Dərs vəsaiti II hissə Ai3rhaycan Respublikası Təhsil


Əsas  vəsaitlər  və  qeyri-maddi  aktivlər  üzrə  hesabatın  əsas



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə53/63
tarix02.01.2022
ölçüsü1,81 Mb.
#43220
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   63
596 (1)

Əsas  vəsaitlər  və  qeyri-maddi  aktivlər  üzrə  hesabatın  əsas 
göstəriciləri.  Əsas  vəsaitlər  və  qeyri-maddi  aktivlər  üzrə  hesabatın 
mühüm göstəriciləri balansda (1 saylı formada), balansa əlavədə (5 
218 


saylı  formada),  əsas  vəsaitlərin  və  onların  amortizasiya  fondunun 
mövcud  olması  və  hərəkəti  haqqında  hesabatda  (II-ƏV  saylı  fomıa), 
müəssisənin (birliyin) təsərrüfat fəaliyyətini kompleks xarakterizə edən 
əsas göstəricilərin müstəqil cədvəlində (22 saylı forma) əks olunur. 
Balansda  «Əsas  vəsaitlər  və  sair  dövriyyədən  kənar  aktivlər» 
bölməsində hesabat dövrünün əvvəlinə və axırına müəssisəyə aid olan 
və  uzun  müddətə  icarə  edilən  əsas  vəsaitlərin  qalıq  dəyəri  göstərilir. 
Həmin bölmədə qeyri-maddi aktivlərin qalıq dəyəri və məlumat üçün 
onların ilkin və qalıq dəyəri əks olunur. 
Müəssisənin balansına əlavədə (5 saylı forma) V «Əsas vəsaitlərin 
hərəkəti» bölməsində hesabat dövrünün əvvəlinə və axırına qalıqlarını, 
təsnifat  qrupları  çərçivəsində  onların  daxil  olmasını  və  çıxmasını 
göstərirlər.  Bu  formanın  4  «Oeyri-maddi  aktivlərin  tərki-  bi» 
bölməsində qeyri-maddi aktivlərin növləri üzrə məlumatlar ona oxşar 
şəkildə verilir. 
Əsas  vəsaitlər  haqqında  daha  tam  infomıasiya  əsas  vəsaitlərin 
mövcudluğu  və  hərəkəti  haqqında  illik  hesabatda  əks  olunur  (II-ƏV 
saylı fonna). O, dörd bölmədən ibarətdir: 
I.  Əsas vəsaitlərin mövcud olması və hərəkəti
II.  Əsas vəsaitlərin tərkibi və amortizasiyası; 
III.  Əsas vəsaitlərin təmiri
IV.  Digər qeyri-maliyyə aktivləri
Həmin  hesabatın  1  bölməsində  ilin  əvvəlinə  və  axırına  əsas 
vəsaitlərin mövcud olması, il ərzində bütün və o cümlədən fəaliyyətin 
əsas  növünün  əsas  istehsalat  vəsaitlərinin  (axırıncıdan  oiraf  mühitin 
mühafizəsi  üzrə  əsas  vəsaitlər  ayrıca  olaraq  göstərilir),  ötürücü 
qurğuların,  maşın  və  avadanlıqların,  nəqliyyat  vasitələrinin,  alətlərin, 
istehsalat inventarlarının və digər növ əsas vəsaitlərin (onlardan maşın 
və  avadanlıqlar),  digər  sahələrin  əsas  istehsalat  N'əsaitləri, 
qeyri-istehsal  əsas  vəsaitlərinin  (onlardan  yaşayış  təsərrüfalmm 
vəsaitləri) daxil olması və çıxması haqqında məlumatlar verilir. 
II «Əsas vəsaitlərin tərkibi və amortizasiyası» bölməsi ilin axırına 
olan müəssisənin əsas vəsaitlərinin tərikibi haqqında: yəni qruplar üzrə 
(binalar, qurğular, keçirici qurğular və i.a.) əsas 
219 


fəaliyyət növlərinin əsas istehsalat vəsaitləri, hər bir sahə üzrə (tikinti, 
kənd  təsərrüfatı,  ticarət  və  ictimai  iaşə  və  b.)  ayrıca  olaraq  digər 
sahələrin  əsas  istehsalat  vəsaitləri;  əsas  vəsaitlərin  istifadə  edildiyi 
fəaliyyət sahəsi üzrə (kommunal təsərrüfatı və məişət xidməti, maarif, 
mədəniyyət və incəsənət və i.a.) qeyri-istehsal əsas vəsaitləri haqqında 
məlumatları əks etdirir. Bu bölmədə həmçinin icarə edilən və icarəyə 
verilmiş əsas vəsaitlər haqqında məlumatlar verilir. Bu məlumatlar əsas 
vəsaitlərin  quruluşunu  hesablamaq,  onun  dəyişilməsini  təhlil  etmək, 
əsas  vəsaitlərin  təkrar  istehsalı  haqqında  qərar  qəbul  etmək  üçün 
lazımdır. Buradaca əsas fəaliyyət növünün əsas istehsalat vəsaitlərinin 
(o  cümlədən  maşın  və  avadanlıqların),  digər sahələrin  əsas  istehsalat 
vəsaitlərinin,  qeyri-istehsal  əsas  vəsaitlərinin  faktiki  hesablanmış 
köhnəlməsinin qədəri verilir. Bu bölməyə arayışda əvvəlki və hesabat 
illərində əsas fəaliyyət növünün bütün əsas vəsaitlərinin və o cümlədən 
əsas istehsalat vəsaitlərinin, digər sahələrin əsas istehsalat vəsaitlərinin 
orta illik dəyəri əks etdirilir. 
111 «Müəssisənin əsas vəsaitlərinin təmiri» bölməsində müəssisə 
üzrə təmirə çəkilən məsrəfləri (o cümlədən əsas fəaliyyət növünün əsas 
istehsalat  vəsaitlərinin  məsrəfləri,  ondan  -  maşın  və  avadanlıqların 
təmirinə çəkilən məsrəllər) göstərirlər. 
Mövcud  olması  və  hərəkəti  haqqında  məlumatlar  ƏV-8  saylı 
formada əsas vəsaitlərin hərəkəti haqqında kartoçkalarda hesabat üçün 
toplanır,  hesablanmış  köhnəlmə  haqqında  məlumatlar  isə  10/1  saylı 
jurnal orderdən götürülür. 
22 saylı «Müəssisənin (birliyin) təsərrüfat fəaliyyətini kompleks 
xarakterizə  edən,  əsas  göstəricilərin  geniş  cədvəli»  formalı  illik 
hesabatda,  hesabat  ilində  və  əvvəlki  ildə  əsas  hesabat  fondları  və 
dövriyyə vəsaitlərinin orta illik dəyəri, onlardan sənaye-istehsalat əsas 
fondlarının  orta  illik  dəyəri  haqqında  məlumatlar  verilir.  Həmçinin 
hesabat ilinin əvvəlinə və axırına əvvəlki ildə əsas fondların qalıqları 
haqqında məlumatlar verilir. 
Hesabat məlumatlarından istifadə edərək, əsas vəsaitlərin tətbiqini 
xarakterizə edən çox mühüm göstəriciləri müəyyən etmək olar, (tnların 
arasında fondverimi, növbəlik əmsalını və avadanİK|l.ınn yüksəlməsini 
göstərmək olar. Əsas vəsaitlərin 
220 


istifadəsinin  ümumiləşdirici  dəyər  göstəricisi  kimi  fondverimi  xidmət 
edir.  Həmin  göstərici  dəyər  ifadəsində  istehsal  edilmiş  əmtəəlik 
məhsulun əsas fəaliyyət növünün əsas istehsalat vəsaitlərinin orta illik 
dəyərinə olan nisbəti kimi hesablanır. Fondveriminə tərs mütənasib olan 
göstərici,  istehsal  edilən  məhsulun  vahidinə  düşən  əsas  vəsaitlərin 
dəyərini göstəriən məhsulların fondtutumundan ibarətdir. Fondverimini 
daha da dəqiqləşdinnək məqsədi ilə əsas vəsaitlərin fəal hissəsinin bir 
manatına  və  əsas  avadanlıqların  dəyərinin  bir  manatına  məhsul 
buraxılışı göstəricilərini müəyyən edirlər. 
Əsas vəsaitlər üzrə hesabatı təhlil edərək onların texniki vəziyyəti 
haqqında məlumat əldə etmək mümkündür. Əsas vəsaitlərin köhnəlmə 
məbləğlərini ilk dəyərinə bölməklə, bütün əsas vəsaitlər, əsas fəaliyyət 
növünün  əsas  istehsalat  vəsaitləri,  maşın  və  avadanlıqlar  və  i.a.  üzrə 

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin