Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım


 Soyuqqanlı, təkəbbürlü həmsöhbət



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə40/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

6. Soyuqqanlı, təkəbbürlü həmsöhbət 
Belə insan qapalı olur. 
Çox zaman özünü yad hiss edir və belə də davranır, işgüzar söhbətə 
daxil olmur, çünki bunu səy göstərməyə və diqqətəlayiq hesab etmir.
Bu halda, istənilən üsullarla aşağıdakıları etmək vacibdir:
• Onu maraqlandırmaq, problemin müzakirəsinə cəlb etmək;
• Hisslərin əks olunması üsulundan istifadə etmək, məsələn, 
ona belə müraciət etmək: «Deyəsən, siz deyilənlərlə o qədər də 
razı deyilsiniz? Əlbəttə, hamımıza bunun səbəbini bilmək maraq­
lıdır», fasilədə isə onun belə davranışının səbəblərini aydınlaşdır­
mağa çalışmaq lazımdır.
7. 
Marağı olmayan həmsöhbət 
Söhbətin mövzusu onu qə­
tiyyən maraqlandırmır. O, bütün söhbət müddətini «yatmaq» is­
təyərdi.
91


Bu səbəbdən aşağıdakı işləri görmək lazımdır:
• Ona məlumatlandıncı xarakter daşıyan suallar verməklə 
söhbətə cəlb etmək;
• Onun nəzər nöqtəsini aydınlaşdırmağa çalışarkən, cavabı 
«hə», yaxud «yox» olacaq suallar verməkdən çəkinmək;
• Ona söhbətin mövzusu ilə bağlı özünü daha məlumatlı hesab 
etdiyi sahələrdən suallar vermək;
• Şəxsən onu nələrin maraqlandırdığını aydınlaşdırmağa səy 
göstərmək.
8. 
İddialı adam 
Belə həmsöhbət tənqidə dözümsüzdür. O nə 
birbaşa, nə də dolayısı ilə deyilən tənqidi qəbul etmir. O özünü 
başqalarından yüksəkdə duran adam sayır və belə də davranır.
Ona münasibətdə mövqeyinizin əsas ünsürləri aşağıdakılardır:
• Ona qonaq rolu oynamağa imkan vermək olmaz;
• Vaxtaşırı müzakirə edilən məsələ ilə bağlı söhbət iştirakçıla­
rından hər birinin ayn-aynlıqda fikrini soruşmaq lazımdır;
• Həm söhbətdə iştirak edənlərin, həm də etməyənlərin ünva­
nına heç bir tənqidi fikrin səslənməsinə yol verməmək;
• Onun «ümumiyyətlə» tərzinə görə qıcıqlanmamaq. Yadda 
saxlamaq lazımdır ki, sizin məqsədiniz - söhbətin «burada» və 
«indi», əməli surətdə keçirilməsidir;
• Müəyyən zamana qədər onunla razılaşmaq lazımdır, bu 
onun sizin əleyhinizə çıxmaq arzusunu azaldacaq və əks dəlillər 
gətirməsinin qarşısını alacaq. Bu halda: «Siz tamamilə haqlısınız. 
Nəzərə almısımzmı ki?..» kimi ifadələrdən istifadə edilməlidir.

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin