Dərs vəsaiti II hissə Ai3rhaycan Respublikası Təhsil



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə51/63
tarix02.01.2022
ölçüsü1,81 Mb.
#43220
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   63
596 (1)

xarakteristikası 
Maddi  resursların  mövcüdlüğü  və  hərəkəti  haqqında 
hesabatın  xarakteristikası.  Maddi  resursların  mövcudluğu,  hərəkəti 
və istifadə edilməsinə nəzarətdə hesabat böyük əhəmiyyət kəsb edir. O, 
aşağıdakı hesabat formalarında təqdim edilir. 
Xammal,  materiallar,  satın  alınmış  yanmfabrikatlar  və 
komplektləşdirici məmulatlar, konstruksiyalar və detallar, yanacaq, tara 
və  tara  materialları,  ehtiyat  hissələri,  dövriyyə  vəsaitlərinə  aid  olan 
tikinti  materialları  hesabat  dövılinün  əvvəlinə  və  axırına  müəssisənin 
balansının  (1  saylı  forma)  ikinci  «Ehtiyatlar  və  xərclər»  bölməsinin 
«İstehsalat ehtiyatları» maddəsində dəyər ifadəsində əks olunur. Həmin 
bölmədə,  yəni  balansın  aktivinin  həmin  bölməsində  ayrıca  maddədə 
azqiymətli  və  tez  köhnələn  əşyaların:  ilk  dəyəri;  köhnəlməsi;  qalıq 
dəyəri  göstərilir.  Bu  zaman  balansın  yekununa  azqiymətli  və  tez 
köhnələn əşyaların ancaq qalıq dəyəri daxil edilir. 
3 - təchizat saylı «Xammal və materialarm qalıqları, daxil olmaları 
və  sərf  olunması  haqqında  hesabat»  adlı  yarımillik  statistika  hesabat 
formasında ilin əvvəlinə və axırına xammal və materialların qalıqları, 
ilin əvvəlindən onların daxil olması və sərf edilməsi əks olunur. Cəmi 
sərf  olunanların  nə  qədərinin:  məhsulların  istehsalına  və 
komplektləşdirilməsinə; öz gücü ilə inşaat quraşdırma işlərinin yerinə 
yetirilməsinə;  tikinti  konstruksiyaları  və  detalların  istehsalına; 
təmir-istismar ehtiyaclarına və əsaslı təmirə, xalq istehlakı mallarının 
istehsalına və əhaliyə xidmətə yönəldiyi göstərilir. Forma anbar uçotu 
kartoçkalarmın və ya çeşid dövriyyə cədvəllərinin (qalıq kitablarının) 
məlumatları əsasında doldurulur. 
Birinci rübə, birinci yarım ilə və doqquz aylığa görə 4 - təchizat 
saylı  «Yanacağm  əsas  növlərinin  qalıqları  və  sərf  edilməsi  haqqında 
hesabat»  forması  təqdim  edilir.  Onda  ilin  əvvəlindən  artan  yekunla 
benzinin, neftin, dizel yanacağının, mazutun, qazın və yanacağın digər 
növlərinin sərf olunmuş cəmi göstərilir, o cümlədən ayrıca 
216 


olaraq komnuınal-rnəişət ehtiyaclarına sərf olunma göstərilir, həmçinin 
bundan  başqa  ilin  əvvəlindən  nə  qədər  əhaliyə  buraxılıb  (satılıb) 
(kolektiv müqavilə ilə fəhlə və qulluqçulara buraxılanları, o cümlədən 
bazar fondu üzrə olanı daxil etməklə cəmi) və hesabat dövriinün axırına 
qalığı əks etdirilir. 
Bu  fonnanın  arayışında  hesabat  dövrünün  limiti  üzrə  (ilin 
əvvəlindən')  satılmamış  talonlar  haqqında,  bazar  fondu  üzrə 
avtobenzinin  daxil  olması  və  b.  haqqında  avtomobil  benzini  və  dizel 
yanacağı üzrə məlumatlar verilir. 
9 - təchizat saylı «Qara metalların qırıntıları və tullantılarının icra 
balansı» formada illik hesabat tərtib edilir. Onda metal tullantılarının və 
qara  metalların  qırıntılarının  onların  əmələ  gəlmə  mənbələri 
çərçi\əsində daxil olması (çuğunun istehsalı, metal emalı, əsas vəsaitlər 
silinən  və  b.  hallar  zamanı),  istiqamətləri  üzrə  onların  sərf  olunması 
(istehsalata, təkrar qara metala emalına verilmə və i.a,) və ilin axırına 
qalıq göstərilir. 
14 - təchizat saylı «Təkrar xammalın alınması, istifadə edilməsi və 
göndərilməsi haqqında hesabat» adlı təqdim olunan yarımillik hesabat 
fonuası iki bölmədən ibarətdir. 
Onların birincisində onun növləri üzrə təkrar xammalın alınması, 
istifadə edilməsi və göndərilməsi, həmçinin hesabat dövrünün əvvəlinə 
və axırına qalıqları əks olunur. İkincidə təkrar xammalın istifadəsinin 
ümumiləşdirici göstəriciləri verilir. 
Qeyd  olunan  statistika  hesabatı  müəssisənin  olduğu  yerdəki 
statistika orqanına və özünün yuxarı təşkilatına təqdim edilir. 
Bundan  başqa,  maddi-texniki  təchizat  üzrə  sahədən  \ə  istifadə 
edilən  maddələrin  xarakterindən  asılı  olaraq  bəzi  ixiısaslaşdırılmış 
fomıalan tərtib edirlər. 

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin