tərəfdaşınızın söhbəti davam etdirməyə, mövzunu dərinləşdirməyə
səy göstərməsinə xidmət edir. Eyni zamanda, həmsöhbətinizin şü
uru onu maraqlandıran məsələyə «bənd olub», ona aid olmayan,
inkişafına xidmət etməyən nə varsa, hamısını diqqət mərkəzindən
uzaqlaşdınr.
Qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsində həm də eyni
maraqlar ətrafında birləşmiş insanların, adətən, eyni cür düşünməsi
əhəmiyyətli rol oynayır, çünki bu, münasibətlərin qaydaya salınma
sını asanlaşdırır. Burada diqqətin yalnız bir ümumi maraq ətrafında
birləşməsi də prinsipial məsələdir. Bu halda siz tərəfdaşınıza
nisbətən hər hansı üstünlüyünüzü (məsələn, əlavə məlumata malik
olmağınızı) nümayiş etdirməməlisiniz, həmsöhbətinizdən məlumat
alarkən qeyri-fəal mövqe tutmağın vacibliyi də buradan irəli gəlir.
П mərhələnin taktik üsulları
Sizin П mərhələdə istifadə et
diyiniz bütün taktik üsullar duyğuların qüwətləndirilməsi, yaxud
tərəfdaşın diqqətinin digər problemlərə yönəlməsinin qarşısının
alınması məqsədilə, ümumi maraqlara aid söhbətlərin fəallaşmasına
yönəldilməlidir. Aşağıdakı üsulları nümunə göstərmək mümkündür:
«Artma» üsulu.
Bu və ya digər mövzuda söhbətin lap başlan
ğıcında özünüzü söylənilən müddəalara və fikirlərə laqeyd kimi
göstərə bilərsiniz; bu, tərəfdaşınızın hər hansı mülahizəsi ilə ciddi
şəkildə maraqlanmağa başladığınız ana qədər davam edə bilər. Son
ra isə ünsiyyət prosesində marağınızın artdığını nümayiş etdirin.
«Təfsilatı ilə
» üsulu. Bu üsul həmsöhbətinizin şərhində ən ki
çik detallara belə maraq göstərdiyinizi sözlə ifadə etməyinizdə,
həmçinin söylənənlərin şərh olunmasını xahiş etməyinizdə əks
olunur.
«
Keçirmə»
üsulu. Bu üsuldan istifadə zamanı ümumi müzakirə
mövzusu kimi qəbul edilmiş məsələyə tez-tez başqa problemin ay-
n-ayn ünsürləri daxil olur, siz də həmsöhbətinizi həmin ünsürlərə
«keçirirsiniz». Bu, əsas mövzu ilə bağlı meydana çıxan gərginlikləri
istənilən başqa mövzu üzərinə keçirmək üçün imkan yaradır.
Dostları ilə paylaş: