anlayış), yəni tezislərin cəmi (məsələn, «Klassik mətnlərin slenq
dilinə tərcüməsi: linqvistik eksperiment, yoxsa ədəbi xuliqanlıq?»).
Tezisə nəzakətli məntiqi forma vermək üçün, hər şeydən
əvvəl, müzakirənin, yaxud fikir ayrılıqlarının predmetini müəyyən
edəcək anlayışların məzmununu dəqiqləşdirmək lazımdır.
Dəlillərin təminedici olmasına verilən minimum tələblər on
ların dinləyici üçün həqiqi və real əhəmiyyətə malik olmasıdır.
Dəlillər onların köməyi ilə əsaslandırılacaq tezisin həqiqiliyindən
asılı olmayaraq, öz-özlüyündə həqiqi olmalıdır.
Ritorikada və əsaslandırma nəzəriyyəsində bir-biri ilə sıx şəkil
də bağlı olan anlayışlar mövcuddur: sübut, dəlillərlə əsaslandırma
və inandırma.
Dostları ilə paylaş: