lunıqında hesabat və onnn nıəzntnnn
Maliyyə nəticələri haqqında hesabat (2 saylı forma) beynəlxalq
mühasibatın maliyyə hesabatına müəyyən qədər uyğunlaşmanı özündə
təcəssüm etdirir. Digər tərəfdən bu forma mənfəətdən verginin
hesablanmasını yüngülləşdirir və vergi müfəttişləri tərəfindən onun
yoxlanmasını asanlaşdırır.
.Vlaliyyə nəticələri və onların istifadəsi haqqında hesabat 4
bölmədən ibarətdir: 1) maliyyə nəticələri; 2) mənfəətdən istifadə; 3)
22S
büdcəyə ödəmələr və 4) mənfəətdən vergi üzrə güzəştlər hesablanarkən
nəzərə alman xərclər və məsrəflər.
I «Maliyyə nəticələri» bölməsində balans mənfəətinin (zərərin)
əmələ gəlməsi haqqında informasiya verilir. Bu bölmədə mənfəət
(daxil olması) və zərərlər (xərc) açıq şəkildə göstərilir, bu da hesabat
dövründə mənfəət və zərərləri ayrı-ayrılıqda hesablamağa imkan verir,
onların tutuşdurulması yolu ilə isə balans mənfəətinin (və ya zərərinin)
son maliyyə nəticəsi kimi qalığını hesablayırlar.
Hesabatın «Məhsulların (iş və xidmətlərin) satışından mədaxil
(ümumi gəlir)» maddəsində aşağıdakılar göstərilir:
a) müəssisə tərəfindən - məhsullann, işlərin və xidmətlərin
satışından olan pul. Qeyd olunan pul vəsaiti bank müəssisələrində
müəssisənin hesablarına məhsul, iş və xidmətlərin dəyərinin
ödənilməsinə görə daxil olan, ya da bilavasitə müəssisənin kassasına
daxil olan məbləğlərdən ibarətdir.
Satışdan olan vəsaitləri və maliyyə nəticələrini vəsaitlərin daxil
olması vaxtı ilə müəyyən etməyən müəssisələr, satışdan olan vəsaiti
satılmış məhsullann (iş və xidmətlərin) dəyəri qədərində onun
göndərilməsinə (yerinə yetirilməsinə) görə və hesablaşma sənədləri
malalanlara təqdim edilən zaman müəyyən edirlər;
b) ticarət və ictimai iaşə sferasında öz fəaliyyətini həyata keçirən
müəssisələr tərəfindən - satılmış malların satış və alış dəyərləri
arasındakı fərq kimi hesablanan, malların satışından olan ümumi gəliri;
v) Təsərrüfat hesabında dayanmayan və təsərrüfat və digər
kommersiya fəaliyyətindən gəlirlər əldə edən müəssisələr - bu
fəaliyyətdən əldə etdikləri gəlirləri göstərirlər.
«Ayrı-ayrı malların, işlərin, xidmətlərin satışından mədaxil
(ümumi gəlir)» göstəricisi, müəssisə və təşkilatlar tərəfindən satılmış
məhsullara, yerinə yetirilmiş işlərə, göstərilmiş xidmətlərə görə əldə
edilən pul vəsaitləri haqqında məlumatları özündə əks etdirir. Satışdan
əldə edilən pula müəssisənin bankda olan hesabına daxil olan pul
vəsaitlərinin məbləği, məhsula, işə və xidmətə görə kassaya ödənilən
pul vəsaitlərinin məbləği; satılmışların ödənilməsinə yönəldilən digər
daxil olmalar daxil edilir.
226
Birgə və bəzi digər müəssisələrdə satışdan daxil olan pula ma-
lalanlardan və sifarişçilərdən hesablaşma sənədləri təqdim edildikcə
göndərilmiş (buraxılmış) məhsulların, təhvil verilmiş iş və xidmətlərin
dəyəri daxil edilir. Mühasibat uçotunda bu əməliyyat 62 «Mala- lanlarla
və sifarişçilərlə hesabalaşmalar» hesabının debeti və 46 «Məhsullarm
(işlərin, xidmətlərin) satışı» hesabının krediti üzrə əks etdirilir.
Ticarət və ictimai iaşə müəssisələri, satın alınmış malları satan
digər müəssisələr satışdan daxil olan pul kimi, satılmış malların alqı və
satqı dəyərləri arasındakı fərqdən ibarət olan ümumi gəlirlərin
məbləğini göstərirlər. Vasitəçilik əməliyyatları zamanı komissiyon
ticarəti də belə qaydada əks etdirir.
Satılmış məhsulların (iş və xidmətlərin) istehsal məsrəflərinə
satılmış məhsulların (iş və xidmətlərin) faktiki tam maya dəyərini daxil
edirlər. Satın alınmış malların satışı ilə əlaqədar olan əməliyyatlar üzrə
bu maddədə, malların satışı ilə əlaqədar olan əməliyyatlar üzrə tədavül
xərclərini əks etdirirlər.
015 və 355-ci sətrləri dolduran zaman əlavə dəyər vergisi üzrə
büdcə ilə hesablaşmaların məlumatları hissəsində Azərbaycan
Respublikasının Vergi Məcəlləsi ilə təsdiq etdiyi, əlavə dəyər vergisinin
hesablanması və ödənilməsi qaydalarını rəhbər tutmaq lazımdır.
015-ci sətrdə satılmış mallara (işlərə, xidmətlərə) görə mala-
lanlardan (sifarişçilərdən) alınmış və satışdan daxil (010-cu sətr) olan
pulun tərkibində satış hesabında uçota alman və malgöndərən (podratçı)
tərəfindən 63 «Büdcə ilə hesablaşmalar» hesabının krediti ilə
müxabiıiə>məklə 46 «Məhsulların (işlərin, xidmətlərin) satışı»
hesabının debeti üzrə əks etdirilən verginin məbləği göstərilir.
Büdcəyə köçüıülən və 68 «Büdcə ilə hesabalaşmalar» hesabının
debeti və 51 «Hesablaşma hesabı» hesabının krediti üzrə göstərilən,
habelə haqq-hesab üzrə ödənilməli olan əlavə dəyər vergisini 355-ci
sətrdə göstərmək lazımdır.
Aksizləri ödəməli olan müəssisələr 020-ci sətrdə satışdan olan
pulun tərkibində satış hesabı üzrə uçota alman və 46 «Məhsullarm
(işlərin, xidmətlərin) satışı» hesabının debeti və 68 saylı hesabın krediti
üzrə göstərilən məbləği əks etdirirlər. Aksizlərin hesablan
227
ması və ödənilməsi qaydası Azərbaycan Respublikasının Vergi
Məcəlləsi ilə müəyyən edilib.
030-cu sərbəst sətrdə satışdan olan nəticəni müəyyən edən zaman
satışdan olan puldan müəyyən edilmiş qaydaya müvafiq olaraq çıxılan
xərclər və ayırmalar əks olunur. Xüsusilə onlara franko- vaqon-stansiya
(liman) təyinatı qiyməti ilə satılan məhsullann daşınması üzrə xərclər,
əgər həmin məhsula görə haqq-hesab malgön- dərən və malalan (satış
təşkilatı iştirak etmədən) arasında bilavasitə həyata keçirilirsə, aid
edilir; büdcənin gəlirinə keçirilən radioqəbuledici və televizorların
pərakəndə satış qiymətlərinə müəyyən edilmiş faiz əlavələrinin
məbləği; ixracat rüsumu aid edilir.
«Satılmış məhsulların (iş və xidmətlərin) istehsal məsrəfləri»
maddəsi üzrə aşağıdakılar göstərilir:
a) istehsalat müəssisələri tərəfindən - satılmış məhsulların (işlərin.
xidmətlərin) istehsalına çəkilən məsrəflər;
b) ticarət və ictimai iaşə sferasında öz fəaliyyətini həyata keçirən
müəssisələr tərəfindən - satılmış və buraxılmış mallara, məhsullara,
işlərə və xidmətlərin payına düşən kommersiya xərcləri;
v) təsərılifat hesabında dayanmayan və təsərrüfat və digər
kommersiya fəaliyyətindən gəlirlər əldə edən təşkilatlar tərəfindən - bu
fəaliyyət üzrə həyata keçirilən xərclər.
«Satışın nəticələri» maddəsində əldə edilməsi həmin müəssisənin
yaranması məqsədi ilə meydana gələn məhsulların, malların, işlərin,
xidmətlərin satışından olan maliyyə nəticələri, habelə müəssisənin
yardımçı, köməkçi və xidmətedici istehsallarının məhsullarının kənara
satışı, təsərrüfat hesabında olmayan təşkilatlar tərəfindən alınan
gəlirlərin xərclərdən artıq olmasından olan məbləğlər və təsərrüfat və
digər kommersiya fəaliyyətindən alman gəlirlər göstərilir.
Göstərilən maliyyə nəticələri satışdan (010-cu sətr) olan mədaxilin
(ümumi gəlirin) məbləği və satılan məhsulların (mallann, işlərin,
xidmətlərin) payına düşən istehsal (kommersiya) xərclərinin məbləği
(040-cı sətr) əlavə dəyər vergisi (015-ci sətr), aksizlərin (020-ci sətr),
habelə 030-cu sətrdə göstərilən digər məbləğlər arasındakı fərq kimi
müəyyən edilir.
228
«Sair satışın nəticələri» maddəsində 47 «Əsas vəsaitlərin satışı və
sair çıxmalar» və 48 «Sair aktivlərin satışı» hesablarında əks etdirilən
əməliyyatlar üzrə nəticələr göstərilir.
«Satışdan kənar əməliyyatlardan alman gəlirlər və xərclər»
maddəsində açıqlanmış halda alınmış və ödənilmiş cərimələrin, pe-
niyalarm və rüsumların və digər iqtisadi sanksiyaların məbləğləri
(qanunvericiliyə müvafiq olaraq büdcəyə keçirilən sanksiyalardan
başqa), müəssisənin hesablarında olan vəsaitlərin məbləğlərinə görə
alınmış faizlər; valyuta hesabları üzrə və xarici valyutada əməliyyatlar
üzrə kurs fərqləri; hesabat ilində aşkar edilən keçmiş illərin mənfəəti və
zərərləri; təbii fəlakətdən olan zərərlər; borcların və debitor borclarının
silinməsindən olan itkilər; ümidsiz kimi əvvəllər silinən borcların daxil
olması; qüvvədə olan qanunvericiliyə müvafiq olaraq mənfəət və
zərərlər hesabına aid edilən sair gəlirlər, itkilər və xərclər göstərilir.
«Satışdan kənar əməliyyatlardan alman gəlirlər və xərclər»
maddəsinin məlumatlarından müəssisəyə məxsus olan səhmlər, istiqraz
vərəqələri və digər qiymətli kağızlar üzrə alınmış gəlirlərin (dividend,
faiz) və respublikanın hüdudlarından kənarda alınan gəlirlərdən başqa,
digər müəssisələrin fəaliyyətində pay iştirakından olan gəlirlərin
məbləği haqqında məlumatlar ayrıca maddəyə ayrılır.
Satılmış məhsulların (iş və xidməliəruı) maya dəyərini müəyyən
edən, satışdan kənar əməliyyatlardan olan gəhri >ri və xərcləri müəyyən
edən, satışdan kənar əməliyyatlardan olan gə4 iə- ri və xərcləri əks
etdirən zaman məhsulların (işlərin, xidməti.ııiıi) tərkibinə daxil edilən,
məhsulların (iş və xidmətlərin) ıslehsa ı lə satışı üzrə məsrəÜərin tərkibi
haqqında Əsasnaməni və Azə.na . .m Respublikasının mənfəətdən vergi
tutulan zaman nəzəıə alman na- liyyə nəticələrinin əmələ gəlmə qaydası
haqqında təsdiq e hlıniş qərarını, sənaye, tikinti, kənd təsərrüfatı və elm
üzrə «Məı...ulun (işin, xidmətin) maya dəyərinə daxil edilən xərclərin
tərkibi haqqııı- da» Əsasnaməni rəhbər tutmaq lazımdır.
«Mənfəət və zərərlərin cəmi» maddəsinin göstəriciləri 050- 070-ci
sətrlərin məlumatlarının məbləği kimi mənfəət və zərərlər üzrə ayrıca
müəyyən edilir.
229
«R;ılans mənfəəti yaxud zərəri» maddəsində hesabat dövrü ərzində
müəssisə tərəfindən alınmış mənfəət və ya zərərlərin son qalığı
göstərilir və 080-cı sətr üzrə 3-cü və 4-cü sütunların məlumatlarının
fərqi kimi müəyyən edilir.
II «Mənfəətdən istifadə» bölməsində mənfəətin istifadəsinin əsas
istiqamətləri üzrə məbləğlərin açıqlanması verilir, daha doğrusu:
1) - mənfəətdən verginin hesablanmış məbləği və mənfəət
hesabına büdcəyə digər ödəmələr;
2) - ehtiyat fondunun, yığım və istehlak fondlarının yaradılmasına
ayırmalar;
3) - xeyriyyəçilik məqsədlərinə ayırmalar;
4) - digər yayındınualar, xüsusilə qüvvədə olan qanunvericiliyə
əsasən büdcəyə cərimə sanksiyalarının və zərərlərin ödənilməsi üzrə
xərclər (ətraf mühitin zibillənməsi və digər zərərli təsirlərdən qorunmaq
üzrə tələblərə riayət olunması, müəyyən edilmiş limitlərdən artıq təbii
ehtiyatlardan istifadə olunması, sanitar nonnala- rma və qaydalarına
riayət olunması, məhsula (işə, xidmətə) qiymətlərin artırılması
nəticəsində əsassız olaraq mənfəətin əldə edilməsi, mənfəətin
gizlədilməsi (aşağı salınması) və ya digər vergi tutulan obyektlərin
gizlədilməsi, büdcəyə keçirilməli olan cərimə sanksiyalarının digər
növlərinin gizlədilməsi).
210, 220, 230-cu sətrlərdə əgər təsis sənədlərində onların
yaradılması nəzərdə tutulubsa, fondlara aymnalar göstərilir. Əks
təqdirdə müəssisə 220 və 230-cu maddələr üzrə kapital qoyuluşu
xarakterinə malik xərcləri çıxdıqdan sonra xalis mənfəət hesabına
həyata keçirilən müvafiq məsrəfləri və xərcləri əks etdirir (mənfəətdən
vergiyə görə büdcə ilə hesablaşmalardan sonra müəssisənin
sərəncamında qalan mənfəət).
Nəzərdə saxlamaq lızımdır ki, müəssisə əgər nizamnamə və
qanunvericilikdə başqa bir şey nəzərdə tutulmayıbsa, müstəqil olaraq
xalis mənfəətin istifadə istiqamətlərini müəyyən edir.
II bölmənin arayışında bank kreditlərindən istifadəyə görə faizin
məbləği göstərilir.
230
III «Büdcəyə ödəmələr» bölməsində təlimata müvafiq olaraq
bütün mənbələr hesabına müssisə tərəfindən büdcəyə edilən ödəmələr
göstərilir:
- 300-cü sətr «Əmlak vergisi»nin hesablanması və ödənilməsi
haqqında Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 201-ci
maddəsi;
- 310-cu sətr «Mənfəətdən (gəlirdən) vergi» - müəssisə və təş-
kilatlann mənfəətindən büdcəyə verginin hesablanması və ödənilməsi
qaydaları haqqında Azərbaycan Respublikasının Vergi Məcəlləsinin IX
və X fəsillərindəki müvafiq maddələr;
- 340-cı sətr yeraltı sərvətlərdən istifadəyə, ətraf mühiti çirk-
ləndirməyə görə ödənişlər Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarına müvafiq olaraq;
Bu zaman nəzərdə saxlamaq lazımdır ki, ətraf mühiti çirkləndi- rən
əşyaların tullantılanna görə ödəmələr müəyyən edilmiş normativlər
qaydasında istehsalat (tədavül) məsrəflərinə aid edilir, müəyyən edilmiş
normativlərdən artıqlar isə - müəssisənin sərəncamında qalan mənfəət
hesabına aid edilir;
- 355-cı sətr «Əlavə dəyər vergisi» - əlavə dəyər vergisinin
hesablanması və ödənilməsi qaydaları haqqında Azərbaycan
Respublikasının Vergi Məcəlləsinin XI fəslindəki müvafiq maddələr;
- 356-cı sətr «Aksizlər» - aksizlərin hesablanması və ödənilməsi
qaydaları haqqında Azərbaycan Respublikasının Vergi Məcəlləsinin
XII fəslindəki müvafiq maddələr;
- 360-cı sətr «İxrac gömıiık rüsumları» - «Azərbaycan
Respublikasının ərazisindən daşınan, ayrı-ayrı mallara gömrük
rüsumunun hesablanması və tutulması qaydaları haqqında» Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsinin, Azərbaycan Respublikası
Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Milli Bankının
təlimatları;
- 365-ci sətr «İdxal gömrük rüsumlan» - «Müvəqqəti idxalat ta-
'ifmin tətbiqi qaydaları haqqında» təlimat;
- 380-cı sətr «Gəlir vergisi» - Fiziki şəxslərin gəlir vergisi haq-
pnda Azərbaycan Respublikasının Vergi Məcəlləsinin X fəslindəki
nüvafıq maddələr;
231
vi ^oir «Sair vergilər» - yuxanda əks olunmayan digər ve-
rsi növləri;
"'-a sətr «jqtisadi sanksiyalar» - müəssisənin sərəncamında
qalan mənfəət hesabına Azərbaycan Respublikasının qanunvericiliyinə
ıml\arıq olaraq sanksiyalar şəklində büdcəyə keçirilən məbləğlər.
IV «Mənləəldən vergi üzrə güzəştlər hesablanarkən nəzərə alınan
xərclər və məsrəi1ər» bölməsində hüquqi şəxslərin mənfəətindən
vergilər haqqında Azərbaycan Respublikasının Oanunlanna mü\ afıq
olaraq xalis mənfəət hesabına həyata keçirilən və mənfəətdən vergi üzrə
güzəştləri hesablayan zaman qəbul edilən məsrəflərin və xərclərin
məbləğləri göslərilir.
Bölməılə xüsusilə xalis mənfəət hesabına həyata keçirilən
məsrəflər və xərclər göstərilməlidir;
- neft və kömfır sənayesi müəssisələrində texniki yenidən
silahlanmaya. konstruksiyaların yenidən qurulmasına, genişlənməsinə,
yeni güclərin işə salınmasına, tibb texnikası və avadanlıqların istehsalı
üzrə müəssisələrdə, habelə ərzaq, tibb ləvazimatı və xalq istehlakı
malları istehsal edən müəssisələrdə ərzaq məhsullarının emalı fıçün əsas
vəsaitlərin tikintisinə, konstruksiyasıyanm yenidən qurulmasına və
yeniləşdirilməsinə,
yeni
texnikanın
və
texnologiyanın
mənimsənilməsinə;
- kapital qoyuluşu hissəsində təbiəti mühafizə tədbirlərinə;
- müəssisənin balansında olan səhiyyə, maarif mədəniyyət və
idman, məktəbəqədər uşaq müəssisələri, uşaq istirahət düşərgələri,
qocalar və şikəstlərin evləri, mənzil fondunun saxlanmasına, habelə
müəssisənin pay iştirakı zamanı məqsədlərə edilən məsrəflər;
- xeyriyyə məqsədlərinə, ekoloji və sağlamlıq fondlarım,
şikəstlərin ictimai təşkilatlarına, müvafiq qaydada qeydiyyatdan
keçirilmiş dini təşkilatlara (birliklərə) haqqları, habelə səhiyyə, xalq
təhsili, sosial təminat, mədəniyyət və idman müəssisələri, idarə və
təşkilatlara keçirilən vəsaitlər.
Müəssisənin işlərinin maliyyə nəticələrini xarakterizə edən
göstəricilər bir sıra hesabat formalarında əks olunur.
Müəssisənin balansının passivində hesabat ilinin mənfəəti,
mənfəətin istifadə edilinəsi və hesabat ilinin bölüşdfırülməmiş mənfəəti
232
ayrıca maddələrdə əks olunur. Burada həmçinin keçən illərin
bölüşdürülməmiş mənfəəti göstərilir. Balansda hesabat ilinin zərərləri
və keçən illərin ödənilməmiş zərərləri əks olunur.
Maliyv'ə nəticələri haqqında daha tam məlumatlar yuxanda qeyd
edildiyi kimi. 2 saylı «Maliyyə nəticələri və onların istifadəsi
haqqında)) hesabatda əks olunur. Hesabat 4 bölmədən ibarətdir, onda
məhsulların, malların, işlərin, xidmətlərin satışından, əsas vəsaitlərin
və sair aktivlərin satışından və çıxmasından, həmçinin satışdan kənar
əməliyyatlardan olan maliyyə nəticələri əks olunur. Hesabatda
mənfəətin istifadə edilməsi, onun hesabına büdcədənkənar və digər
fondlara ödəmələr, habelə büdcəyə haqq-hesab üzrə hesablanmış
faktiki keçirilmiş ödəmələr, mənfəətdən vergiyə görə güzəştləri
hesablayan zaman nəzərə alınan məsrəfləri və xərcləri göstərirlər.
Mühasibat hesabatından başqa 5-M saylı «Maliyyə nəticələri
haqqında qısa hesabat» formada statistika hesabatı təqdim edilir.
Göstərilən hesabat aylıq, rüblük və illik təqdim edilir, onda
məhsulların (malların, işlərin, xidmətlərin) satışından olan pul vəsaiti,
əlavə ►dəyər vergisi, aksizlər, yanacağa vergi (satış təşkilatlan üçün),
ixrac vergisi, satılmış məhsulların (malların, işlərin, xidmətlərin)
satışından olan mənləət (zərər) haqqında, habelə balans mənfəəti
(zərərləri) haqqında məlumatlar əks olunur. Hesabat dövründə arayış
kimi alınmış və ödənilmiş iqtisadi sanksiyalar göstərilir.
Məhsulların (malların, işlərin, xidmətlərin) satışından olan pul
vəsaiti, onun istehsalına çəkilən xərclər, məhsulların (malların, işlərin,
xidmətlərin) satışından olan mənfəət (zərər) və balans mənfəəti [zərəri)
hesabatda, hesabata və keçən ilin müvafiq dövrünə görə əks ıİLinur.
Qalan göstəricilər ancaq hesabat dövrünə görə göstərilir.
Dostları ilə paylaş: |