Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə57/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

Məlumatverici nitqin
mühüm janrlarına xronikal və elmi 
məlumatlar, hesabat və tədqiqat məruzələri, akademik və elmi- 
kütləvi mühazirə, siyasi icmal və elmi xülasələr aid edilir.
Xronikal məlumat müəyyən dövr ərzində nəyinsə, məsələn, 
istehsal prosesinin, nəyinsə tarixi, bioqrafık məlumatlar və s. inki­
şafı (dəyişməsi) haqqında informasiyaya malikdir. Bölmələrə ay­
rılma zaman əlamətinə görə həyata keçirilir və məntiqi, müəyyən, 
aydın olmalıdır.
Materialın hansı tərtibatının daha çox üstünlük təşkil 
etməsindən asılı olaraq, elmi məlumatın bir neçə növünü müəyyən 
edirlər - analiz və sintez, ümumiləşdirmə, materialın qruplaşdınl- 
ması, qarşılıqlı müqayisə.
Əsasını analiz və sintezin təşkil etdiyi elmi məlumatlarda (mə­
sələn, «Cümlənin baş və ikinci dərəcəli üzvləri», «sözün hissələri» 
və s.) bu və ya digər məlumatın əlaməti göstərilir. Əlamətlərin 
seçilməsi «birincisi», «ikincisi» kimi sözlərin köməyi ilə həyata 
keçirilə bilər ki, bu da mülahizəni aydın və ardıcıl edə bilər.
Elmi məlumata həmçinin anlayışların nümunələrlə şərh edilən 
məntiqi tərifləri də daxil edilə bilər. Materialın seçilməsi müəyyən 
vəzifəyə, məsələn, sintezdə bu və ya digər dil kateqoriyasına aid 
xüsusiyyətləri göstərməyə tabe edilir.
124


Elmi məlumatlar - ümumiləşdirmələr nəzərdən keçirilən hər 
hansı dil hadisəsi və kateqoriyalarına aid ümumi əlamətlərin fərqlən­
dirilməsidir. Belə ümumiləşdirilmiş qısa ifadə edilmələr «Əvəzlik 
və zərflərdə defısdən istifadə», «Xitab, ara söz və ara cümlələrdə 
durğu işarələri» və s. kimi məsələlərin öyrənilməsini nəzərdə tutur. 
Belə müzakirələrdən sonra, adətən ümumiləşdirilmiş nəticə çıxarılır.
Materialın qruplaşdırılmasına əsaslanan mülahizələr (məsələn, 
«Nitq hissələri», «Sonu saitlə bitən sözlərə saitlə başlayan şəkil­
çilərin artırılması qaydası» və s. mövzularda) əsas bölgünün for­
malaşdırıldığı və qrupun adının göstərildiyi cümlə ilə başlayır.
Bu cümlələrdə şərti olaraq təsnifat münasibətlərini göstərən 
dil vasitələrindən istifadə edilir: qruplara bölünür (bölmək müm­
kündür), qruplar ayrılır (fərqləndirilir), bu əsasda aşağıdakı qrupla­
ra bölmək olar (mənasına görə, quruluşuna görə, cümlədəki roluna 
görə, istifadə məqsədinə görə və s.).
Bu növ ilkin ifadələr materialın şərhinin müəyyən yolu­
nu, mülahizənin quruluşunu, yəni ümumi müddəadan xüsusiyə 
istiqamətini göstərir. Çıxış edən nəzərdən keçirilən kateqoriyanın 
qruplara bölünməsini əsaslandıran mühüm əlaməti göstərməlidir. 
Bölünmə əlamətlərini bilmək kompozisiyanın mütənasibliyini 
təmin edəcəkdir.
Bu səbəbdən də belə məlumatlar hazırlanmazdan əvvəl öyrəni­
lən materialın məntiqi təhlili aparılmalıdır ki, bu təhlilin də cədvəl 
və sxemlərin tərtibi ilə müşayiət edilməsi məqsədəuyğundur. 
Cədvəllər materialın toplanması və cavablar üçün plan vəzifəsini 
yerinə yetirir, onun gedişində cədvəlin qarşılıqlı əlaqədə olan 
qrupların (alt qrupların) və onların arasındakı əlaqələrin tapılması 
üçün əlamətlərin müəyyənləşdirilməsinə yönəldilmiş oxunması və 
təhlili həyata keçirilir.
Əsasında öyrənilən materialın qarşılıqlı müqayisəsi duran 
elmi məlumat tam, yaxud qismən müqayisə əsasında qurula bilər. 
Müqayisə fikir əməliyyatı və üsul kimi, xüsusən dil dərslərində 
mühüm yer tutur.
Müqayisə edilən obyektlərin tam müqayisəsi zamanı həm ox­
şarlıq, həm də fərqlilik əlamətləri müəyyən edilir. Məsələn, verilən
125


növ üzrə «İsim və sifətlər nitq hissələri kimi», «Xəbər əsasında qu­
rulan təktərkibli cümlələrin ümumi və fərqli əlamətləri» və s. kimi 
mövzular aydınlaşdırıla bilər.
Qismən müqayisə zamanı uyğun (ümumi), yaxud fərqli əlamətlər 
müəyyən edilir. Bu şəkildə «Sait və samitlərin əmələ gəlməsindəki 
fərqlər», «Tabelilik və tabesizlik bağlayıcılanmn fərqli cəhətləri» və 
s. mövzularda elmi məlumatlar formalaşdırıla bilər.
Nəzərdən keçirilən məlumatlar müqayisəli təsvir, yaxud 
müqayisəli xüsusiyyətlərin göstərilməsi şəklində verilə bilər.
Çıxışların müəllifləri tərəfindən əvvəlcə müqayisənin aparıl­
dığı əsas (əlamət) göstərilir, uyğunluq və fərqlərin əhəmiyyətli 
əlamətləri seçilir. Çıxışlar ardıcıl, yaxud paralel müqayisə şəklində 
qurula bilər.
Elmi məlumat elmi məruzədən ilkin, yaxud yekun məlumatlılığı 
ilə fərqlənir. Onun izah müddəti məhduddur, orada dəlillər və ciddi 
sübutların, o cümlədən ətraflı şərhin olması vacib deyil. Lakin elmi 
məlumatlar öz mahiyyətinə görə həmişə son dərəcə konkretdir.
Məruzə 
- şifahi monoloji nitqin mürəkkəb jann olub, yazı­
lı mətnə yaxın olan, müəyyən mövzuya (elmi, sosial-siyasi və b.) 
həsr olunmuş, dinləyicilər qarşısında verilən geniş məlumatdır.
M əqsəd
- toxunulan məsələlər üzrə dinləyicilərin fikrini for­
malaşdırmaq, sonrakı əməli fəaliyyətlərin xarakterini müəyyən 
etməkdir.
Məruzənin şərhinin məntiqi mütənasib kompozisiyası, sübut- 
luluğu ilə seçilir, burada danışanın şəxsiyyəti ikinci plana keçir.
Bir qayda olaraq, məruzə kağızdan oxunur, improvizələrə və 
kənaraçıxmalara yol verilmir, bunu həm də əvvəlcədən hazırlan­
mış plan və tezislər sübut edir. Nitqin mövzusundan kənara çıxıl­
ması yalnız auditoriya ilə əks əlaqənin yaradılması üçün gərəkli 
olur və əvvəlcədən müəyyənləşdirilir.
Məruzənin məzmunu mövzu və məruzəçinin qarşısına qoy­
duğu məqsədi ilə müəyyənləşdirilir. Hər şeydən əvvəl, vəziyyət 
təhlil edilir, məlumatlar verilir, vəzifələr qoyulur, tövsiyə verilir 
və qiymətləndirmə aparılır. Bir qayda olaraq, oxunduqdan sonra 
məruzə müzakirə edilir.
126


I
Hesabat məruzəsi - bu zaman rəsmi şəxs səlahiyyətli yığıncaq 
qarşısında görülmüş iş haqqında hesabat verir, onu təhlil edir və 
nəticələrini qiymətləndirir.
Belə məruzə rəsmi xarakter daşıyır, orada eyni zamanda qarşı­
da duran fəaliyyət haqqında danışılır və vəzifələr müəyyənləşdirilir. 
Onun məzmunu həm müzakirə edilir, həm də hansısa hissələri 
təshih edilir, ayn-ayn hissələri bəyənilir və bəzən fəaliyyət üçün 
proqram kimi qəbul edilir.
Hesabat məruzəsi kollektiv yaradıcılığın nəticəsi ola bilər. 
Belə məruzədə, bir qayda olaraq, gözəl, bəlağətli nitqin başqa 
növlərində düzgün, yerində, bəzən isə zəruri olan ekspromt, ya­
xud improvizələr olmur. Məruzə bütün bölmə və müddəalarının 
düşünülmüş və ciddi dəlillərlə əsaslandırılmış olması, praktik is- 
tiqamətliliyi, nəticələrinin aydınlığı və tövsiyələrinin əsaslandırıl­
mış olması ilə fərqlənir.
Elmi məruzə elmi konfranslarda (simpozium, seminar, bey­
nəlxalq konqreslərdə) edilir və o, quruluşuna görə mühazirə ilə 
oxşardır. Lakin mühazirədən fərqli olaraq, xüsusilə təbiət elmləri 
sahəsində məruzələr konkret sosial və digər tədqiqatlar, axtarışlar 
üzrə keçirilən eksperimentlərin ümumiləşdirilməsi olur.
O, 
müəyyən bir məsələyə həsr edilir və nadir hallar istisna ol­
maqla elmi məruzədə elmi kəşf olmalı, yaxud məlum hadisələrə prin­
sipial cəhətdən yeni yanaşmaları əks etdirməlidir. Belə nitq, mühazirə 
kimi dəqiq dəlillərlə və sübutlarla əsaslandırılmış olması ilə fərqlənir.
Elmi məruzə fərziyyə (hipotetik) xarakterli də ola bilər. Bu 
şəkildə çıxışda hələlik hər hansı konkret tədqiqatın nəticələri ol­
mur; orada eksperiment yalnız nəzərdə tutulur, deməli ideya, ya­
xud bu növ açıq çıxışların əsas müddəaları axtarış, ehtimal kimi 
qəbul edilməlidir.
Elmi məruzədə təcrübə üçün, xüsusilə yeni texnologiyanın, 
idarəetmə metodlarının və s. istehsalata (təhsilə) tətbiqi üçün konk­
ret tövsiyələr ola bilər. Mühazirədən fərqli olaraq, elmi məruzə 
müzakirə, hətta kəskin diskussiyaların obyektinə çevrilə bilər.

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin