qoyulan xərclərin ödənilməsinin haqq- hesabı. 
Bu  sənədlər  müəyyən  edilmiş  formalar  üzrə  təqdim  edilir. 
Uzunmüddətli  kredit  verən  banklar  maliyyələşdirmə  prosesində 
qanunsuz  olaraq  hər  cür  vəsait  verilməsinin  qarşısını  almalı,  yerinə 
yetirilən işlərin həcmini, əmək haqqı məbləğinin xərclənməsini, habelə 
tikintinin digər məsrəflərini yoxlamalıdırlar. 
Təsərrüfat üsulu ilə aparılan tikintilər maliyyələşdinnə metoduna 
görə  iki  kateqoriyaya  bölünür.  Birinci  kateqoriya  material, 
konstruksiya  və  avadanlıq  almaq,  əmək  haqqı  vermək,  tədiyyə 
tapşınqla-  rını  ödəmək  və  tikintinin  başqa  ehtiyacları  üçün  bank 
tərəfindən he- sabnamələrin ödənilməsi yolu ilə maliyyələşdirilir. Bu 
qaydaya məsrəfin ünsürlərə görə maliyyələşdirilməsi deyilir. 
Bu metodun başlıca nöqsanı ondan ibarətdir ki, vəsait verilməsi 
yerinə  yetirilən  tikinti  montaj  işlərinin  həcmindən  bilavasitə  asılı 
edilmir.  Həmin  maliyyələşdinnə  metodu  işlərin həcmi  nisbətən  kiçik 
olan tikintilər üçün tətbiq edilir. 
Uzunmüddətli  kredit  buraxan  bank  maliyyələşdirmə  hesabından 
tikintiyə  avanslar  verir.  İkitərəfli  aktlar  üzrə  işlərin,  tikinti 
mexanizmlərinin  və  nəqliyyat  vasitələrinin  dəyərini,  kadrlar 
hazırlanması  xərclərini  ödəyir,  tikilən  müəssisə  müdiriyyətinin 
saxlanması  üçün  vəsait  verir.  Yeni  tikintinin  yaxud  əsaslı  tikinti 
şöbəsinin  rəisi  hər  bir  başqa  podratçı  kimi  hesablaşma  hesabından 
material,  konstruksiya  və  hissələrin  dəyərini  ödəyir,  əmək  haqqı, 
inzibati və sair üstəlik xərclər üçün vəsait alır. 
İlin axınnadək istifadə edilməmiş olan maliyyələşdirmə limitləri 
bağlanır, vəsait qalığı isə büdcə gəlirinə keçirilir. 
Öz  dövriyyə  vəsaiti  olan  podrat  təşkilatlarından  fərqli  olaraq 
işlərin  qəbul  edilməsi  aktlarına  görə  maliyyələşdirilən  tikintilərə 
müəssisələrin müdiriyyətindən alınan avans şəklində ehtiyatlar verilir. 
Müəssisə krediti rəsmiləşdiımək üçün banka aşağıdakı sənədləri 
təqdim edir: 
- kredit verilməsi haqqında məktub; 
186 


-  kreditləşən  tədbirlər  üçün  lazım  olan  əmək  haqqı  məbləğini 
göstərməklə icmal-smeta maliyyə haqq-hesabını; 
-  istismara  verilmənin  müddətlərini  və  kreditin  ödənilməsi 
müddətini göstənnəklə məsrəflərin ödənilməsinin haqq-hesabını; 
-  müəssisədə  yığım  fondunun  vəsaitlərinin  kifayət  qədər 
olmaması zamanı kreditin qədərinin haqq-hesabını; 
-  işlərin tikinti materialları ilə, avadanlıqlar ilə təmin olunmasını 
təsdiq edən sənədlər və işlərin görülməsinin təqvimini. 
Sənaye  müəssisələrində bankın  uzunmüddətli  kreditlərinin  uçotu 
üçün  92  «Banklarm  uzunmüddətli  kreditləri»  adlı  passiv  hesab 
ayrılmışdır. Analitik uçot kreditlərin növləri üzrə aparılır. Bu hesab üzrə 
qeydlər  bankın  çıxarışına  əsasən  həyata  keçirilir.  Lakin,  bir  qayda 
olaraq,  alınmış  kredit  51  «Hesablaşma  hesabı»  hesabına  keçirilmir. 
Malgöndərənlərin borclarının ödənilməsinə dövr edilir. 
Yuxarıda göstərilən tədbirlər üzrə məsrəflər, əgər həmin məsrəflər 
kapital qoyuluşu ilə əlaqədar deyilsə 96 «Məqsədli maliyyələşmələr və 
daxil  olmalar»  hesabında  uçota  alınır.  Əgər  onlar  kapital  qoyuluşu 
xarakteri  daşıyırsa  08  «Kapital  qoyuIuşları»  hesabında  uçota  alınır. 
Beləliklə,  alınmış  uzunmüddətli  kreditlərin  məbləğləri  təkcə  bankla 
hesablaşmalar  üzrə  deyil,  həmçinin  müvafiq  xərclərin  maliyyələşmə 
mənbələri kimi də öz əksini tapmalıdır. 
Yeni texnikanın tətbiqinə, habelə xalq istehlakı malları istehsalının 
inkişafına  alınmış  kreditlər  üzrə  borclar  yığım  fondu  vəsaitləri 
saxlanılan ayrıca hesabından ödənilir. Bu hesabda vəsaitlər olmadı- qda 
isə müəssisənin hesablaşma hesabından ödənilir. 
^'uxarıda adları sadalanan ssudalardan başqa fəhlə və qulluqçular 
üçün fərdi yaşayış evlərinin inşaasına, bağ evlərinin inşaasma verilən və 
fəhlə və qulluqçulara kreditə satılmış mallara görə ticarət təşkilatları ilə 
hesablaşmalar aparmaq üçün hazırki vaxtda bank ssu- daları geniş yer 
tutmuşdur. Qeyd olunan ssudalar 93 «İşçilər üçün bankların kreditləri» 
hesabında  uçota  alınır.  Hesab  passivdir,  onun  qalığı  fəhlə  və 
qulluqçulara  verilmiş  ssudalar  üzrə  müəssisənin  banka  borcunu 
göstərir. 
Debet  üzrə  dövriyyə  -  hesabat  ayında  ödənilmiş  borclann 
məbləğini göstərir, kredit üzrə dövriyyə yeni alınmış və verilmiş ssuda- 
lan göstərir. 
93  «İşçilər  üçün  bankların  kreditləri»  hesabı  yuxarıda  qeyd 
edildiyi kimi fərdi yaşayış evlərinin tikintisinə, bağ evlərinin tikintisinə 
və digər məqsədlərə görə işçilərə verilmiş borclar üçün müəssisə 
187 


tərəfindən  banklardan  alınmış  kreditlərin  vəziyyəti  haqqında 
informasiyanı ümumiləşdinnək üçün ayrılmışdır. 
Kreditləşmə  qaydası,  kreditlərin  rəsmiləşdirilməsi  və  onların 
ödənilməsi  bankların  əsasnamələri  və  kredit  müqavilələri  əsasında 
nizama salınır. 
Bu  əməliyyatların  uçotu  zamanı  73  «Sair  əməliyyatlar  üzrə  işçi 
heyəti ilə hesablaşmalar)) hesabı 93 «İşçilər üçün bankların kreditləri)) 
hesabının  eyni  adlı  subhesabları  ilə  birlikdə  geniş  tətbiq  edilir.  Bu 
hesabın aşağıdakı subhesabları vardır: 
93/1 «Kreditə satılmış mallara görə)) subhesabı; 
93/2 «Fərdi yaşayış evlərinin tikintisi üçün)) subhesabı. 
93/3 «Bağ evlərinin tikintisi üçün)) subhesabı. 
Uçot  bankın  ssuda  hesablarından  çıxarışlar  və  ssudaların 
ödənilməsi üzrə tutulmalar haqqında mühasibatın arayışlarına əsasən 4 
saylı jurnal-orderdə aparılır. 
Qeyd  olunan  ssudalardan  başqa  fəhlə  və  qulluqçulara  (gənc 
ailələrə) faizsiz ssudalar verilə bilər. Onlar yaşayış fondunun inşaası- 
na,  əsaslı  təmirinə,  genişləndirilməsinə  və  ya  ev  təsərrüfatının 
yaradılmasına sosial inkişaf fondunun vəsaitləri hesabına verilir. 

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin