1. Arzu olunan hərəkətin kom pleks m otivasiyası prinsipi.
Oyadıcı nitqdəki çağırış motivləşdirici olmayan, yaxud kifayət
qədər motivləşdirilməyən olduqda (pis hərəkət etmə, özünü yaxşı
apar, demokrata səs ver və s . ) bir qayda olaraq, cavab reaksiyası
doğurmur, deməli, natiq auditoriyanın xüsusiyyətlərini və ünsiyyət
vəziyyətini nəzərə almaqla, fəaliyyətə çağırışı motivlər kompleksi
ilə möhkəmləndirməlidir.
Bu nitqdə auditoriyanın eyni zamanda bir neçə tələbatına ( fizi
ki, iqtisadi, sosial, oyun və s . ) müraciət olmalıdır. Fəaliyyətə çağı
rarkən nitqi elə qurmaq mümkündür ki, onun hər bir bölməsində
fəaliyyətin xüsusi motivinə göstəriş mövcud olsun. Motivlərin
daha tez-tez uyğunlaşması bir tərəfdən məsuliyyəti, yaxud borc
hissini və digər tərəfdən şəxsi mənafeyi birləşdirir.
2. M üsbət çağırışların m ənfi çağırışlara nisbətən üstünlük
təşkil etməsi.
Natiqin auditoriyanı səslədiyi fəaliyyət (yaxud fəa
liyyət üçün proqram) çox zaman vəsait, səy, vaxt itkisi, bir qisim
rahatlıqlardan imtina ilə bağlıdır.
149
Bu səbəbdən də nitqin istiqamətverici bölümlərində təklifinizin
xeyrinə olan müsbət hisslər yaratmaq lazımdır. Müsbət motivasi-
ya mütləq mənfidən üstün olmalıdır ki, nitq tələb olunan səmərəni
versin. Qeyd edək ki, borc hissinə müraciət edən çağırışlar az
həvəsləndirən və çox da xoşagələn olmayan məsuliyyət hissini
ön plana çəkməməlidir; belə çağırışlar qürur hissinə, ümumi işə
sədaqət hissinə, qüvvə və üstünlük duyğusuna və s. müraciətlə
uzlaşmalıdır.
3.
G özlənilən fəa liyyət reaksiyasının maksimum konkretləşdi
rilm əsi prinsipi.
Dinləyicilərin arzu olunan fəaliyyət reaksiyasını
əldə etmək üçün nitqin əsas hissəsində baş ideyanı təsvir edən
konkret nümunələrdən istifadə edilməsi daha məqsədəuyğundur,
nəinki çoxsaylı faktlardan istifadə edilməsi.
Oyandıncı nitqin yekununda, bir qayda olaraq, həm bilavasitə
fəaliyyətə çağırış olur, həm də fəaliyyətin konkret xarakteri gös
tərilir. Çox zaman əgər kifayət qədər əsaslandırılmış motivasiya-
dan istifadə edilibsə, hərəkətə keçmək çağırışı bütünlükdə yalnız
nitqin yekun hissəsinə daxil olur və onu tam əvəz edir. Bu halda
bir-iki ifadə kifayət edir.
Həyəcanlı şüarların dalbadal düzülməsi kimi ənənəvi, la
kin köhnəlmiş üsuldan mütləq uzaqlaşmaq, əgər bəzən onlardan
istifadə etsəniz belə, onları diqqətlə seçmək lazımdır. Bəzi zəruri
izahatlann olmaması auditoriyada çaşqınlıq yaradar və onların
təklif edilən fəaliyyətdən yayınmasını asanlaşdırar.
Çağınş edilən fəaliyyətlər elə bəsit və asan görünməlidir ki,
dinləyici onunla sadəcə razılaşsın və ona qarşı çıxmasın. Lakin
əgər siz auditoriyanın təklif ediləni yerinə yetirəcəyinə inanmırsı
nızsa,
onda bunu xahiş etm ək qətiyyən
lazım deyil.
4. U sandır ıcı olmayan göstərişverm ə prinsipi.
İstənilən qey-
ri-ordu tərkibli auditoriya, ona nəyi isə etməklə bağlı göstəriş,
xüsusilə də əmr verirlərsə, daxili qarşıdurma hissi keçirəcəkdir,
əgər dinləyicilər natiqlə razılaşırlarsa, istiqaməti göstərməklə on
ların hərəkətinə yalnız təkan vermək lazımdır; bu zaman sərt ifa
dələrdən, kəskin fikirlərdən, fəaliyyət proqramı barədə rəhbər gös
tərişlərdən imtina edilməlidir.
150
|