Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım


E.Melibruda bu haqda yazır ki, bizim mülahizələrimiz tərəf­



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə55/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

E.Melibruda bu haqda yazır ki, bizim mülahizələrimiz tərəf­
daşımıza o zaman aydın olur ki, biz danışdığımız məsələyə görə
məsuliyyəti öz üzərimizə götürürük. Şəxssiz formada subyek­
tiv anlayışlar obyektivlik görüntüsü yaradır və riqoristiklikfçox
təəssübkeşlik) ifadə edir.
V. V.Boqdanov bu vəziyyəti keyfiyyət postulatına münasibətdə 
belə izah edir:
Əgər danışan verdiyi məlumatın həqiqilinə inannursa, tərəf-
müqabilində özünün yalan danışması təəssüratının yaranması-
nın qarşısını almaqdan ötrü qətiliyin azaldılması vasitələrindən,
yəni «mənə məlum olduğu qədər», «əgər mən səhv etmirəmsə»,
«güman ki», «bəlkə də», «belə görünür ki» kimi epistemik
ifadələrdən istifadə edir.
Nitq ünsiyyətinin Q P.Qrays tərəfindən formalaşdırılan prinsipləri 
aydındır, lakin onların təcrübədə tətbiqi şərhin birmənalı olmaması ilə 
mürəkkəbləşir: informasiyanın mühümlüyünün parametrlərini, onun 
həqiqiliyim müəyyənləşdirmək üçün vahid və dəqiq meyarlar mövcud 
deyil; bu səbəbdən məşhur praqmatik təmayüllü amerikalı sosiolinq- 
vist R.Lakoff postulatların (sübutsuz olaraq əsas götürülən müddəa) 
formalaşdınlmasım danışanın öz nitqinin dinləyənə göstərdiyi təsiri 
nəzərə alması baxımından dəyişdirməyə təşəbbüs göstərmişdir.
Zorla qəbul edilməyə çalışma.
Danışan öz fikrini nə qədər 
qətiyyətlə formalaşdırırsa, dinləyici onunla razılaşmağa o qədər 
az meyl edir. Hədsiz qətiyyətliliyi aradan qaldırmaq üçün xüsusi 
ritorik vasitələrdən istifadə edilir: təsdiq formasında verilən sual, 
girişdən istifadə və s.
Həmsöhbətini dinlə.
İstənilən münasibət yalnız onda müm­
kündür ki, danışan və dinləyən ümumi məlumat ehtiyatına malik 
olsun; bunu da müəyyən etmək üçün danışan və dinləyən arasında 
əks əlaqəni təşkil etməyi öyrənmək lazımdır.
119


Xeyirxah ol.
Dinləyicinin rəğbətini ona səmimi münasibətini 
nümayiş etdirməklə daha tez əldə etmək mümkündür.
R.Lakoffun qaydaları nitq mərifətinin linqvistik əsaslarını 
müəyyən edir.
İnandırmanın psixotexnikası məsələləri üzrə mütəxəssis 
A.Y.Panasyuk məntiq və psixoloji tövsiyələrin tələblərini vahid 
sistemlə birləşdirməyə təşəbbüs göstərmişdir. Hələ Siseron «rasio- 
emosio» uzlaşmasını qorumağın zəruriliyini qeyd etmişdi:

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin